psynavigator - Konsultasiyanın strukturu
   
 
  Muasir Psixologiya Merkezi
  psixoloji məsləhət
  => Konsultasiya
  => Psixokonsultasiyanın vəzifələri
  => konsultativ kontaktın xususiyyətləri
  => Konsultasiyada unsiyyət texnikaları
  => Konsultativ texnikalar
  => Konsultasiyanın məqsədi
  => Konsultasiyanın strukturu
  => Psixoloji konsultasiyanın prinsipləri
  => Psixoloji məsləhətə yaradılan şərait
  => Kliyentin konsultasiyaya qoşulması
  => Konsultantın təsir vasitələri
  => Konsultantın kliyentə mьnasibətdə mцvqeyi
  məqalə
  Старт
  Bizə yazın
  Elmi araşdırmalar
  Psixoloji testlər
  Stress
  Ailə psixologiyası
  Prenatal dovr
  Psixoloq
  Səxsiyyət və fərdiyyət
  Psixokorreksiya
  Uşaq psixologiyası
  NLP
  Klinik psixologiya
  Huquq psixologiyası
  Umumi psixologiya

                          Konsultasiyanın strukturu

    Srukturlaşdırma pasientlə kosultantın əlaqələrinin təşkili deməkdir. Konsultasiyanın ayrı-ayrı etaplarının ayrılması eyni zamanda da pasientə konsultasiya prosesi haqqında məlumat vermək. Birinci etapı bitirdikdə biz nəticələri işləyirik. Lakin əmin olmaq lazımdır ki, mövcud etapın nəticələrinə verilən qiymət pasient və psixoloq tərəfində eyni verilib. Hər bir yeni mərhələ əldə olunanın qiymətləndirilməsi ilə başlanır.

    Konsultativ əlaqələrin müəyyənləşdirilməsi.

   Şəxsiyyətin pozitiv istiqamətdə dəyişirilməsini şərtləndirən kifayət qədər şərait varmı? Onun ölçməyə kifayət qədər şəraət varmı?  Bu suala Rocers  6 şərt ilə cavab verir.

1.     İki nəfər psixoloji əlaqədə olur.

2.     İki persanaj psixoloji pozğunluqlar vəziyyətində olur.

3.     İki personaj ünsüyyətdə aktiv rol oynayır.

4.     Məsləhətçi pasientə şərhsiz hörmətlə yanaşır.

5.     Məsləhətçi empatiyanı yaşayır.

6.     Empatik anlama və hörmət minimal ifadələr zamanı da pasientə verilir.

Müəyyən zamanda altı şərt təmin olunubsa, kifayətdir. Pasient məsləhətçi ilə əlaqədə olub, kənardan köməyə həssas vəziyyətə gətirilir.

    Konsultativ kontakt dinamikdir. Bu zaman bir adam digərinə pozitiv istiqamətdə inkişafı özünün potensialını aktuallaşdırmaq üçün daxili resusdan istifada etməyə kömək edir.

     Bu kontaktın bir neçə xüsusiyyətlərini göstərmək olar:

1.         Emosianallıq ( kontakt koqnitiv deyil emosianaldır.) O pasientin yaşantılarının tədqiqi kimi başa düşülür.

2.         İntensivlik belə kontakt səmimi münasibəti yaşantıların qarşılıqlı mübadiləsi kimi başa düşülür. O intensiv ola bilməz.

3.         Dinamiklik: Pasient dəyişən zaman kontaktın xüsusiyyəti dəyişir.

4.         Məxvilik konsultatın vəzifəsi pasient haqqında məlumatı yaymamaqdır.

5.         Dəstək vermək pasientə daimi dəstək stabilliyi təmin sdir.

6.         Xeyirxahlıq pasientin psixoloji problemlərini həll etmək üçün konsultativ kontaktın terapevtik səmərəli edən nədir.

   I   Məsləhətçi və pasient arasındakı kontaktın xarakteri, pasientin başqaları ilə münasibətlərin xüsusiyyətlərin, onun ünsüyyətindəki steriotipləri əks etdirir.

      Konsultativ kontakt haqqında müasir təsəvvürlər.

  I.  Psixoanalitik istiqamət: konsultantlar pasientin ona hislərini bildirmək üçün ananimliyi saxlayır.

   Diqqət: Pasientin köçürülməsinin təhlili zamanı müqavimətin azalmasına daha rasional nəzarətə yönəlir.

    Konsultant pasientin verdiyi materialı interpretasiya edir, indiki davranışını keçmiş hadisə ilə əlaqələndirməyə kömək edir.

  II.  Adlerin istiqaməti: iki şəxs arasında məhsuliyyətin bölünməsinə üstünlük verilir. Etibar və qarşılıqlı hörmət, mövqe bərabərliyi konsultantın  ümumi məqsədi müəyyən edir.

  III.  Davranışın terapiyası: konsultant fəal derektiv tərəfdir. O, müəllim məşqçi rolunu oynayır. Pasient fəal davranışın yeni üsullarını təcrübə edir. Pasient və konsultant arasında şəxsi münasibətlər əvəzinə təlim prosedurlarını yerinə yetirmək ücün işgüzar münasibətlər yaranır.

   IV. Rasional emasional terapiyası: 

Konsultant – müəllim

Kliyent – şagird

   Onlar arasındakı şəxsi  münasibətə  əhəmiyyət  verilmir . Kliyent öz  problemini başa düşülməyə təhrik edilir. Bu anlamanın  əsasında öz davranışını  dəyişir.

V. Kliyentə yönələn terapiya  . Rocers  

    Konsultant konsultasiyanın mahiyyətini  təşkil edir .Onun tərəfindən  səmimilik . empatiya , dəstək , hörmət ,ustanovkanın kliyentə verilməsi  qeyd olunur .

    Kontakt zamanı  kliyentin əldə  etdiyi bacarıqları tətbiq edir.

VI. Ekstensial terapiya  :

  Konsultantın vəzifəsi kliyentin eksitensiallığına  alışmaqdır . Konsultantla əlaqə yaratmaqla o öz xüsusiyyətlərini  açır .Onlar arasında münasibətlər  insan –insan əlaqələri iki  bərabər səviyyəli adamların  görüşü kimi  başa düşülür  . Bu zaman   pasient dəyişdiyi kimi konsultant da dəyişir .

   Müxtəlif  istiqamətlərdən göründüyü kimi də dəyişikliklərə zəmin yaradır .

 

 

 

Сегодня были уже 1 посетителей (16 хитов) здесь!
=> Тебе нужна собственная страница в интернете? Тогда нажимай сюда! <=