psynavigator - LOQOTERAPİYA
   
 
  Muasir Psixologiya Merkezi
  psixoloji məsləhət
  məqalə
  Старт
  Bizə yazın
  Elmi araşdırmalar
  Psixoloji testlər
  Stress
  Ailə psixologiyası
  Prenatal dovr
  Psixoloq
  Səxsiyyət və fərdiyyət
  Psixokorreksiya
  => Klassik psixoanaliz
  => A.ADLERİN FƏRDİ ANALİTİK PSİXOKORREKSİYASI
  => LOQOTERAPİYA
  => EKZİSTENSİAL İSTİQAMƏT
  => Artterapiyanın əsas məqsədi
  => MUSİQİ TERAPİYASI
  => PROYEKTLİ RƏSM
  => NAĞIL TERAPİYASI
  => KUKLOTERAPİYA.
  => OYUN TERAPİYASI
  => PSİXOLOQ-OYUN TERAPEVTİNƏ OLAN TƏLƏBLƏR.
  Uşaq psixologiyası
  NLP
  Klinik psixologiya
  Huquq psixologiyası
  Umumi psixologiya
Bakı Dovlət Universitetinin muəllimi Vəfa Nağıyeva LOQOTERAPİYA. Loqoterapiyanın əsasını V.Frankl qoymuşdur (yunanca “loqos”-elm, söz və “therapeia”-müalicə, qulluq deməkdir). Bu istiqamətdə aparılan iş insan varlığının düşüncələrinə yönəldilir və bu düşüncələr üzrə axtarışlar həyata keçirilir. V.Franklın baxışlarına görə həyatın mənasını anlamaq və onu reallaşdırmaq insan üçün anadangəlmə tendesiya xarakteri daşıyır. V.Frankl belə hesab edirdi ki, “düşüncəyə can atma” “zövq almağa can atma” ya qarşı əks ziddiyyətdir. “İnsana sakitlik, tarazlıq vəziyyəti lazım deyil, ona layiq olan, hər hansı bir məqsəd üçün mübarizə tələb olunur”. Lakin həyatın mənasını dəyərləndirən və ondan istifadə etməyə can atmağa çalışan insan həyatında istədiyi məqsədlərə çatmadıqda onda nevroz yarana bilər. V.Frankl insanı yaradıcı qüvvə hesab edir. O, bütün ömrü boyu öz mənəviyyatını qurmağa çalışır. V.Frankla görə, insan əməlləri üç növə ayrılır: 1. Mənəvi şəxsiyyətin yaradılma qabiliyyəti; 2. Mənəvi dağıtma; 3. Mənəviyyata biganə olma. Hər bir insan öz əməllərinə görə cavabdehlik daşıyır. O öz hərəkətlərinə görə cavabdehlikdən nə qədər uzağa qaçsa belə, nə vaxtsa, onun əvəzini ödəməlidir. Hər bir insan öz hərəkətlərində, onların həyata keçirilməsində, qərarların qəbul edilməsində seçim azadlığına malikdir. Baş verən hadisələr yaradıcılıq dəyərlərinin axtarışına, insan davranışına və iztirablarına yönəldilmişdir. Hər bir insan üçün bu dəyərlər konkret, təkrarolunmaz və əvəzolunmazdır. Ona görə o, daim həyatın mənasının axtarışındadır və bu axtarışda özünü tapan bir sahə kəşf edən kimi insan özünü realizə edir və öz şəxsiyyətini yaradır. V.Frankl qeyd edirdi: “Əgər insan üçün həyatın mənası itmişsə belə, o öz şəxsiyyətini anlamağa və onun əvəzolunmaz olduğuna inanmalıdır. Insan yaşadığı mühitdə özünün, ətrafındakı adamların və bütünlüklə, dünyanın dəyərini qiymətləndirərsə, onun özünə inamı artar və o, yaşamağın mənasını dərk edər. İnsan üçün həyatın mənası heç bir şəraitdə itə bilməz, o hər bir zaman axtarılıb tapılmalıdır”.
Сегодня были уже 1 посетителей (3 хитов) здесь!
=> Тебе нужна собственная страница в интернете? Тогда нажимай сюда! <=