psynavigator - Psixoloji konsultasiyanın prinsipləri
   
 
  Muasir Psixologiya Merkezi
  psixoloji məsləhət
  => Konsultasiya
  => Psixokonsultasiyanın vəzifələri
  => konsultativ kontaktın xususiyyətləri
  => Konsultasiyada unsiyyət texnikaları
  => Konsultativ texnikalar
  => Konsultasiyanın məqsədi
  => Konsultasiyanın strukturu
  => Psixoloji konsultasiyanın prinsipləri
  => Psixoloji məsləhətə yaradılan şərait
  => Kliyentin konsultasiyaya qoşulması
  => Konsultantın təsir vasitələri
  => Konsultantın kliyentə mьnasibətdə mцvqeyi
  məqalə
  Старт
  Bizə yazın
  Elmi araşdırmalar
  Psixoloji testlər
  Stress
  Ailə psixologiyası
  Prenatal dovr
  Psixoloq
  Səxsiyyət və fərdiyyət
  Psixokorreksiya
  Uşaq psixologiyası
  NLP
  Klinik psixologiya
  Huquq psixologiyası
  Umumi psixologiya

                        Psixoloji konsultasiyanın prinsipləri

 

   Hər bir ixtisasın onun mütəxəssislərinin yerinə yetirməsi vacib sayılan müəyyən prinsip və tələbləri mövcuddur. Dünya ölkələri arasında professionalın fəaliyyətini müəyyən edən psixoloqun etik kodeksi mövcuddur.( Ethical Principles of  Psychologists 1981) Psixoloji təsir sahəsində işləyən insanlar üçün bu nornalar daha ciddi və müntəzəmdir, onlar daha çox tələb və məhdudiyyətləri praktik psixoloqun üzərinə qoyurlar. Psixoloji praktika zamanı meydana çıxan etik və mənəvi problemlər heç də həmişə yaranmır. Psixoloq konsultantın etik prinsipləri haqqında çətin situasiyaların təsvir olunduğu, konnsultantın özünü necə aparmalı olduğu qeyd edilən bir sıra əsərlər yazılmışdır.

   Professional prinsiplərə əməl olunmamaq bir sıra ölkələrdə (məs, ABŞ) psixoloqun diplom, praktika və professional xidmət göstərməsindən məhrum olunması ilə nəticələnə bilər.

   Qeyd etmək lazımdır ki, psixoloq – konsultantın davranışını müəyyən edən bir sıra prinsipləri nəzərdən keçirək:

1) Kliyentə qiymətsiz verilmədən və xoşniyyətli münasibət:

    Bu forma içərisində professional davranışın kompleksi gizlənir, bu prinsip kliyentin özünü sakit və rahat hiss etməsi üçündür. Xoşniyyətli davranış eşidə bilmək bacarığı ilə ifadə olunur, belə davranış kliyenti dinləmək və ona lazımi kömək etmək, onu tənqid etməmək kimi özünü göstərir.

2) Kliyentin norma və dəyərlərinin müəyyən edilməsi:

    Bu o deməkdir ki, psixoloq təkcə sosial norma və qaydaları deyil, həm də həyati ideal və prinsipləri (kliyentin) nəzərə almalıdır. Effektiv fəaliyyət yalnız kliyentin dəyərlər sisteminə söykəndikdə alına bilər. Kliyentə tənqidi münasibət onun susmağı ilə nəticələnə bilər.

3) Məsləhət verməyin qadağan olunması:

    Kliyentə məsləhət vermək olmaz. Bunun üçün əsas çoxdur. Psixoloqun təcrübəsinin nə qədər olmasına baxmayaraq onun kliyentə məsləhət verməsi mümkün deyil. Hər birimizin həyatı fərdi və təxmin olunmazdır. Məsləhət verərək konsultant baş verəcəklərin məsuliyyətini boynuna götürür.

4) Anonimlik:

    Psixoloji konsultasiyanın vacib şərtlərindən biri anonimlik hesab olunur. Bu o deməkdir ki, kliyent tərəfindən psixoloqa çatdırılan istənilən informasiya onun icazəsi olmadan çatdırıla bilməz. Bu qaydada istisna mövcuddur ki, (əvvəlcədən kliyent bu barədə xəbərdar olunur) bu da kiminsə həyatı üçün təhlükə törədə bildikdə bu istisnalar mümkün ola bilər.

5) Şəxsi və professional münasibətlərin məhdudiyyəti:

    Bir çox professional psixoloqlar yaxın qohum və dostlarına kömək etmək istədikdə tələyə düşüblər. Bu yol özündə bir sıra təhlükəni ehtiva edir.

 

                     

Сегодня были уже 1 посетителей (31 хитов) здесь!
=> Тебе нужна собственная страница в интернете? Тогда нажимай сюда! <=