psynavigator - A.ADLERİN FƏRDİ ANALİTİK PSİXOKORREKSİYASI
   
 
  Muasir Psixologiya Merkezi
  psixoloji məsləhət
  məqalə
  Старт
  Bizə yazın
  Elmi araşdırmalar
  Psixoloji testlər
  Stress
  Ailə psixologiyası
  Prenatal dovr
  Psixoloq
  Səxsiyyət və fərdiyyət
  Psixokorreksiya
  => Klassik psixoanaliz
  => A.ADLERİN FƏRDİ ANALİTİK PSİXOKORREKSİYASI
  => LOQOTERAPİYA
  => EKZİSTENSİAL İSTİQAMƏT
  => Artterapiyanın əsas məqsədi
  => MUSİQİ TERAPİYASI
  => PROYEKTLİ RƏSM
  => NAĞIL TERAPİYASI
  => KUKLOTERAPİYA.
  => OYUN TERAPİYASI
  => PSİXOLOQ-OYUN TERAPEVTİNƏ OLAN TƏLƏBLƏR.
  Uşaq psixologiyası
  NLP
  Klinik psixologiya
  Huquq psixologiyası
  Umumi psixologiya
Bakı Dovlət Universitetinin muəllimi Vəfa Nağıyeva A.ADLERİN FƏRDİ ANALİTİK PSİXOKORREKSİYASI. A.Adlerin mövqeyi çox hallarda Z.Ferydin baxışları ilə ya uyğun gəlməmiş ya da tamamilə əks tərəfli olmuşdur. A.Adler psixokorreksiya işinin nəzəriyyəsinə və təcrübəsinə bir sıra yeniliklər gətirilmişdir. A.Adlerə görə, insan hər şeydən əvvəl şüurlu varlıqdır o, həyatda öz mövqeyini tutur, sərbəst seçimini edir, həyatı dərk edərək özünü reallaşdırmağa can atır. Bu zaman onun qarşısına çıxan ən böyük maneə-şəxsi inkişafı əks etdirən hisslərin keyfiyyətsizliyidir, daha dəqiq desək, tam dəyərsizliyidir. A.Adlerin konsepsiyası-tamlıq, sosioloji, humanizm, məqsədli istiqamətləndirmə prinsipləri əsasında qurulmuşdur və korreksiya işində humanitar istiqamətdə önəm tapmışdır. A.Adler konsepsiyasının əsas mövqeləri belədir: Fəaliyyətin subyektiv qəbulu. A.Adlerə görə, kainat bir “hesabat sistemidir”, yəni özünü fenomenoloji istiqamət kimi biruzə verir. A.Adler insan davranışında xarici obyektiv şərtləri inkar etmir, lakin insan davranışında özünəqiymətləndirmənin, nəticə çıxarmanın, məqsəd və təsəvvürlərin dərk edilməsində şüurun böyük rolunu qeyd edir. Buradan da A.Adlerin psixokorreksiya üçün “xüsusi məntiq” mərkəzi anlayışı ortaya çıxır. Bu elə bir sistemdir ki, onunla müştərinin düşüncə və təsəvvürləri tənzimlənir. A.Adlerin ən sevimli afforizmi budur: “insanın ağzına yox yumruğuna baxmaq lazımdır”. Tamlıq və məqsədəuyğunluq. A.Adlerin konsepsiyasına görə insan inteqral sosium sayılan bölünməyən tamlıqdır. Ona görə korreksiya işində əsas güc kənar şəxslərə deyil, bilavasitə müştərinin şəxsiyyətdaxili problemlərinə yönəldilir. Buradan belə nəticə çıxır ki, bütün insan davranışı məqsədyönlü xarakter daşıyır. Korreksiya işində üç məqamın hesabatı çox vacib sayılır: 1) müştərinin keçmiş təcrübəsi; 2) indiki vəziyyət; 3) hərəkətin istiqaməti.
Сегодня были уже 1 посетителей (21 хитов) здесь!
=> Тебе нужна собственная страница в интернете? Тогда нажимай сюда! <=