psynavigator - Ailə psixologiyası
   
 
  Muasir Psixologiya Merkezi
  psixoloji məsləhət
  məqalə
  Старт
  Bizə yazın
  Elmi araşdırmalar
  Psixoloji testlər
  Stress
  Ailə psixologiyası
  => Ailənin psixologiyası
  => Qadın və kişi mьnasibətləri
  => Ailə modeli
  Prenatal dovr
  Psixoloq
  Səxsiyyət və fərdiyyət
  Psixokorreksiya
  Uşaq psixologiyası
  NLP
  Klinik psixologiya
  Huquq psixologiyası
  Umumi psixologiya

Ailə tərbiyəsi və deformasiya

Ailənin mühüm elementlərindən biri ailə tərbiyəsidir. Ailə tərbiyəsi – valideynlər tərəfindən müəyyən keyfiyyətlərin, bacarıqların formalaşdırılması üçün önəmli tərbiyəvi təsir prosesidir. Ailə tərbiyəsi valideynlərin şəxsiyyətindən asılıdır. Ailədə valideynlər uşaqlarına özlərinin yaşadıqları mənəvi qidanı, yəni mənəviyyatını təlqin edirlər. Tərbiyəvi fəaliyyəti nəzərdən keçirərkən valideynlərin tərbiyə üslubları diqqəti xüsusilə cəlb edir. Psixoloji və pedaqoji tədqiqatlara görə, ailədə müxtəlif tərbiyə üslubları mövcuddur. Onların bəziləri, xüsusilə avtoritar, demokratik və liberal tərbiyə üslubları psixologiyada, eləce də pedaqogikada geniş təsvir olunub. Lakin, xaotik və himayəedici tərbiyə üslubları mahiyyətcə geniş təsvir olunmamışdır.

1.Avtoritar tərbiyə üslubu – Bu tərbiyə üslubunda bütün qərarları valideynlər, ilk növbədə, ata qəbul edir. Onlar belə hesab edirlər ki, uşaqlar hər şeylə valideynlərinin iradəsinə tabe olmalıdırlar. Buna görə də ailədə uşaqların azadlıqları məhdudlaşdırılır. Valideynlər öz qərarlarını əsaslandırmağı vacib hesab etmirlər. Övladlarına sərt qadağalar qoyurlar və hətta onlara qarşı fiziki cəzalar da tətbiq olunur. Avtoritar tərbiyə üslubu ailədaxili münasibətlərdə səmimiliyi aradan qaldırır.

2.Demokratik tərbiyə üslubu – Valideynlər öz övladlarının şəxsi məsuliyyətini, sərbəstliyini təmin edir və bunu rəğbətləndirir. Demokratik tərbiyə üslubu üstünlük təşkil edən ailələrdə uşaqlar ailə problemlərinin müzakirəsində də iştirak edirlər.

3.Liberal tərbiyə üslubu – Bu tərbiyə üslubunda uşaqlar valideynlər tərəfindən istiqamətləndirilmir. Onların praktiki olaraq ya valideynləri tərəfindən qadağaları, məhdudluqları olmur, yaxud da  valideynlərin tapşırıqlarını yerinə yetirmirlər.

4.Xaotik tərbiyə üslubu – Bu üslub tərbiyəyə vahid yanaşmanın olmaması ilə əlamətdardır. Belə tərbiyə üslubu uşağa yanaşmada aydın və konkret tələblərin olmaması ilə səciyyələnir. Valideyn reaksiyalarının gözlənilməzliyi uşağı stabillik duyğusundan məhrum edir və onu yüksək həyəcanlılığa, inamsızlığa, impulsivliyə, çətin situasiyalarda isə aqressivliyə, dezadaptasiyaya təhrik edir. Belə tərbiyə tərzində özünə nəzarət və məsuliyyət hissi formalaşmır, özünü aşağı qiymətləndirmə, mühakimələrində yetkinliyin olmaması müşahidə olunur.

5.Himayəedici tərbiyə üslubu – Himayəedici üslub daim uşağın yanında olma meylinin mövcudluğu və yaranan problemləri uşağın əvəzinə valideynin həll etməsi deməkdir. Valideynlər uşağın davranışını diqqətlə izləyir, onun sərbəst davranışını məhdudlaşdırır, uşaqlara nəsə olacağına görə daim narahat olurlar. Zahiri qayğıya baxmayaraq, himayəedici üslub, bir tərəfdən, uşağın xüsusi mənalılığının hədsiz mübaliğə olunmasına, digər tərəfdən, onda həyəcanlılığın, köməksizliyin, sosial yetkinləşmənin formalaşmamasına gətirib çıxarır.

Ailə tərbiyəsi çox mürəkkəb bir prosesdir. Tərbiyə işində hamıya şamil olan hazır qayda-qanun yoxdur. Biri üçün məqbul sayılan tərbiyə üsulu digəri üçün məqbul sayıla bilməz. Tərbiyə prosesində mütləq tərbiyə olunanın fərdi – psixoloji xüsusiyyətləri nəzərə alınmalıdır. Tərbiyə işindəki çətinliklərdən biri də onun nəticəsinin gec özünü göstərməsidir. Buna aşağıdakı bir nümunəni göstərmək olar:

Neçə illər əvvəl “ Semya i şkola ” jurnalında gənc bir qadının məktubu dərc olunmuşdur. Qadın kömək diləyirdi. O, yazırdı: “ Mənim 30 yaşım var. Anamla birgə yaşayırıq. Anam qocalıb məndən asılıdır. Vaxtaşırı mən qayışı götürüb onu amansızcasına döyür, sonra ağlayıram. Bilirəm ki, düzgün etmirəm. Lakin, özümü bu işdən çəkindirə bilmirəm. Axı, mən uşaq olanda anam məni bu qayışla, məhz bu qayışla, həm də haqsız yerə döyərdi. İstəyirəm bunları unudum. Lakin, unuda bilmirəm, özümlə bacarmıram ”. Ona görə də uşaqların sosial yetkinliyini düzgün təşkil etmək üçün doğru tərbiyə üsulunu seçmək və seçdiyi tərbiyə üsulundan yerində istifadə etmək çox vacib keyfiyyətlərdən biridir.

Məqsədyönlü tərbiyədən başqa uşağa bütün ailənin psixoloji iqlimi, sosial vəziyyət, ailə üzvlərinin dəyərlər sistemi və s. təsir edir. Buna görə də ailənin istənilən deformasiyası uşaq şəxsiyyətinin formalaşmasında mənfi nəticələrə gətirib çıxarır. Ailənin deformasiyasının iki tipi fərqləndirilir:

1. Psixoloji deformasiya

2. Struktur deformasiya

1. Psixoloji deformasiya – şəxsiyyətlərarası münasibətlərin pozulması, mənfi dəyərlərin, asosial yönəlişlərin qazanılması ilə əlaqədardır. Ailənin psixoloji deformasiyasına aşağıdakılar daxildir:

a) “ Ailənin sevimlisi ” – uşaq üzərində həddən artıq mərkəzləşmə - Ailədə bu tip rolun yaranmasına aşağıdakı xüsusiyyətlər təsir göstərir: 1) ər və arvadın bir-birinə olan münasibətləri onları təmin etmir ( məs, emosional soyuqluq və s. ); 2) ər və arvad arasında olan şəxsi münasibətin bu və ya digər səbəbdən olmaması şəraitində yaranır ( məs, boşanma, həyat yoldaşlarından birinin ölümü və s.). Bu səbəblərə görə də  ər və arvadın emosional tələbatları ödənilmir. Öz tələbatlarını ödəmək üçün ər və arvad uşağa üz tuturlar. “ Bütün sevgini ” uşağa vermək kimi meyl meydana çıxır.

b) “ Balaca uşaq ” – Bu zaman hətta böyümüş uşaq ailədə balaca uşaq kimi qalır. Valideynlər uşaqların böyüməsini nəzərə almır, onlarda şuxluq, oynaqlıq kimi uşaq keyfiyyətlərini saxlamağa çalışırlar. Əgər uşaq müəyyən bir problemlə qarşılaşırsa, problemi onun yerinə valideynləri həll edir. Bu isə uşaqların gələcək inkişafına mənfi təsir göstərir.

c) “ Dələduz ”, “ Heç vaxt düzəlməyən ”, “ Çətin ” və s. uşaqlar – Çox hallarda bu rolun əsasında öz arzuolunmayan keyfiyyətlərinin yeniyetməyə köçürülməsi durur. Valideynlər yeniyetmədə özlərində hiss etdikləri, lakin, qəbul etmədikləri xarakter əlamətlərini görürlər. Belə valideynlər öz övladlarının zəif və mənfi tərəfləri ilə daim mübarizə aparır və uşaqların bu xüsusiyyəti ilə barışmırlar.

d) “ Vunderkind ”, “ Ailənin ümidi ” – Bu rolun əsasında valideynlərin öz təmin olunmayan tələbatlarını qarışıq surətdə təmin etmək ( uğursuz nigah, özünün natamamlıq hissi və s.) və uşaqla özünü identifikasiya etməklə bunu kompensasiya etmək arzusu durur. Bu vaxt yeniyetməyə hədsiz yüksəlmiş tələblər qoyulur ona olan münasibət onun uğurlarından asılı olur.

e) “ Qapazaltı ” – Bu rolun əsasında əvəzetmə mexanizmi durur. Burada mənfi emosiyalar elə şəxsə ( ailədə çox vaxt bu rolda uşaq olur ) ünvanlanır ki, o rədd cavabı verə bilmir.

f) “ Hakim ”, “ Barışdırıcı ” – Uşaq erkən yaşda ailə həyatının çətinliklərinə daxil olur, həyat yoldaşların konfliktlərini nizamlayır və mühakimə edir. Valideynlər qarşılıqlı münasibətlərin aydınlaşdırılması ilə məşğul olurlar və uşağı da onun təəssüratlarını nəzərə almadan konfliktə cəlb edir, kimin günahkar olduğunu söyləməyi tələb edirlər. Uşağı bir – birinə qarşı olan döyüşdə silah kimi və ya barışmaq üçün vasitəçi rolunda istifadə edirlər.

Struktur deformasiya – isə ailənin struktur tamlığının pozulması kimi özünü göstərir. Bu da valideynlərdən birinin olmaması nəticəsində əmələ gəlir. Boşanma və ailənin dağılmasına müxtəlif yaş dövrlərində olan uşaqların reaksiyaları müxtəlif cür olur. Yeniyetmələrin reaksiyaları daha maraqlıdır:

a) İnkaretmə, baş verənə inamaqdan imtina - Yeniyetmələr valideynlərin ciddi problemlərinin olmadığını qeyd edir və valideynlərinin izahatlarına qulaq asmaq istəmirlər, onların fikirlərini dəyişəcəklərini ümid edirlər.

b) Qorxu, həyəcan və gələcəyə inamsızlıq – Yeniyetməni ilk öncə onun şəxsi həyatında baş verən dəyişiklik qorxudur: yaşayış yerinin, məktəbin, ünsiyyət dairəsinin və s. dəyişikliklər. Yeniyetmələr həmyaşıdları qarşısında öz ailə problemlərindən utana bilərlər.

c) Boşanmada günahlandırılan valideynə və ya hər iki valideynə qarşı ədavət – Yeniyetmə atanı və ya ananı ailəni atmaqda günahlandıra, onlara nifrət etdiyini və onları heç vaxt bağışlamayacağını qeyd edə bilər.

d) Özünügünahlandırma – Bəzi yeniyetmələr qərara gəlirlər ki, böyüklərinin ayrılmasında məsuliyyət daşıyırlar. Ata və ana ona görə ailəni tərk edirlər ki, övladlar onların gözləmələrini doğrultmayıblar.

e) Qısqanclıq – Əgər ata və ana başqa bir insanla görüşməyə və ona emosional bağlanmağa başlayırsa, yeniyetmə özünü atılmış hiss edir. Daha valideynlər üçün maraqlı olmadığından valideynin qəlbində onun yerini başqasının tutacağından qorxur.

Qeyd etdiyimiz kimi cəmiyyətin həyatında ailə çox mühüm yer tutur. Hər şeydən əvvəl o, cəmiyyətin və onun strukturunun təkrar istehsalının əsas mənbəyidir. Ailə sosial varlığın zəruri tərəfi, cəmiyyətin ilkin özəyidir. O ərlə arvad arasında, habelə onlarla uşaqlar arasında və bütövlükdə nəsillər arasında münasibəti əhatə edir. Bu münasibətlər isə öz növbəsinbdə ailənin sosial – psixoloji iqliminin formalaşmasına təsir göstərir. Məhz ailədaxili münasibətlər uşaqların cəmiyyətdə fəal iştirakı üçün vacib şərtlərdən biridir.

Əhmədxanova Z.R.

 

Сегодня были уже 1 посетителей (25 хитов) здесь!
=> Тебе нужна собственная страница в интернете? Тогда нажимай сюда! <=