psynavigator - Ailə sosioqramması
   
 
  Muasir Psixologiya Merkezi
  psixoloji məsləhət
  məqalə
  Старт
  Bizə yazın
  Elmi araşdırmalar
  Psixoloji testlər
  => Yeni testlər
  => Ailə sosioqramması
  => Valideyinlər ьзьn test
  => Yaddaşın yoxlanılması ilə bağlı test
  => Test 1
  => Test 2
  => Test 3
  Stress
  Ailə psixologiyası
  Prenatal dovr
  Psixoloq
  Səxsiyyət və fərdiyyət
  Psixokorreksiya
  Uşaq psixologiyası
  NLP
  Klinik psixologiya
  Huquq psixologiyası
  Umumi psixologiya
Ailə sosioqramması metodikası. Bu metodika E.Q. Eydemiller tərəfindən irəli sürülmüşdür. Bu metodikanın məqsədi ondan ibarətdir ki, əvvəlcə subyektin şəxsiyyətlərarası münasibətlər sferasında yerini müəyyənləşdirmək, sonra isə onun ailədə komunikasiyasının xarakterini müəyyən etməkdən ibarətdir. Metodika zamanı A4 farmatında və onun ortasında diametri 80mm olan dairə təsvir olunmuş vərəqdən istifadə olunmuşdur. Metodika zamanı aşağıdakı təlimat verilir: “ Sizin qarşınızda dairə təsvir olunub. Orada özünüzü və ailə üzvlərinizi dairələr formasında göstərin və adlarını qeyd edin ”. Tədqiqat zamanı bu metodikanın müxtəlif variantlarından istifadə etmək olar. Ona görə də ona uyğun olaraq təlimat da dəyişdirilməlidir. Metodika aşağıdakı kimi təsvir olunmuşdur: Təlimat: Sizin qarşınızda dairə təsvir olunub. Orada özünüzü və ailə üzvlərinizi dairələr formasında göstərin və adlarını qeyd edin. Təlimat: Sizin qarşınızda dairə təsvir olunub. Siz özünüzün və ailə üzvlərinizin adını həmin dairənin içərisində müvafiq yerlərdə qeyd edin. Təlimat: Sizin qarşınızda dairə təsvir olunub. Siz özünüzün və ailə üzvlərinizin adını həmin dairənin içərisində müvafiq yerdə qeyd edin. Təlimat: Sizin qarşınızda dairə təsvir olunub. Siz özünüzün və ailə üzvlərinizin adını həmin dairənin içərisində müvafiq yerdə qeyd edin. Metodikanın interpretasiyası aşağıdakı kriteriyalara əsasən yerinə yetirilir: Dairədə çəkilən ailə üzvlərinin sayına görə: - ailə üzvlərindən kimisə çəkməyi yadından çıxarır – bu sınanılan şəxslə onun konfliktli münasibətini göstərir; - əlavə olaraq insanların, heyvanların, əşyaların çəkilməsi onu göstərir ki, onlar sınanılan tərəfindən ailə üzvlərilə bərabər hüquqlara malik olması kimi qəbul olunur. Dairələrin həcminə görə: - özünü çəkdiyi dairənin digərlərindən böyük olması sınanılanın özünü adekvat və ya qeyri adekvat yuxarı qiymətləndirməsini göstərir; - özünü çəkdiyi dairənin kiçik olması sınanılanın özünü qeyri adekvat aşağı qiymətləndirməsini göstərir; - ailə üzvlərindən kiminsə böyük dairədə çəkilməsi sınanılanın ona böyük əhəmiyyət verdiyini göstərir; - ailə üzvlərindən kiminsə kiçik dairədə çəkilməsi sınanılanın ona az əhəmiyyət verdiyini göstərir. Dairələrin bir – birilə yerləşmə məsafəsinə görə: - “ mən ” dairəsinin mərkəzdə çəkilməsi sınanılanın eqosentrik istiqamətini göstərir; - “ mən ” dairəsinin vərəqin aşağısında və ya hər kəsdən kənarda çəkilməsi sınanılanın onlardan emosional uzaqlığını göstərir. Dairələr arasındakı məsafəyə görə: - bir dairənin digərlərindən uzaqda yerləşməsi ailədə konfliktli münasibəti, emosional uzaqlığı göstərir; - dairələrin bir – birilərinə yaxın yerləşməsi ailənin hər bir üzvünün bir – birilərinə emosional yaxın olmasını göstərir. Əhmədxanova Z. R.
Сегодня были уже 1 посетителей (49 хитов) здесь!
=> Тебе нужна собственная страница в интернете? Тогда нажимай сюда! <=