psynavigator - Artterapiyanın əsas məqsədi
   
 
  Muasir Psixologiya Merkezi
  psixoloji məsləhət
  məqalə
  Старт
  Bizə yazın
  Elmi araşdırmalar
  Psixoloji testlər
  Stress
  Ailə psixologiyası
  Prenatal dovr
  Psixoloq
  Səxsiyyət və fərdiyyət
  Psixokorreksiya
  => Klassik psixoanaliz
  => A.ADLERİN FƏRDİ ANALİTİK PSİXOKORREKSİYASI
  => LOQOTERAPİYA
  => EKZİSTENSİAL İSTİQAMƏT
  => Artterapiyanın əsas məqsədi
  => MUSİQİ TERAPİYASI
  => PROYEKTLİ RƏSM
  => NAĞIL TERAPİYASI
  => KUKLOTERAPİYA.
  => OYUN TERAPİYASI
  => PSİXOLOQ-OYUN TERAPEVTİNƏ OLAN TƏLƏBLƏR.
  Uşaq psixologiyası
  NLP
  Klinik psixologiya
  Huquq psixologiyası
  Umumi psixologiya

Artterapiyanın əsas məqsədi 
şəxsiyyət inkişaf harmonizasiyasının özünüifadə və özünüdərketmə qabiliyyətinin inkişafından ibarət olmasıdır. Artterapevtik təsirin vacib üsullarından biri aktiv təsəvvür üsuludur. Burada iki əsas ünsür bir-biri ilə üzləşir: şüurlu və şüursuz; onlar bir-biri ilə affektiv qarşılıqlı təsir vasitəsilə barışdırılır. “Humanitar istiqamətli nümayəndə” kimi çıxış edən artterapevtik korreksiya təsiri müştəriyə özünüifadə və özünürealizə etməkdə praktiki olaraq məhdudiyyətsiz imkanlar yaradır, öz “Mən”ini dərk etməkdə və təsdiq etməkdə ona kömək edir. Korreksiya mexanizminin digər imkanlarından biri kimi, hər iki tərəfin nümayəndəsinin fikrincə, yaradıcılıq prosesi meydana çıxır, reallıq, əvvəllər tədqiqatlardan gizlədilən, yeni münasibətləri təcəssüm etdirən hallar anladılır. Artterapiya kifayət qədər geniş yayılmış, 1960-cı ildə  Amerikada Amerika artterapevtik assossiyasiyası təşkil edilmişdir. Buna oxşar qurumlar həmçinin Ingiltərə, Yaponiya, Hollandiyada da yaradılmışdır. Yüzlərlə peşəkar artterapevt psixi və ümumsomatik xəstəxanalarda, klinikalarda, mərkəzlərdə, məktəblərdə, həbsxanalarda, universitetlərdə çalışırlar. Artterapiya həm əsas, həm də köməkçi metod kimi tədbiq edilə bilər. Onun hər iki metodunu xarakterizə edən iki təsir mexanizmini göstərmək lazımdır:

I mexanizm  ondan ibarətdir ki, incəsənət xüsusi simvolik formada konfliktli, zədələnmiş vəziyyəti rekonstruksiya edir və onun həllini subyektin kreativ qabiliyyəti əsasında tapır.

II mexanizm  təbiətin estetik reaksiyaları ilə bağlıdır.Bu bağlılıq təsiri “əziyyətli,ağrılı affektdən ləzzət, həzzverici hala qədər” dəyişməyə imkan yaradır.

Сегодня были уже 1 посетителей (64 хитов) здесь!
=> Тебе нужна собственная страница в интернете? Тогда нажимай сюда! <=