Axtarışın aparılmasının psixologiyası
Axtarış olduqca mürəkkəb və məsuliyyətli istintaq əməliyyatıdır.
Axtarış zamanı müstəntiqin qarşısında duran əsas vəzifə gizlədilmiş obyekti tapmaqdan ibarətdir.Amma axtarılan obyektlər çox zaman şüurlu olaraq,planlı şəkildə gizlədilir.Bu isə obyektlərin tapılmasını çətinləşdirir.
Axtarış aparan müstəntiq öz məqsədini aydın dərk edir.Lakin buna baxmayaraq,o,axtarılan obyektin yerini hansı yolla müəyyənləşdirmək haqda tam təsəvvürə malik olmur.Psixoloji cəhətdən maraqlı cəhət budur ki,hər iki tərəf,yəni həm gizləyən,həm də axataran həllə ehtiyacı olan məsələ ilə qarşılaşır.Hər iki tərəf məsələ həll edir.Lakin bu məsələ mürəkkəbliyinə görə gizlədən və axtaran üçün fərqlənir:gizlədən tərəf yalnız bir şeyi-axtarışın necə aparılacağını bilmir.O,gizlədilməsi lazım olan obyektlərin xassə və xarakterini,onları gizlətmək üçün seçilən sahənin xüsusiyyətlərini və.s. yaxşı bilir.Deməli,gizlədən şəxs birməchullu,müstəntiq isə ikiməchullu məsələ həll etməli olur,həm də onun vaxtı və imkanı məhduddur.
Obyektin gizlədilməsinə insanın konkret,fərdi psixi xüsusiyyətləri də böyük təsir göstərir.Beləki,qadın qadınlara xas olan işlərə meyl göstərdiyi halda,kişilər kişi işləri ilə daha həvəslə məşğul olurlar.Məsələn,eyni bir şeyi qadın və kişi müxtəlif üsullarla gizlətməyə çalışır:qadın onu paltarının müəyyən bir yerinə tikib gizlətməyə çalışdığı halda ,həmin şeyi gizlətmək üçün kişi iynə yox,çəkic və ya kəlbətindən istifadə edir.İ