psynavigator - Deviant davranış
   
 
  Muasir Psixologiya Merkezi
  psixoloji məsləhət
  məqalə
  => şəkillər
  => Deviant davranış
  => Affekt nədir?
  => Məhkəmə psixoloji ekspertizası
  => Yeniyetmələr
  => Deviant davranışlı yeniyemələrin davranış portretinin yaradılması
  => Təlim fəaliyyəti
  => Klassik nəzəriyələr
  => Duyğu və qavrayış.
  => Mustəntiqin fəaliyyəti
  => Hadisə yerinə baxış keзirilməsinin psixologiyası
  => Axtarışın aparılmasının psixologiyası
  => Səxsiyyət inkişafı
  => Fizioloji affekt halı
  => Emosional halların məhkəmə-psixoloji ekspertizası
  Старт
  Bizə yazın
  Elmi araşdırmalar
  Psixoloji testlər
  Stress
  Ailə psixologiyası
  Prenatal dovr
  Psixoloq
  Səxsiyyət və fərdiyyət
  Psixokorreksiya
  Uşaq psixologiyası
  NLP
  Klinik psixologiya
  Huquq psixologiyası
  Umumi psixologiya
Deviant davranışın xüsusiyyətləri və tədqiqi istiqamətləri


Namazova Aida , magistrant
.
Şəxsiyyətin deviant davranışı haqqında müasir biliklər bizə şəxsiyyətin mürəkkəb sosial davranış forması ilə məşğul olmağımızı çatdırır. Təəssüf ki, deviant davranışın vahid nəzəriyyəsi mövcud deyil. Bu amil haqqında geniş biliklər digər elm sahələrində də geniş mövcuddur: tibbdə, biologiyada, psixologiyada, sosialogiyada və hüquq elmində. Bir sıra elm sahələrində isə deviant davranış öyrənən xüsusi bölmələr ayrılmışdır.
Deviant davranışı sərtəndirən aşağıdakı amilləri fərqləndirmək mümkündür:
1) Sosial amillər: Evdə və məktəbdən kənar şəraitdə uşağa həmyaşıdlar quruplarının (qeyri – formal ), küçənin, sosimun göstərdiyi xoşagəlməz təsirlər sistemi.
2) Pedoqoji psixoloji amillər: U.aqların ailə tərbiyəsində yol verilən qüsurlar və səhvlər, təlim-tərbiyə müəssisələrində uşaq yeniyetmə, və gənclərin tərbiyəsində meydana gələn boşluqlar bu qəbildəndir.
3) Fərdi psixoloji faktorlar: Cəmiyyətəzidd və qeyri-sosial davranışa təkan verən ilkin təbii psixoloji göstəricilər, əxsi sərvət meyilləri davranışın özünütənzim mexanizmləri, fərdin sosial normalara neqativ münasibətini inkişaf etdirən psixoloji xüsusiyyətlər
Hüquqazidd davranışın tədqiqi maraq doğuran və çox istiqamətli bir sahədir . Qeyd olunan davranışı izah edən aşağıdakı nəzəriyyələr diqqəti cəlb edir.Bu nəzəriyyələr hüquqazidd davranışının bəzi psixoloji mexanizimləri ,müxtəlif formaları və .s xüsusiyyətlərini daha geniş şərh edir.
Deviant davranış haqqında müxtəlif konsepsiyalar arasında banisi Z. Freyd olan psixoanalitik meylli tədqiqatlar xüsusi yer tutur. Psixoanalizdə pozuntuların əsas mənbəyi “O” – nun strukturunu təşkil edən şüursuz meyllərlə “Mən” və “Fövqəl – Mən” – dən çıxış edən məhdudiyyətlər arasındakı daimi konflikt hesab olunur. Şəxsiyyətin normal inkişafı şüur və şüursuzluq sahələrini balanslaşdıran optimal müdafiə mexanizmlərinin yaranmasını nəzərdə tutur. Freyd həm də təklif etmişdir ki, libido istənilən yaradıcılıq fəaliyyətində çıxış axtarır; insan özünütəsdiqetmə və azadlığa can atır. Lakin azadlıq mədəniyyətin inkişafıyla birgə məhdudlaşır. Libidonun sıxışdırılıb çıxarılması, boğulması seksual enerjinin sublimasiyasına, davranışın sadizm və cinayətə qədər dəyişməsinə gətirib çıxarır.
Neofreydistlər deviant davranışın təbiətini digər davranış pozuntularıyla – nevrozlar, psixasteniyalar, seksual pozuntular, sayıqlama halları, şəxsiyyətin sosial dezadaptasiyasının müxtəlif formalarıyla – yanaşı olaraq nəzərdən keçirirlər. Xüsusi diqqət psixoanalitik işlərdə zorakılıq cinayətinin ilk səbəbi hesab olunan aqressivliyin təbiətinə verilir. Anadangəlmə dərk olunmayan meyllər aqressiv enerjini oyadır: Freyddə bu libidodur; Adlerdə hakimiyyətə, digərləri üzərində üstünlüyə meyl; E. Frommda ölümə, əzab çəkməyə mazoxistik meyl; V. Şutsda yaxın ətraf tərəfdən bəyənilmə və tərəfdaş olmadır. Lakin sonrakı tədqiqatlar göstərdi ki, deviant davranışın mahiyyətini yalnız psixoloji amillərin təhlili əsasında aydınlaşdırmaq olmaz.
Biheviorizm və neobiheviorizmin nümayəndələri B. Skinner, E. Torndayk, D. Uotson sübut edirlər ki, ətraf mühit insanın davranışını tamamilə təyin edir: öyrənmə vasitəsilə insan təcrübə əldə edir, davranışın nəticəsi onun təkrarlanma ehtimalını müəyyən edir. Buna müvafiq olaraq, xarici möhkəmlənmələr həm lider, həm də deviant davranışlı insanın davranışının şəklini dəyişir. Lakin həyat tərzinin proqramlaşdırılması haqqında elm iflasa uğradı. Belə ki, o, şəxsiyyətin özünüdərki və özünüinkişafıyla konfliktə girmişdir.
Humanistik yanaşma davranışdakı pozuntuları uşağın öz hissləriylə uyğunluğu itirməsinin nəticəsi kimi nəzərdən keçirir və mövcud tərbiyə şəraitində özünütəsdiqləmə və məna tapmağın mümkün olmamasıyla əlaqələndirilir. Bu yanaşma belə hesab edir ki, aqressiya sosiallaşma prosesinin təhrif olunmasının, xüsusən də, valideynlərin cəzalardan sui – istifadə etməsinin, uşaqlara qarşı qəddar münasibətin nəticəsidir
Сегодня были уже 1 посетителей (5 хитов) здесь!
=> Тебе нужна собственная страница в интернете? Тогда нажимай сюда! <=