psynavigator - Diqqəti inkişaf etdirən oyunlar
   
 
  Muasir Psixologiya Merkezi
  psixoloji məsləhət
  məqalə
  Старт
  Bizə yazın
  Elmi araşdırmalar
  Psixoloji testlər
  Stress
  Ailə psixologiyası
  Prenatal dovr
  Psixoloq
  Səxsiyyət və fərdiyyət
  Psixokorreksiya
  Uşaq psixologiyası
  => Yeniyetməlik dцvrь
  => Autizmin tarixi
  => Autizmin səbəbləri
  => Aqressiv uşaqlar.
  => Uşaqların inkşaf xьsusiyyətləri
  => AUTİZMİN ƏLAMƏTLƏRİ
  => Autizmli uşağın davranışları
  => Qaзqın usaqların davranışında təzahьr edən psixoloji pozuntular
  => Usaq stressi
  => 1 yaşdan 5 yaşa qədər olan inkişafının təqvimi
  => Diqqəti inkişaf etdirən oyunlar
  => Uşaqla Keyfiyyətli Zaman Keзirmə
  NLP
  Klinik psixologiya
  Huquq psixologiyası
  Umumi psixologiya

Diqqəti inkişaf etdirən oyunlar

Diqqət nəyinsə üzərində fikrin cəmlənməsi deməkdir. O, insanın maraqları, meylləri, qabiliyyəti ilə bağlı olur. Onun xüsusiyyətlərindən müşahidəçilik, əşya və hadisələrdə az seçilən, ancaq əhəmiyyətli olan əlamətləri qeyd etmək qabiliyyəti kimi şəxsi keyfiyyətlər asılıdır. Diqqət münasib bilik və bacarıq həcminin uşaq tərəfindən uğurla mənimsənilməsini və onun böyüklərlə ünsiyyət qurmasını təmin edən əsas şərtlərdən biridir. Diqqət olmasa, uşaq nə böyüklərin hərəkətlərini təkrarlamağı öyrənə, nə nümunə üzrə hərəkət edə, nə də sözlə deyilən göstərişlərə əməl edə bilər.
Diqqətin inkişafı yaddaşın inkişafı ilə sıx əlaqədardır.
Diqqət həcmi eyni zamanda kifayət qədər aydın və dəqiq mənimsənilən obyektin sayını bildirir. Böyük adamda diqqət həcmi eyni zamanda dörd-yeddi obyekt, uşaqda isə - 1-5 obyekt təşkil edir. Məktəbəqədərki, kiçik məktəb yaşlarında olan uşaq üçün hər bir hərf ayrı obyekt təşkil edir. Oxuma texnikasını qavradıqca, diqqət həcmi də sürətlə oxumaq üçün lazım olan səviyyəyədək artır.
Diqqətin davamlılığı onun bir əşya və ya fəaliyyət üzərində uzun müddət saxlanması deməkdir. Diqqətin davamlılığı göstəricisi nisbətən uzun müddət ərzində göstərilən fəaliyyətin yüksək məhsuldarlığıdır. Əgər diqqət davamlı deyilsə, o zaman işin keyfiyyəti də azalır.
Diqqətin intensivliyi müəyyən fəaliyyət növünü yerinə yetirərkən sinir enerjisinin nisbətən çox xərclənməsi ilə xarakterizə olunur.  Bu və ya digər fəaliyyət növündə diqqət müxtəlif intensivliklə təzahür edə bilər.

Diqqətin cəmlənməsi fikrin toplanıb bir yerə yönəldilməsi deməkdir. Diqqət o zaman cəmlənmiş sayılır ki, o, hər hansı obyektə və ya fəaliyyət növünə yönəldilsin və digərlərinə yayınmasın.

Diqqətin paylaşdırılması insanın eyni zamanda müəyyən sayda obyektin diqqət mərkəzində saxlamaq qabiliyyətinə deyilir. Yəni bu, eyni zamanda diqqəti iki və ya bir neçə obyektə yönəltmək, eyni vaxtda onlarla iş görmək və ya onları müşahidə etmək deməkdir.

Diqqətin bir yerdən o biri yerə yönəlməsi, qarşıya yeni vəzifənin qoyulması ilə əlaqədar, onun şüurlu və dərk olunmuş surətdə bir obyektdən və ya fəaliyyət növündən digərinə keçirilmək deməkdir. Ümumilikdə, diqqətin kiçirilməsi mürəkkəb vəziyyətdə cəld istiqamət almaq qabiliyyətini bildirir. 
 
Diqqətin pozulması

Diqqətin yayınması onun qeyri-iradi surətdə bir obyektdən digərinə keçməsinə deyilir.

Diqqət dağınıqlığı uzun müddət ərzində müəyyən bir şeydə diqqəti dayandırmaq bacarığının olmamasına deyilir. Diqqət dağınıqlığı özünü göstərə bilər: a) diqqət cəmləşdirmək bacarığının olmamasında; b) diqqətin bir fəaliyyət obyektində həddən artıq cəmlənməsində. Diqqət dağınıqlığı həmçinin xəstəlik və yorulma nəticəsində diqqətin tükənməsinə deyilir.

Diqqətin həddən artıq hərəkətliliyi, onun məhsuldarlığının aşağı səviyyədə olması şərtilə, daima bir obyektdən və ya fəaliyyətdən digərinə keçməsi deməkdir.

Diqqətin atilliyi onun az hərəkətliliyini, məhdud təsəvvürlər və fikirlər dairəsində patoloji surətdə cəmlənçəsini bildirir.

Сегодня были уже 1 посетителей (62 хитов) здесь!
=> Тебе нужна собственная страница в интернете? Тогда нажимай сюда! <=