psynavigator - Diqqətin novləri
   
 
  Muasir Psixologiya Merkezi
  psixoloji məsləhət
  məqalə
  Старт
  Bizə yazın
  Elmi araşdırmalar
  Psixoloji testlər
  Stress
  Ailə psixologiyası
  Prenatal dovr
  Psixoloq
  Səxsiyyət və fərdiyyət
  Psixokorreksiya
  Uşaq psixologiyası
  NLP
  Klinik psixologiya
  Huquq psixologiyası
  Umumi psixologiya
  => Diqqətin novləri
  => Hafizə proseslərinin psixoloji səciyyəsi
  => Yaddasaxlamanın xususiyyətləri
  => Yadasalmanın xususiyyətləri
  => Surət hafizəsi
  => Diqqətin təlim prosesində səmərəli təşkili ьsulları
  => Təlimdə diqqət
  => Kiзik məktəb yaşlı dцvrьndə hafizənin inkişafı
  => Hafizənin inkişafı

Diqqətin növləri

  Bu cür diqqət şüurlu vəzifə və məqsədlərlə bağlıdır, yəni niyyətli olaraq baş verir, ona görə də həmin diqqəti qeyri-ixtiyari diqqətlə eyniləşdirmək olmaz. Digər tərəfdən, onu ixtiyari diqqətlə də eyniləşdirmək olmaz,çünki artıq burada diqqəti saxlamaq üçün iradi cəhd və ya heç olmazsa nəzərə çarpan iradi cəhd tələb olunmur.Diqqətin qeyri-ixtiyari və ixtiyari növlərindən keyfiyyətcə fərqlənən həmin növünü xarakterizə edərkən psixologiyada N.F.Dobrıninin irəli sürdüyü      „ixtiyari diqqərdən sonrakı diqqət ” terminindən istifadə olunur.Daha səmərəli və məhsuldar zehni fəaliyyəti diqqətin həmin növü ilə əlaqələndirirlər (İ.V.Straxov).Məsələn; məktəbli yalnız lazım olduğu üçün çətin məsələnin həllinə girişir.Əvvəllər məsələ heç cür həll olunmur.Məktəblinin diqqəti tez-tez yayınır:gah pəncərədən baxır, gah da məqsədsiz halda qələmi kağız üzərində gəzdirir.Öz fikrini məsələnin həlli üzərinə cəmləşdirməyə çalışır, daha doğrusu özünü diqqətli olmağa məcbur etməyə can atır.Lakin budur, şagird məsələnin düzgün həlli yolunu tapmışdır, məsələ getdikcə daha çox anlaşıqlı olmağa bşlayır.Məsələnin həlli məktəblini daha çox cəlb edir.Nəhayət, məsələ onun üçün daha maraqlı olmağa başlayır.O daha başqa obyektlərə yayınmır, diqqətin lazımi obyekt üzərində saxlanması artıq xüsusi cəhd tələb etmir.

Şübhəsiz, tədris materiallarının parlaqlığı, maraqlılığı, eləcə də onun tədrisi üsulu ilə əlaqədar olan təlim prosesində qeyri-ixtiyari diqqət mühüm rol oynayır.Lakin təlim-tərbiyə prosesini, hətta aşağı siniflərdə belə, yalnız diqqətin həmin növünə əsasən qurmaq olmaz.Hələ vaxtilə K.D.Uşinski qeyd etmişdir ki,

„öz dərsinizi maraqlı etməklə siz uşaqların darıxacağından qorxmaya bilərsiniz, lakin yadda saxlayın ki, təlimdə hər şey maraqlı ola bilməz, burada hökmən marqsız şeylər də vardır və olmalıdır.Uşağı təkcə onu maraqlandıran işləri deyil, marqlandırmayan işləri də yerinə yetirməyə, öz vəzifəsini yerinə yetirməkdən həzz almaq naminə işlətməyə alışdırın”.

Məktəb təcrübəsində qeyri-ixtiyari diqqətə istinad edərək, ixtiyari diqqəti tərbiyə etmək zəruridir.Lakin nəzərə almaq lazımdır ki, diqqətin daim iradi cəhdin köməyi ilə saxlanması hədsiz gərginliklə bağlı olmaqla , həm də olduqca yorucudur.Məhz buna görə də təlim  prosesində ixtiyari diqqətdən sonrakı diqqət xüsusi əhəmiyyətə malikdir .

Diqqətin nəyə yönəlməsindən asılı olaraq onun aşağıdakı  iki növü ayırd edilir:

1)    xarici diqqət

2)    daxili diqqət

Bu iki növün fərqləndirilməsi diqqətin fəaliyyətini tənzim etmək üçün də vacibdir.

Xarici obyektlərə yönəlmiş diqqət insanın fəaliyyətinə qoşularaq onun əşya fəaliyyətinin tənzimində iştirak edir.Xarici diqqətsiz insanın ətraf aləmin cisim və hadisələrinə bələdləşməsi mümkün deyildir.

Daxili diqqət isə şəxsiyyətin öz daxili aləmini, fəaliyyətini, ümumən özünü, öz xüsusiyyətlərini dərk etməsi ilə əlaqədardır.Bu nöqteyi-nəzərdən daxili diqqət yalnız insanlara məxsusdur,heyvanlar öz mənəvi aləmini diqqət obyektinə çevirə, onu dərk etmək üzərində „baş sındıra” bilmirlər.

Xarici və daxili diqqət bir-birini ləngidir.Yəni insanın eyni zamanda həm xarici cisimlərə, həm də öz daxili aləminə diqqət yetirməsi çox çətindir.Bəzən hətta insan fikirləşərkən gözlərini yumur, sanki xarici aləmdən təcrid olmağa çalışır.Diqqət daxili aləmə yönəldikdə ətraf aləmin cisim və hadisələri sanki dumanlıq içərisində olur, onları aydın sürətdə əks etdirmək mümkün olmur.

Сегодня были уже 1 посетителей (23 хитов) здесь!
=> Тебе нужна собственная страница в интернете? Тогда нажимай сюда! <=