psynavigator - Diqqətin təlim prosesində səmərəli təşkili ьsulları
   
 
  Muasir Psixologiya Merkezi
  psixoloji məsləhət
  məqalə
  Старт
  Bizə yazın
  Elmi araşdırmalar
  Psixoloji testlər
  Stress
  Ailə psixologiyası
  Prenatal dovr
  Psixoloq
  Səxsiyyət və fərdiyyət
  Psixokorreksiya
  Uşaq psixologiyası
  NLP
  Klinik psixologiya
  Huquq psixologiyası
  Umumi psixologiya
  => Diqqətin novləri
  => Hafizə proseslərinin psixoloji səciyyəsi
  => Yaddasaxlamanın xususiyyətləri
  => Yadasalmanın xususiyyətləri
  => Surət hafizəsi
  => Diqqətin təlim prosesində səmərəli təşkili ьsulları
  => Təlimdə diqqət
  => Kiзik məktəb yaşlı dцvrьndə hafizənin inkişafı
  => Hafizənin inkişafı

Diqqətin təlim prosesində səmərəli təşkili üsulları

                       

 

Şagirdin diqqətini təşkil etmək onlarda diqqətin əsas xassələrini və xüsusən ixtiyari diqqətini inkişaf etdirmək deməkdir.Bu, şagirdin diqqətinin elə tərbiyə olunmasıdır ki, o istədiyi vaxt öz psixi fəaliyyətini müəyyən obyekt üzərinə yönəldə bilsin, lazım gəlsə, həmin obyekt üzərində uzun müddət mərkəzləşdirməyi bacarsın .İki və daha artıq obyektə diqqət yetirə bilsin. Bir işdən digərinə keçməyi bacarsın  və s.

Dərsdə şagirdlərin diqqətini fəallaşdırmaq yollarından biri keçilən materialın soruşulacağını, cavablara qiymət veriləcəyini onların əvvəlcədən bildirilməsidir.Diqqətin fəallaşdırılmasında qarşıya diqqətli olmaq məqsədinin qoyulması xüsusi əhəmiyyət kəsb edir.

Çünki, qarşıya məqsəd qoyulduqda şagird baxdığı obyektdə daha yeni keyfiyyətlər görür.Bu vəziyyət şagirdin diqqətini fəallaşdırır, yeni bilik və məlumatlar əldə edilir

Dərsdə şagirdlərin diqqətini fəallaşdırmaqda müəllimin danışığının ahəngi də az rol oynamır.Aydındır ki, hər hansı obyektə yaxşı diqqət yetirmək üçün müəyyən vaxt olmalıdır.Əgər müəllim çox aram-aram danışırsa, şagirdlər darıxır, diqqətsizlik yaranır.Şagirdlər müəllimini izləyə bilmirlər,hökmən diqqətsizlik yaranır.

Dərsdə şagirdlərin diqqətini təşkil etmək işində təlim edilən materialların bir-birilə əlaqəli olmasının da rolu az deyildir.Şagirdlər izah edilən hadisədə yenilik olmayanda, onların diqqətini cəlb etmir.Hətta eyni sözün bir çox dəfə təkrarı diqqətsizliyə səbəb olur.Məsələn;eyni ahənglə düşən su damlaları insanın yuxulamasına səbəb olur.

Şagirdlərə məlum olmayan yeni materialla məlum olan keçmiş material arasında əlaqə, rabitə olduqda onlar öz diqqətlərini keçmiş materialdan yeni materiala çox asanlıqla keçirir və qavramış olduqları köhnə bilik, bacarıq və vərdişlər üzərində yeni biliklər əldə edirlər.

        Dərsdə şagirdlərin diqqətini fəallaşdırmaq üçün müəllim yeni materialı elə izah etməlidir ki, o mənimsənilmiş biliklər üzərində qurulsun, onlarla əlaqələnsin və şagirdlərə yeni bir şey versin.

Dərs zamanı müəllimin sinifdə çox gəzməsi və yaxud dərsin əvvəlindən axırına kimi eyni bir yerdə durması, oturması da şagirdlərdə diqqətin əsas obyektə yönəlməsinə mənfi təsir edir.

Diqqətin fəallığında müəllimin nüfuzu da az rol oynamır.Nüfuzlu müəllimin dərsini şagirdlər yaxşı dinləyəcəklər.Ona görə də müəllimin şagirdlər arasında nüfuz qazanmğa çalışmalıdır.Bunun üçün dərsini yaxşı bilməli, həvəslə tədris etməyi bacarmalıdır.Pedaqoji ustalığa malik olmaqla bərabər, həm şagirdlərə hörmət etməli, həm də tələbkar olmalıdır.Danışığına, hərəkətinə, işinə, geyiminə, səliqəli olmağa fikir verməklə biliyi düzgün qiymətləndirməlidir.Dərsin salit şəraitdə keçməsi, dərs zamanı səssizliyin olması, təlimvasitələrinin kifayət qədər olması, dərs otağınıngenişliyi vətəmizliyi sinifdə hisslərə güclü təsir edən, beləliklə də diqqəti yayındıran qıcıqların olmaması və s.bütün bunlar diqqətliliyi təmin edən şərtlərdir
Сегодня были уже 5 посетителей (29 хитов) здесь!
=> Тебе нужна собственная страница в интернете? Тогда нажимай сюда! <=