psynavigator - Duyğu və qavrayış.
   
 
  Muasir Psixologiya Merkezi
  psixoloji məsləhət
  məqalə
  => şəkillər
  => Deviant davranış
  => Affekt nədir?
  => Məhkəmə psixoloji ekspertizası
  => Yeniyetmələr
  => Deviant davranışlı yeniyemələrin davranış portretinin yaradılması
  => Təlim fəaliyyəti
  => Klassik nəzəriyələr
  => Duyğu və qavrayış.
  => Mustəntiqin fəaliyyəti
  => Hadisə yerinə baxış keзirilməsinin psixologiyası
  => Axtarışın aparılmasının psixologiyası
  => Səxsiyyət inkişafı
  => Fizioloji affekt halı
  => Emosional halların məhkəmə-psixoloji ekspertizası
  Старт
  Bizə yazın
  Elmi araşdırmalar
  Psixoloji testlər
  Stress
  Ailə psixologiyası
  Prenatal dovr
  Psixoloq
  Səxsiyyət və fərdiyyət
  Psixokorreksiya
  Uşaq psixologiyası
  NLP
  Klinik psixologiya
  Huquq psixologiyası
  Umumi psixologiya

Duyğu və qavrayış.

 

Aydındır ki, insan ətraf aləmin dərk edilməsi sahəsində fəaliyyət göstərir. Psixi proseslərin ilk  mərhələsi dərk etmə prosesləri olan duyğu və qavrayışdır.

Dərk etmə  fəaliyyəti özündə bu prosesləri ehtiva edir:

1.                 Sensor (latın sözü sensus - dərk etmə) dərk etmə prosesləri hadisə və predmetlərin bir hissəsini əks etdirir. Bu fəaliyyətin psixi nəticəsini duyğu adlandırırlar.

2.                 Persepsiya (latın  sözü percipere - qavrayış) dərk etmə prosesləri predmet və hadisələrin tam halda əks edilməsidir. Bu hadisə və proseslərin psixi obrazlarına qavrayış deyilir.

3.                 Mnemonik (yunan sözü mneme – yaddaş) prosesləri yaddaşın surətini yaradır. Təqdim edilmiş xəyalın yeni surətlərə dəyişdirilməsi, köçürülməsi – bu təsəvvür prosesləridir.

4.                 İntelektual (latın sözü  intellectus – dərrakə) və ya təfəkkür prosesləri hadisələr arasında mövcud əlaqələri öyrənir.

Duyğu, qavrayış, təsəvvür, yaddaş dərk etmənin hissi formalarına aiddirlər. İnsanda hissi əks olunma məntiqi dərk  etmə ilə bağlıdır. İnsanda hissi dərk etmədə ünsiyyət funkiyasını daşıyan dil və sözlər mühüm rol oynayır. Öz növbəsində məntiqi dərk etmə bütün dərk etmə proseslərinin qarşılıqlı mütəmadi əlaqəsi nəticəsində baş verir.

 Duyğu psixi əksolunmanın ən sadə formasıdır. Duyğu – elementar psixi dərk etmə prosesi olub predmetlərin və hadisələrin ayrıca keyfiyyətlərini, həmçinin insanın öz orqanizminin vəziyyətinin beyində əksolunması və ya inikasıdır. Duyğuda psixikanın dərk etmə, emosional və tənzimləyici funksiyaları  özünü biruzə verir. Duyğu bizi yalnız ətraf aləmlə əlaqələndirmir, dərk etmənin əsas mənbəyi sayılır, eyni zamanda psixi inkişafın əsas şərti hesab edilir.

Hal hazırda duyğunun müxtəlif növləri fərqləndirilir ki, onları da bele klasifikasiyası etmək olar:

Xarici- predmetlərin, ətraf aləmin xüsusiyyətlərinin əks edilməsidir. Bu ya bu qıcıqların bizim analizatorlara bilavasitə təsiri ilə (kontakt və ya əlaqəli),ya da ki,  məsafəli təsiri ilə yaranır (distant duyğu). Duyğuda predmetlərin obyektiv xüsusiyyətləri (qoxu, rəngi, temperatur və s.) və bizi qıcıqlandıran təsirlərin intensivliyi (məsələn, daha yuxarı və aşağı temperatur) əks olunur. 

Daxili – daxili orqanların vəziyyətini fiksə edən duyğu.

Kinestetik- bədənimizin vəziyyətinin və hərəkətinin əks edilməsidir.

Kontakt və ya əlaqəli duyğuya biz misal üçün dad bilməni göstərə bilərik. Eşitmə, görmə distant və ya məsafəli duyğuya bariz misaldır.

Adətən insanda bu və ya digər duyğuya təmiz formada rast gəlmək nadir hallarda mümkün olur. Çünki, hər hansı bir qıcıq təkcə bir analizatora təsir etmir, o eyni zamanda bir neçə analizatora təsir edərək müxtəlif duyğuların tam bir qammasını yaratmış olur.

Gücünə və davamlılığına görə zəif, orta və güclü duyğuları fərqləndirirlər.

Şahid ,cinayət və mülki prosesin digər iştirakçılarının  ifadələrini   düzgün qiymətləndirmək üçün duyğunun əsas qanunauyğunluqlarından, xüsusiyyətlərindən və ifadələrin formalaşmasəına təsir edən bir sıra amilləri bilmək lazımdır.Duyğunun bu xüsusiyyətlərindən bunları qeyd etmək olar:

Analizatorun həssaslığı. Analizator özü qıcığı analiz və sintez edən sensor sistemidir. Analizator reseptordan, qıcığın enerjisini sinir impulsuna çevirən; beynin müvafiq yarımkürələrindən( hansı ki, sinir impulslarını burada incələnir) ibarətdir. Bu psixikanın  predmet və hadisələrin xüsusiyyətlərinin böyük və kiçik dəqiqliklə əks etmək qabiliyyətidir.

Qıcığın minimal gücü mütləq aşağı hədd adlanır, hansı ki, analizatorun qıcığa mütləq həssaslığını göstərir. Mütləq həssasıqla duyğunun həddi arasında qarşılıqlı əks əlaqə mövcuddur.duyğunun hədddi nə qədər aşağıdırsa həssaslıq bir o qədər yuxarıdır.

Qıcığın maksimal gücü mütləq yuxarı hədd adlanır, burada duyğu qıcıqla adekvat olaraq yaranır.Qıcığın gücünün daha da artması insanda ağrı hissi yaradır.

Mütləq aşağı və yuxarı hədd analizatorun həssaslığının zonasını təşkil edir.

Onu da qeyd edək ki, insanlarda həssalığın bu hədləri individual, fərdi xarakter daşıyır.Yaş və digər amillərin təsiri altında onlar da dəyişir. Həssaslığın itiliyi  özünün maksimal həddini 20-30 yaş arasında biruzə verir. Həssaslığın müvəqqəti itirilməsinə vaxt, qıraq qıcıqlar, psixiki  vəziyyət, xəstəlik, qadınlarda hamiləlik və s. faktorlar təsir edir. Şahid ifadələrinin formalaşdırılması zamanı şahidin hadisəni və ya hər hansı predmeti gördüyü zaman içkili olub olmaması, narkotiku və s. psixotrop maddələr qəbul edib-etməməsi də aydınlaşdırılmalıdır.

Bütün bu faktorları dindirmə zamanı duyğunun keyfiyyətini öyrənmək üçün  müxtəlif  kiçik eksperimentlər aparan zaman nəzərə almaq lazımdır. Məsələn,   özünü ağır eşidən kimi qələmə verən şübhəli şəxsin  eşitmə qabiliyyətini çox asanlıqla yoxlayıb, onun yalanını ifşa etmək olar. Xəstənin arxasında hər hansı bir predmeti yerə atmaq kifayətdir ki, onun  bu qıcığa qarşı reaksiyasını biləsən. Sağlam eşitmə qabiliyyətinə malik insan bu qıcığa qeyri – iradi olaraq reaksiya verəcəkdir. Bu eksperimentdən sonra şübhəli şəxsi məhkəmə-psixoloji ekspertizaya göndərmək lazımdır.



 
Сегодня были уже 5 посетителей (46 хитов) здесь!
=> Тебе нужна собственная страница в интернете? Тогда нажимай сюда! <=