psynavigator - EKZİSTENSİAL İSTİQAMƏT
   
 
  Muasir Psixologiya Merkezi
  psixoloji məsləhət
  məqalə
  Старт
  Bizə yazın
  Elmi araşdırmalar
  Psixoloji testlər
  Stress
  Ailə psixologiyası
  Prenatal dovr
  Psixoloq
  Səxsiyyət və fərdiyyət
  Psixokorreksiya
  => Klassik psixoanaliz
  => A.ADLERİN FƏRDİ ANALİTİK PSİXOKORREKSİYASI
  => LOQOTERAPİYA
  => EKZİSTENSİAL İSTİQAMƏT
  => Artterapiyanın əsas məqsədi
  => MUSİQİ TERAPİYASI
  => PROYEKTLİ RƏSM
  => NAĞIL TERAPİYASI
  => KUKLOTERAPİYA.
  => OYUN TERAPİYASI
  => PSİXOLOQ-OYUN TERAPEVTİNƏ OLAN TƏLƏBLƏR.
  Uşaq psixologiyası
  NLP
  Klinik psixologiya
  Huquq psixologiyası
  Umumi psixologiya
Bakı Dovlət Universitetinin muəllimi Vəfa Nağıyeva EKZİSTENSİAL İSTİQAMƏT. Ekzistensial istiqamətə şəxsiyyət korreksiyası sistemi və nəzəriyyələri aid edilir. Burada insan problemlərinin vacibliyi, həyat yollarının seçimi və şəxsi daxili aləmin formalaşmasında “azad iradə” prinsipinin dərk edilməsi xüsusi əhəmiyyət kəsb edir. Korreksiya məqsədinə belə yanaşma onunla izah olunur ki, insan öz həyatına özü istədiyi kimi məna vermiş olsun və onu tam dəyəri ilə anlamış olsun. Ekzistensializmin əsasını Daniya teoloqu və filosofu S.Kyerkeqor qoymuşdur. “Existentia” termini latınca “mövcudolma, varlıq, həyat” kimi tərcümə olunmuşdur. XX əsrin 20-ci illərində M.Haydeqqerin “Varlıq və zaman” əsərində, K.Yaspersin, J.Sartrın, A.Kamyunun, E.Qusserlin və başqalarının əsərlərində insan varlığının əsas konsepsiya anlayışının müasir konsultativ psixologiya və psixokorreksiyada təsiredici rolu nəzərə çarpır. Ekzistensial yanaşmanın nəzəriyyəçilərindən biri sayılan D.Bujental aşağıdakı əsas mühakimələri irəli sürmüşdür: - insan tam bir varlıqdır. O öz insani problemləri ilə bir yerdədir, insan dərk etməyə qadirdir və rasional hərəkət etmək bacarığına malikdir. O həmişə seçim edə bilir; - insanın hərəkət və davranışı həmişə intensialdır, yəni məqsədlidir, səbəblidir. O, şüurlu qərarlar qəbul etmək qabiliyyətinə malikdir. Ekzistensial yanaşmanın əsas anlayışları vardır. Bu anlayışlar konkret olaraq bir çox nümayəndələr tərəfindən müxtəlif cür qəbul edilsə də, əsas anlaşılan konsepsiyaları bunlardır:
Сегодня были уже 1 посетителей (58 хитов) здесь!
=> Тебе нужна собственная страница в интернете? Тогда нажимай сюда! <=