psynavigator - Emosional halların məhkəmə-psixoloji ekspertizası
   
 
  Muasir Psixologiya Merkezi
  psixoloji məsləhət
  məqalə
  => şəkillər
  => Deviant davranış
  => Affekt nədir?
  => Məhkəmə psixoloji ekspertizası
  => Yeniyetmələr
  => Deviant davranışlı yeniyemələrin davranış portretinin yaradılması
  => Təlim fəaliyyəti
  => Klassik nəzəriyələr
  => Duyğu və qavrayış.
  => Mustəntiqin fəaliyyəti
  => Hadisə yerinə baxış keзirilməsinin psixologiyası
  => Axtarışın aparılmasının psixologiyası
  => Səxsiyyət inkişafı
  => Fizioloji affekt halı
  => Emosional halların məhkəmə-psixoloji ekspertizası
  Старт
  Bizə yazın
  Elmi araşdırmalar
  Psixoloji testlər
  Stress
  Ailə psixologiyası
  Prenatal dovr
  Psixoloq
  Səxsiyyət və fərdiyyət
  Psixokorreksiya
  Uşaq psixologiyası
  NLP
  Klinik psixologiya
  Huquq psixologiyası
  Umumi psixologiya

Emosional halların məhkəmə-psixoloji ekspertizasının təşkili, aparılması və ekspertin rəyi

       Emosional halların məhkəmə-psixoloji ekspertizası müstəntiqin müvafiq qərarı və məhkəmənin  qərarları əsasında keçirilir. Bu sənədlərdə işin qısa fabulası, yəni məzmunu, ekspertizanın təyin edilməsinin motivi, ekspertizanın kim tərəfindən keçiriləcəyi və ekspertə aydınlaşdırılması üçün veriləcək suallar olur. Ekspertə verilən suallar  onun bilik dairəsini aşmamalıdır. Digər tərəfdən həmin suallar elə olmalıdır ki, ekspert onlara konkret şəkildə cavab verə bilsin, yəni suallara verilən cavablar fərziyyə xarakteri daşımamalıdır. Müqəssir, zərərçəkmiş və onların qanuni təmsilçilərinin iş üzrə məhkəmə-psixoloji ekspertizası keçirməyi xahiş etmək hüququ vardır. Əgər bu xahiş rədd edilərsə, o zaman müstəntiq və ya məhkəmə xüsusi qərar çıxarmalı və iş üzrə ekspertiza keçirmək xahişinin rədd edilməsinin motiv və səbəblərini izah etməlidirlər. Emosional halların məhkəmə-psixoloji ekspertizası bu sahədə təcrübəsi olan mütəxəssis-psixoloqlar tərəfindən keçirilməlidir. Əks təqdirdə, kobud səhvlərə yol verilə bilər. Emosional halların ekspertizası ambulator şəraitdə keçirilir. Bu məqsədlə ekspertizadan keçəcək şəxs psixologiya kafedrasına və ya ekspertiza üzrə ixtisaslaşmış psixoloji laboratoriyaya gətirilir. Bəzi hallarda ekspertizanı keçirmək üçün ekspert müstəntiq ilə birlikdə təcridxanaya getməli olur və beləliklə, ekspertiza təcridxana şəraitində keçirilir. Belə bir hal müəyyən dərəcədə ekspertin psixoloji müayinə imkanlarını məhdudlaşdırır. Emosional halların yüksək səviyyədə keçirilməsinin əsas şərtlərindən biri cinayət işinin lazımi faktlarla, o cümlədən, ekspertizaya gələcək adamın şəxsiyyətinə və onun formalaşmasına dair faktlarla zəngin olmasıdır. Cinayət işində ən əvvəl, ekspertizaya gətirilən şəxsin tərbiyə və inkişaf şəraiti haqqında, onun xarakteri, davranışının sabit tipik xüsusiyyətləri, adət və vərdişləri, maraqları, həyat planları, başqa insanlarla əlaqə və münasibətləri, tipik emosional reaksiyaları və s. haqqında lazımi material olmalıdır. Cinayət işində müqəssirin və ya zərərçəkmişin  hadisədən əvvəlki və hadisədən sonrakı emosional halı haqqında tutarlı material olmalıdır. Cinayət işində, məsələn, müqəssirin hadisədən əvvəl içkili olub-olmadığı və xüsusilə hadisə şəraiti, hadisədən sonrakı davranışı haqqında geniş material olmalıdır. Məhkəmə-psixoloji ekspertizasını, o cümlədən, emosional halların məhkəmə-psixoloji ekspertizasını məhkəmə-psixiatrik ekspertiza ilə eyni vaxtda keçirtmək məqsədəuyğun deyildir. Çünki, müstəntiq və hakim psixoloji ekspertizaya göndərilən adamın sağlam olduğuna, onda heç bir psixi xəstəliyin olmadığına əmin olmalıdırlar. Ona görə də emosional halların məhkəmə-psixoloji ekspertizasını yalnız psixiatrik ekspertizadan rəy aldıqdan sonra və ya ekspertizaya gətirilən şəxsin psixi sağlamlığı şübhə doğurmadığı halda keçirmək məqsədəuyğun hesab edilir. Burada bir prinsipial məsələni də xüsusi qeyd etmək lazımdır. Bəzi müstəntiqlər psixoloji ekspertizanı ibtidai isitintaqın başlanğıc mərhələsində, digərləri isə istintaqın qurtarmasına bir-iki gün və ya bir həftə qalmış keçirirlər ki, bunu qətiyyən düzgün hesab etmək olmaz. Məlum olduğu kimi istintaqın başlanğıc mərhələlərində cinayət işi materiallları nisbətən az olur. Bu isə öz növbəsində rəyin yazılışında səhvə yol verilmə ehtimalını xeyli artırır. Ona görə də, cinayət işi psixoloji ekspertizaya, törənmiş cinayət haqqında, ekspertizaya göndəriləcək şəxs haqqında kifayət qədər material toplandıqdan sonra göndərilməlidir. Cinayət işinin ekspertizaya istintaqın tam axırında göndərilməsi də məqsədəuyğun deyildir. Ambulator məhkəmə-psixiatrik ekspertizasından fərqli olaraq, məhkəmə-psixoloji ekspertizasının rəyinin yazılması xeyli vaxt tələb edir. Psixoloq-ekspert cinayət işi materiallarını başdan ayağa qədər heç bir şey buraxmadan diqqətlə oxuyub təhlil etməlidir ki, bəzən bu materiallar bir neçə cilddən, yüzlərlə səhifədən ibarət olur. Bir çox hallarda cinayət işində bu və ya digər halı təsdiqləyən və ya inkar edən qarşılıqlı ziddiyətli ifadələr olur. Ekspertə bu ziddiyətləri anlamaq və müvafiq nəticəyə gəlmək üçün vaxt tələb olunur. Ekspertin ekspertizadan başqa kənar işlərlə məşğul olduğu nəzərə alınarsa, rəyi bir-iki günə yazmaq mümkün deyildir. Yenə də belə hallarda rəyin düzgün olmaması ehtimalı artıt. Əgər ekspertizaya gətirilmiş materiallar rəyin yazılması üçün azlıq edirsə, o zaman ekspert bu haqda  yazılı şəkildə məlumat verməlivə rəyin yazılması üçün hansı materialların lazım olduğunu bildirməlidir
Сегодня были уже 1 посетителей (56 хитов) здесь!
=> Тебе нужна собственная страница в интернете? Тогда нажимай сюда! <=