psynavigator - Hadisə yerinə baxış keзirilməsinin psixologiyası
   
 
  Muasir Psixologiya Merkezi
  psixoloji məsləhət
  məqalə
  => şəkillər
  => Deviant davranış
  => Affekt nədir?
  => Məhkəmə psixoloji ekspertizası
  => Yeniyetmələr
  => Deviant davranışlı yeniyemələrin davranış portretinin yaradılması
  => Təlim fəaliyyəti
  => Klassik nəzəriyələr
  => Duyğu və qavrayış.
  => Mustəntiqin fəaliyyəti
  => Hadisə yerinə baxış keзirilməsinin psixologiyası
  => Axtarışın aparılmasının psixologiyası
  => Səxsiyyət inkişafı
  => Fizioloji affekt halı
  => Emosional halların məhkəmə-psixoloji ekspertizası
  Старт
  Bizə yazın
  Elmi araşdırmalar
  Psixoloji testlər
  Stress
  Ailə psixologiyası
  Prenatal dovr
  Psixoloq
  Səxsiyyət və fərdiyyət
  Psixokorreksiya
  Uşaq psixologiyası
  NLP
  Klinik psixologiya
  Huquq psixologiyası
  Umumi psixologiya

Hadisə yerinə baxış keçirilməsinin psixologiyası

 

 

 

Hadisə yerinə baxış keçirilməsi-cinayətin izlərinin,digər əşyayi dəlillərin tapılmasına,hadisənin baş verməsi şəraitinin və iş üçün əhəmiyyəti olan digər şərtlərin aydınlaşdırılmasına yönələn,müstəqil istintaq hərəkətidir.Bununla yanaşı hadisə yerinə baxış digər istintaq hərəkətlərinin tərkib hissəsi də ola bilər:tutma,axtarış, istintaq eksperimenti və.s.

Hadisə yerinə baxış keçirilməsi əvəzedilməz bir istintaq hətəkətidir,çünki digər hərəkətlərlə belə əhəmiyyətli məlumatlar əldə etmək olmur.Məsələn,cinayətkarın ayaq və barmaq izlərini yalnız bu yolla tapmaq olur.Müstəntiq bilavasitə hadisə yerindəki obyektləri öyrənmə prosesində cinayət hadisəsinin həqiqi xarakterini aydınlaşdirmağa kömək edən faktların və hadisələrin müəyyən edilməsi üçün idrakın müxtəlif forma və metodlarından istifadə edir.

Hadisə yerindəki şəraitin qavranılması müstəntiqə hadisəni təsəvvür etməyə imkan verir, vesiyaların irəli sürülməsi və digər istintaq hərəkətlərinin edilməsi üçün baza rolunu oynayr.Əlbəttə heçbir sənədin,protokolun,sxem və şəkillərin analizi gözlə bilavasitə qavramanı əvəz edə bilməz. Məhz buna görə üstü açılmamış cinayət işlərinin yenidən aparılması zamanı hadisə yeri xeyli dəyişikliyə uğrasa belə müstəntiqə orada yenidən olmaq məqsədəuyğundur.

Çox zaman hadisə yerinə baxış keçirilməsi naməlum istintaq situasiyalarında həyata keçirilir ki,bu da istintaqın ilkin mərhələsi üçün daha çox xarakterik olur.Bu zaman müstəntiq  qarşısında bu suallar durur:Nə baş verib: cinayət, bədbəxt hadisə, uydurma? Əgər cinayət baş veribsə, hansı növ cinayətdir? Kim bunu törədə bilərdi?

Hadisə yerinə baxış keçirilməsinin digər istintaq tədbirlərindən fərqləndirən əsas cəhətlərindən biri onun təxrəsalınmazlığıdır. Hadisə yerinə baxış keçirilməsi təcili olaraq həyata keçirilməlidir.Hər bir gecikmə dəlil və ya izlərin itməsinə,şahidlər tərəfindən hadisənin unudulmasına,hadisə yerindəki şəraitin dəyişməsinə səbəb ola bilər.Müstəntiqin baxış keçirməyə hazırlaşmağa,kimdənsə məsləhət almağa vaxtı olmur.O cəld işləməlidir,lakin unutmamalıdır ki,onun kiçik bir səhvi bərpaedilməz sübutların itməsinə səbəb ola bilər.Buna görə də müstəntiq məsuliyyətli olmalıdır.Hər şeydən əvvəl isə müstəntiqin təşkilati fəaliyyəti olmalıdır(operativ qrupun yığılması,elmi-texniki vasitələrin hazırlanması və yoxlanası və.s).Operativ qrupun tərkibinin nisbi sabitliyi mühüm əhəmiyyət kəsb edir.Qrupda peşə,həyat və psixoloji təcrübəli şəxslərin olması vacibdir.

Hadisə yerinə baxış keçirilməsi ictimaiyyətin gözü qarşısında həyata keçirilən istintaq hərəkəti olduğundan müstəntiqin kütlə qarşısında özünü itirməmək,diqqəti yayınmamaq kimi şəxsi keyfiyyətləri olmalıdır.

Hadisə yerinə baxış keçirilməsi-istintaq orqanları əməkdaşları,müstəntiq,mütəxəssislərin hərəkətlərindən ibarət mürəkkəb kompleks davranış növüdür.Müstəntiq fəaliyyəti əməliyyatların məcmusundan ibarət olub, idraki, axtarış,               təşkilati, təsdiqedici elementlərdə özünü göstərir.


 
Сегодня были уже 1 посетителей (42 хитов) здесь!
=> Тебе нужна собственная страница в интернете? Тогда нажимай сюда! <=