psynavigator - Hafizə proseslərinin psixoloji səciyyəsi
   
 
  Muasir Psixologiya Merkezi
  psixoloji məsləhət
  məqalə
  Старт
  Bizə yazın
  Elmi araşdırmalar
  Psixoloji testlər
  Stress
  Ailə psixologiyası
  Prenatal dovr
  Psixoloq
  Səxsiyyət və fərdiyyət
  Psixokorreksiya
  Uşaq psixologiyası
  NLP
  Klinik psixologiya
  Huquq psixologiyası
  Umumi psixologiya
  => Diqqətin novləri
  => Hafizə proseslərinin psixoloji səciyyəsi
  => Yaddasaxlamanın xususiyyətləri
  => Yadasalmanın xususiyyətləri
  => Surət hafizəsi
  => Diqqətin təlim prosesində səmərəli təşkili ьsulları
  => Təlimdə diqqət
  => Kiзik məktəb yaşlı dцvrьndə hafizənin inkişafı
  => Hafizənin inkişafı

Hafizə proseslərinin psixoloji səciyyəsi

 

 

Fərdin öz təcrübəsini, əldə etdiyi bilikləri yadda saxlamasına, hifz etməsinə və sonradan yada salmasına hafizə deyilir .

Hafizə keçmişdə qavradığımız cisim və hadisələrin surətlərinin beynimizdə canlandırmağa, daha doğrusu, onları təsəvvür etməyə imkan verir. Biz cisim və hadisələrin surətlərini , fikirləri, hərəkətləri, keçirmiş olduğumuz hissləri yadda saxlayıb yada sala bilərik.

Hafizə digər psixi proseslərin inkişafına imkan verir.Bu baxımdan  hafizə didər psixi proseslərlə birbaşa əlaqədardır .

İnsanın idrak fəaliyyətində hafizənin rolu böyükdür. Hafizə insan təcrübəsinin bünövrəsini təşkil edir. İ.M.Seçenov qeyd edirdi ki, hafizə bütün psixi inkişafın təməlini təşkil edən qüvvədir. Əgər bu qüvvə olmasay idi, hər bir real duyğu özündən sonra iz buraxmadığı üçün milyonuncu dəfə təkrar edildikdə belə, birinci dəfə duyulduğu kimi təsir bağışlayardı.

Dərk olunan cisim və hadisələrinyadda saxlanması, hifz olunması, yada salınması və tanınması hafizə prosesləri adlanır.Adətən, hafizənin dörd əsas prosesi: yaddasaxlama, hifzetmə, yadasalma və tanıma ayırd edilir. Bunların hamısı fəaliyyətdə təşəkkül tapır və onunla təyin edilir.

Yaddasaxlama- gerçəkliyin cisim və hadisələrinin təsirilə duyğu və qavrayış prosesində beynimizdə əmələ gələn təssürat və surətlərin möhkəmləndirilməsi prosesidir. Elə hafizənin fəaliyyəti də buradan başlayır: yaddasaxlama xarici və daxili mühitin təsirinin beyində həkk olunmasıdır. Bu, fərdin təcrübəsinin yeni biliklər, davranış formaları ilə zənginləşməsi üçün zəruridir. Həm də yaddasaxlama həmişə seçici olur. Yəni hiss üzvlərinə təsir edən şeylərin hamısını yadda saxlamırıq, buna lüzu yoxdur.

Yaddasaxlama üç əsas formada cərəyan edir:

1)     əksinialma və ya nəqşləndirmə

2)     qeyri-ixtiyari yaddasaxlama

3)     ixtiyari yaddasaxlama

Əksinialma və ya nəqşləndirmə bir neçə saniyə ərzində cismi bir dəfə görməklə onun surətinin çox dəqiq şəkildə qısa və ya uzunmüddətli hafizədə saxlanmasıdır. Bu cür yaddasaxlama eydetik surətlərdə özünü aydın surətdə büruzə verir. Çox qüvvətli  emosional təsir yaradan cisim və hadisələr beyində möhkəm

nəqşlənir və uzunmüddətli hafizədə qalır. Yəni nəqşləndirmə emosional sarsıntı yaradan, həyat əhəmiyyətli hadisələrin həkk olunmasıdır.

Qeyri-ixtiyari yaddasaxlama isə cismin dəfələrlə, təkrarən qavranılması sayəsində baş verir. Bu halda qarşıya xüsusi yaddasaxlama məqsədi qoyulmur, cismin və ya hadisənin yadda saxlanması üçün iradi səy göstərilmir. Lakin unutmaq olmaz ki, qeyri- ixtiyari yaddasaxlamaya cisimlər, hadisələrlə görülən iş, yaxud insan fəaliyyətinin xarakteri təsir edir .

Сегодня были уже 6 посетителей (18 хитов) здесь!
=> Тебе нужна собственная страница в интернете? Тогда нажимай сюда! <=