psynavigator - Huquq psixologiyası
   
 
  Muasir Psixologiya Merkezi
  psixoloji məsləhət
  məqalə
  Старт
  Bizə yazın
  Elmi araşdırmalar
  Psixoloji testlər
  Stress
  Ailə psixologiyası
  Prenatal dovr
  Psixoloq
  Səxsiyyət və fərdiyyət
  Psixokorreksiya
  Uşaq psixologiyası
  NLP
  Klinik psixologiya
  Huquq psixologiyası
  Umumi psixologiya

Məhkəmə-psixoloji ekspertizasının məqsədi, vəzifəsi və səlahiyyətləri.

 

     Insan psixikasının xüsusiyyətlərinin bir hissəsi hamıya məlumdur. İnsanların hamısına məlum olan bu xüsusiyyətlər məişət psixologiyası adlanan psixologiyanın məzmununu, tərkib hissəsini təşkil edir. Məişət psixologiyasını təşkil edən biliklərə əsaslanaraq insanın hərəkət və davranışını, onların hərəkətverici qüvvəsi olan motivləri az-çox düzgün izah etmək mümkündür. Lakin insan psixologiyası çox mürəkkəbdir. Onun gözlə görünən üzdə olan və gözlə görünməyən mexanizmləri vardır. Bu mexanizmləri açmaq və insanın bu və ya digər şəraitdə davranışını düzgün izah etmək üçün xüsusi səriştə, elmi-psixoloji biliklər tələb olunur ki, bu da xüsusi psixoloji təhsili olmayan adamlarda olmur. Ona görə istintaq və məhkəmə prosesində xüsusi psixoloji biliklərə, yəni mütəxəssis-psixoloq tərəfindən aparılan psixoloji ekspertizaya ehtiyac hiss olunur. Məhkəmə-psixoloji ekspertizasının əsas məqsədi psixoloji məzmunlu məsələlərin həllində ədalət məhkəməsi orqanlarına yardım etməkdir. Qeyd etmək lazımdır ki, məhkəmə-psixolojiekspertizası insanın psixi fəaliyyətinin bu və ya digər cəhətlərini müəyyən etməklə kifayətlənməməlidir. Əksər hallarda ekspert-psixoloq öz elmi səlahiyyəti çərçivəsində əldə olunmuş faktları bir mütəxəssis kimi dəyərləndirməyi bacarmalıdır. O, müxtəlif psixi hdisə və halların diaqnozunu qoymağı, onların hüquq mühafizə orqanlarını maraqlandıran hadisələrə münasibəti və konkret şəraitdə insan davranışına təsiri haqqında fikir söyləməyi bacarmalıdır. Deməli, məhkəmə-psixoloji ekspertizasının predmeti insanın bütöv  və vahid psixi fəaliyyətinin komponentləridir ki, onların müəyyən edilməsinin və ekspert tərəfindən müvafiq şəkildə dəyərləndirilməsinin iş üzrə həqiqəti üzə çıxarmaqda böyük əhəmiyyəti vardır. Məhkəmə-psixoloji ekspertizasının ümumi predmetinin daxilində xüsusi şöbələr vardır ki, onlardan biri emosional halların ekspertizasıdır.

     Emosional halların və xüsusilə affekt halının ekspertizası zamanı bəzən iki müxtəlif elmin səlahiyyətləri bir-biri ilə qarışdırılır və nəticədə psixoloqlar psixiatrlarn və əksinə, psixiatrlar psixoloqların işinə qarışırlar. Bu qarışıqlığa yol  verməmək üçün belə bir fikri əsas tutmaq lazımdır ki, psixologiya və psixiatriya bir-birinə yaxın olsalar da, müstəqil elmlərdir. Belə ki, psixiatriya tibb elmlərinə aid bir elmdir və onun məqsədi əsəb-psixi sahədə baş vermiş  pozuntuları öyrənmək və onları müalicə etməkdir. Psixiatriya psixi halların da diaqnostikası və müalicəsi ilə məşğul olur. Lakin bu hallara sağlam (normal) adamlarda müşahidə edilən emosional hallar aid deyildir. Psixiatriya yalnız anadangəlmə və sonradan qazanılmış qüsurlar, pozuntular (psixozlar, nevrozlar və s.) əsasında baş vermiş emosional halları müəyyən və müalicə edir. Psixiatriyanı insan psixologiyasının patalogiyası, yəni xəstəliyi maraqlandırır. Insanın anadangəlmə və ya sonradan qazanılan qüsurunun əsasında yaranan psixi hallardan biri patoloji affektdir. Bu affekt böyük dağıdıcı qüvvəyə malik olur, xəstə adamlarda müşahidə olunur və ona elə görə də patoloji affektin diaqnostikası daha doğrusu ekspertizası ilə psixiatrlar məşğul olurlar. Normal psixi fəaliyyətin qanunauyğunluqlarının tədqiqi psixiatriyanın predmetinə aid deyildir. Bu məsələ ilə psixoloqlar məşğul olurlar. Ona görə affektin normal adamlarda təzahürünün ekspertizası psixoloqların səlahiyyətinə aid olan bir məsələdir.

Сегодня были уже 1 посетителей (38 хитов) здесь!
=> Тебе нужна собственная страница в интернете? Тогда нажимай сюда! <=