psynavigator - Kiзik məktəb yaşlı dцvrьndə hafizənin inkişafı
   
 
  Muasir Psixologiya Merkezi
  psixoloji məsləhət
  məqalə
  Старт
  Bizə yazın
  Elmi araşdırmalar
  Psixoloji testlər
  Stress
  Ailə psixologiyası
  Prenatal dovr
  Psixoloq
  Səxsiyyət və fərdiyyət
  Psixokorreksiya
  Uşaq psixologiyası
  NLP
  Klinik psixologiya
  Huquq psixologiyası
  Umumi psixologiya
  => Diqqətin novləri
  => Hafizə proseslərinin psixoloji səciyyəsi
  => Yaddasaxlamanın xususiyyətləri
  => Yadasalmanın xususiyyətləri
  => Surət hafizəsi
  => Diqqətin təlim prosesində səmərəli təşkili ьsulları
  => Təlimdə diqqət
  => Kiзik məktəb yaşlı dцvrьndə hafizənin inkişafı
  => Hafizənin inkişafı

Hafizənin təlim prosesində səmərəli təşkili üsulları və formalaşması

 

          Kiçik məktəb yaşlı dövründə hafizənin inkişafı  

Kiçik məktəb yaşlı dövründə sistematik xarakter daşıyan təlim və tərbiyənin təsiri altında uşağın hafizəsinin inkişafı davam edir.Hafizənin inkişafı uşağın mənimsəmə fəaliyyətinin irəli sürdüyü mürəkkəb və çoxcəhətli tələblərin yerinə yetirilməsi prosesində reallaşır. Kiçik məktəb yaşlı dövründə hafizənin inkişafı bir tərəfdən məntiqi, mənalı yaddasaxlamanın rolunun artması ilə, digər tərəfdən isə uşağın öz mənimsəmə fəaliyyətini ixtiyari olaraq idarə etmək imkanlarının mövcud olması ilə xarakterizə olunur.Məhz belə şəraitdə şagird sistematik və şüurlu surətdə özünün fəaliyyətini ixtiyari olaraq idarə etmək bacarığına tədricən yiyələnməyə başlayır .

Təlim fəaliyyətinin təsiri altında kiçik məktəblinin hafizə proseslərində böyük dəyişikliklər baş verir.Məktəbə gələn uşaq artıq ixtiyari olaraq yadda saxlamağı bacarır, lakin bu bacarıq hələlik çox məhdud xarakter daşıyır.Belə ki, birinci sinif şagirdi tez-tez evə verilən tapşırıqları yada sala bilmir.Bununla belə, uşaq onun üçün maraqlı olan və emosional cəhətdən cəlbedici materialları heç bir çətinlik çəkmədən asanlıqla yadda saxlamağa nail ola bilir.

Aparılan müşahidlər göstərir ki, kiçik məktəblinin təlim fəaliyyətində qeyri-ixtiyari yadda saxlama mühüm yer tutur.Şagirdlərin böyük əksəriyyəti bilavasitə üzərində praktik və ya əqli iş apardıqları materialları əsaslı səy göstərmədən yadda saxlamağı bacarırlar.Artıq üçüncü sinifdə qeyri-ixtiyari yadda saxlama daha məhsuldar xarakter daşımağa başlayır.

Bəzi psixoloqlar belə hesab edirlər ki, kiçik məktəb yaşlı uşaqlarda mexaniki hafizə, daha doğrusu mexaniki yadda saxlama üstünlük təşkil edir.Bununla belə, aparılan psixoloji tədqiqatların nəticələri göstərir ki, kiçik yaşlarda mənalı yadda saxlamadan fərqli olaraq , mexaniki yadda saxlama daha az səmərəli xarakter daşıyır. Belə ki, yaşlılaradan fərqli olaraq, uşaqlar mexaniki olaraq materialı yadda

saxlamaqda böyük çətinlik çəkirlər. Bu onunla izah olunur ki, mənasız materialın

mexaniki olaraq yadda saxlanılması daha böyük iradi səy tələb edir.Uşaq hələlik belə imkana malik olmur. Aparılan çoxsaylı təcrübələrin nəticələri göstərir ki, kiçik məktəblilər bir qayda olaraq mənalı sözləri mənasız hacalaradan fərqli olaraq daha müvəffəqiyyətlə və böyük həcmdə yadda saxlamağa nail ola bilirlər.Bəzi hallarda anlaşılamayan materialın yaxşı yadda saxlanılması faktı da müşahidə olunur .Görkəmli psixoloq A.A.Smirnov bu vəziyyəti uşaqların başa düşmədikləri materiallara xüsusi tipli münasibətlərinin olması ilə izah edir.Uşaq onun üçün əhmiyyət kəsb edən və ya əhəmiyyəti ona aşılanan materialı mexaniki olaraq yadda saxlamağa aktiv meyl etməyi bacarırlar .

 Kiçik məktəblilərin təlim tapşırıqlarını  mexaniki olaraq yadda saxlamağa meyl etmələrinin bir səbəbi də odur ki, kiçik məktəbli yadda saxlamanın səmərəli üsullarına nail ola bilməmişdir.Hafizənin inkişafında keyfiyyət dəyişiklikləri baş verdikcə, şagird tədricən mənalı ixtiyari yadda saxlamanın əlverişli üsul və vasitələrini mənimsəməyə başlayır .

Kiçik məktəblilərdə hafizə əsasən əyani-obarazlı xarakter daşıyır.Məktəbə keçidin ilk dövründə uşaqlarda qeyri-ixtiyari yaddasaxlama əsaslı üstünlük təşkil edir.Onlar yadda saxlama məqsədini aydın təsəvvür etməyi bacarmır və çox hallarda öz qarşılarına konkret xarakter daşıyan fərqləndirici mnemik vəzifələri qoymurlar. Kiçik məktəbli yaşında yadda saxlamanın üsullarından olan təkrar hələ də üstünlük təşkil edir.Daha doğrusu, uşaqlar bir qayda olaraq öyrəndikləri materialları dəfələrlə təkrar etmək yolu ilə yadda saxlamağa cəhd göstərirlər.Mənalı yaddasaxlama üsullarından şagirdlər nadir hallarda istifadə etməyə çalışırlar. Kiçik məktəblilər əsas etibarilə müvafiq mətni və ya materialı bir qayda olaraq, xarici əlamətlərinə görə qruplaşdırır və onları məna əlaqələrinə görə fərqləndirməyi bacarmırlar.Müşahidələr göstərir ki, kiçik məktəb yaşı dövründə uşaqlar mənalı yadda saxlamanı təşkil etməyi bacarmırlar.Şagirdlər öyrənilən materialı məna qruplarına ayırmağı bacarmıralar və müvafiq məntiqi sxemlərdən , istinad  fikirlərindən  istifadə  etməkdə   əsaslı çətinlik  çəkirlər.   Yadda  saxlama

prosesində nəzarət və özünənəzarət təzahür etmir və uşaqlar yalnız təkrar qavrama mərhələsində bəzən mənimsəmə fəaliyyətlərinin səviyyəsinə nəzarət etməyə səy göstərirlər.

Сегодня были уже 1 посетителей (46 хитов) здесь!
=> Тебе нужна собственная страница в интернете? Тогда нажимай сюда! <=