psynavigator - Klassik psixoanaliz
   
 
  Muasir Psixologiya Merkezi
  psixoloji məsləhət
  məqalə
  Старт
  Bizə yazın
  Elmi araşdırmalar
  Psixoloji testlər
  Stress
  Ailə psixologiyası
  Prenatal dovr
  Psixoloq
  Səxsiyyət və fərdiyyət
  Psixokorreksiya
  => Klassik psixoanaliz
  => A.ADLERİN FƏRDİ ANALİTİK PSİXOKORREKSİYASI
  => LOQOTERAPİYA
  => EKZİSTENSİAL İSTİQAMƏT
  => Artterapiyanın əsas məqsədi
  => MUSİQİ TERAPİYASI
  => PROYEKTLİ RƏSM
  => NAĞIL TERAPİYASI
  => KUKLOTERAPİYA.
  => OYUN TERAPİYASI
  => PSİXOLOQ-OYUN TERAPEVTİNƏ OLAN TƏLƏBLƏR.
  Uşaq psixologiyası
  NLP
  Klinik psixologiya
  Huquq psixologiyası
  Umumi psixologiya
Bakı Dövlət Universitetinin müəllimi Vəfa Nağıyeva KLASSİK PSİXOANALİZDƏ KORREKSİYA TƏSİRLƏRİ. “Psixodinamika” termini ilk dəfə 1918-ci ildə R.Vudvorts tərəfindən təklif edilmişdir. Psixodinamik yanaşmanın mərkəzində psixodinamik aspektlərlə əlaqəli suallar durur. Bunlar daxili konfliktlər, istəklər, arzu və məqsədlər zəminində inkişaf edən və “Mən” şəxsiyyətində funksionallaşan sualların psixodinamik yanaşma tərəfindən həll edilməsinə kömək edir. Konflikt (münaqişə)-müştərinin davranışındakı və emosional həyatındakı dəyişikliklərin pozulması səbəbləri haqqında anlayışdır. Konflikt haqqında müəlliflərin müxtəlif mülahizələri vardır, yəni buna uyğun olaraq, konfliktə psixodinamik yanaşma da müxtəlifdir, bütün korreksiya və psixoterapevtik metodlar onların həllinə yönəldilmişdir. Beləliklə, psixoanalizin əsas vəzifəsi-müştərinin düşünülməyən hərəkətlərinin yol verilməzliyi ilə əlaqədar olan münaqişəli durumu ona başa salmaqdır. Belə hallarda bu konfliktlərin həlli yolu kimi məhz düşünülməyən hərəkətlərin yol verilməzliyinin çözülməsi hesab edilir. Z.Freyd tərəfindən qələmə alınmış “Kiçik Hansın tarixçəsi” əsərində müəllif müxtəlif yaşlı uşaqlarla işlərkən psixoanalizdən istifadə etməyin əsasını qoymuşdur. Uşaq psixoanalizi yaranan vaxtdan o iki əsas məktəb üzrə inkişaf etdirilmişdir. Bu məktəblər nəzəri baxışlarına və praktik tətbiqlərinə görə bir-birindən fərqlənirlər: onlardan biri M.Klayn məktəbi, digəri isə klassik və ya Freyd məktəbi adlanır. Tətbiq edilən transfera mexanizmi anlayışı-korreksiya təsirinin müvəffəqiyyətini müəyyən edən mərkəzi proses kimi müxtəlif anlayışlarda qəbul edilir. Uşaq psixoanalizində müxtəlif korreksiya metodlarının və üsullarının aparılması nəticəsində qərara alınmışdır ki, oyun terapiyası və artterapiya psixodinamik yanaşmanın nəticəsi kimi ayırd edilsin. Gələcəkdə psixoloq psixodinamik yanaşmanın metodlarından kənara çıxaraq, öz şəxsi metodlarını həyata keçirə bilər. Bəzi müəlliflər belə hesab edirlər ki, oyun terapiyası daimi qorxu içərisində yaşayan və yuxu pozğunluğu olan uşaqlar arasında daha effektli nəticə verir. Psixoanalitiklər kiçik pasientlərdə irəli sürdükləri tələbləri onların valideynləri qarşısında da qoyurlar. Məsələn, uşağın intellektual inkişafının daha yüksək səviyyədə olması üçün valideynlər aktiv şəkildə psixoanalitiklər əməkdaşlığa can atmalıdırlar. A. Freyd, M. Maller, P. Nolbauer öz əsərlərində uşaq psixoanalizinin səmərəli həlli üçün bəzi şərtlər irəli sürmüşlər: - psixoanalitik üsulların yaş həddinə görə adaptasiya olunması; - terapevtik alyansın təkcə “analitik-pasient” yox, habelə “analitik-valideyn”, informasiya alyansının isə “valideyn-analitik” anlayışı kimi qəbul edilməsi. Korreksiyanın məqsədi: Psixodinamik təyinatda korreksiyanın istiqaməti-şüursuz səbəblərdən əmələ gəlmiş ağır həyacanın və ağrı hisslərinin müəyyən edilməsindən ibarətdir.
Сегодня были уже 1 посетителей (3 хитов) здесь!
=> Тебе нужна собственная страница в интернете? Тогда нажимай сюда! <=