psynavigator - Konsultantın təsir vasitələri
   
 
  Muasir Psixologiya Merkezi
  psixoloji məsləhət
  => Konsultasiya
  => Psixokonsultasiyanın vəzifələri
  => konsultativ kontaktın xususiyyətləri
  => Konsultasiyada unsiyyət texnikaları
  => Konsultativ texnikalar
  => Konsultasiyanın məqsədi
  => Konsultasiyanın strukturu
  => Psixoloji konsultasiyanın prinsipləri
  => Psixoloji məsləhətə yaradılan şərait
  => Kliyentin konsultasiyaya qoşulması
  => Konsultantın təsir vasitələri
  => Konsultantın kliyentə mьnasibətdə mцvqeyi
  məqalə
  Старт
  Bizə yazın
  Elmi araşdırmalar
  Psixoloji testlər
  Stress
  Ailə psixologiyası
  Prenatal dovr
  Psixoloq
  Səxsiyyət və fərdiyyət
  Psixokorreksiya
  Uşaq psixologiyası
  NLP
  Klinik psixologiya
  Huquq psixologiyası
  Umumi psixologiya

                               Konsultantın təsir vasitələri

 

   Konsultantın professional təsir imkanları geniş və çoxcəhətlidir, onların arasında sözsüz ki, əsası verbal kontakt  (kliyentlə) dəqiqliklə desək konsultativ söhbət hesab olunur. Bu cür söhbət onunla fərqlənir ki, o həyatda təsadüf olunur və professional səviyyədə belə bacarıqlara malik olmaq əsl incəsənətdir. Daha geniş bu barədə növbəti bölmələrdə istifadə olunur. Hələlik deyə bilərik ki, professional söhbət müvafiq effektin əldə olunmasında professional tərəfindən istifadə olunan metod və texnikalardan təşkil olunmuş mürəkkəb konstruksiyadan ibarətdir. Belə vacib rolu konsultativ söhbətin aparılması texnikası oynayır. Texnikadan düzgün istifadə edilməsi psixoloji təsirin effektivliyini, kliyentlə psixoloqun kontaktının inkişafı imkanlarını təmin edir.

   Konsultasiya prosesində qəbul zamanı meydana çıxan müxtəlif xüsusi tapşırıqların həll olunmasına istiqamətlənən üsul və yollar hesab olunur. Onlar arasında kliyentin mövqeyinin korreksiyası, ev tapşırıqları, kliyentin nələri edəcəyi, diskussiyalar, yönələn müxtəlif suallar fərqləndirilir. Bir çox hallarda bu texnikalar söhbət prosesi ilə bağlıdır.

   Konsultasiyanın xüsusi üsul və metodları qrupunu – söhbətin gedişini dəyişən xüsusi tapşırıq və çalışmalardır. Onların sırasına geştaltterapiya çərçivəsində praktikadan keçirilən  “boş stol”  metodudur. Digər istifadə olunan metod isə, ailə terapiyası çərçivəsində praktikada istifadə olunan  “münasibətlərin (əlaqələrin) yekunlaşdırılması” dır. Bu metodlardan istifadə konsultantın nəzəri yanaşmasını və kliyantin müraciət etdiyi problemin xarakterinin müəyyən edilməsində istifadə olunur.

   Konsultant verbal təsirlərdən başqa bir çox qeyri-verbal üsullardan (məs: gözlər kontaktı, səsin və pozanın xarakteristikasından ) istifadə edə bilər. Bir çox hallarda bu üsullardan istifadə konkret məqsədə nail olmağa imkan vermir, konsultasiya prosesini tənzim edir və kliyentin gərginliyini aradan qaldırır, onun rahatlığına şərait yaradır. Uğurlu psixoloji təsirin vacib şərti – söhbətin düzgün təşkil edilməsidir.

 

                       

 

Сегодня были уже 1 посетителей (34 хитов) здесь!
=> Тебе нужна собственная страница в интернете? Тогда нажимай сюда! <=