psynavigator - Məhkəmə psixoloji ekspertizası
   
 
  Muasir Psixologiya Merkezi
  psixoloji məsləhət
  məqalə
  => şəkillər
  => Deviant davranış
  => Affekt nədir?
  => Məhkəmə psixoloji ekspertizası
  => Yeniyetmələr
  => Deviant davranışlı yeniyemələrin davranış portretinin yaradılması
  => Təlim fəaliyyəti
  => Klassik nəzəriyələr
  => Duyğu və qavrayış.
  => Mustəntiqin fəaliyyəti
  => Hadisə yerinə baxış keзirilməsinin psixologiyası
  => Axtarışın aparılmasının psixologiyası
  => Səxsiyyət inkişafı
  => Fizioloji affekt halı
  => Emosional halların məhkəmə-psixoloji ekspertizası
  Старт
  Bizə yazın
  Elmi araşdırmalar
  Psixoloji testlər
  Stress
  Ailə psixologiyası
  Prenatal dovr
  Psixoloq
  Səxsiyyət və fərdiyyət
  Psixokorreksiya
  Uşaq psixologiyası
  NLP
  Klinik psixologiya
  Huquq psixologiyası
  Umumi psixologiya
Cinayət işlərinin istintaqı və məhkəmə prosesində psixoloji məzmunlu çoxlu suallar meydana çıxır. Bu sualların böyük əksəriyyətinin həlli üçün psixologiya elmləri sahəsində xüsusi biliklər tələb olunmur və onları müstəntiq və ya hakim mütəxəssis psixoloqa müraciət etmədən öz təcrübə və ya biliklərinə istinad edərək həll edə bilərlər və həll edirlər. Lakin istintaq və məhkəmə prosesində psixoloji məzmunlu elə suallar meydana çıxır ki, onların düzgün həlli üçün psixologiya sahəsində xüsusi elmi biliklər tələb olunur, məhkəmə-psixoloji ekspertizasına ehtiyac hiss olunur. O məsələlərdən biri müqəssirin, zərərçəkmişin və ya şahidin hadisə zamanı keçirdiyi emosional halın müəyyən edilməsidir.
Psixi cəhətdən sağlam insana xas olan emosional hallar çoxdur. Lakin onların müəyyən hissəsinin kriminoloji əhəmiyyəti yoxdur və ya yox dərəcəsindədir. Kriminoloji əhəmiyyəti olan üç emosional halvardır- fizioloji affekt, stress və frustrasiya. Tədqiqat işimizdə bu halların mahiyyəti açlır, kriminoloji əhəmiyyəti və ekspertizasının metodikası şərh edilir və göstərilir ki, emosional halların məhkəmə-psixoloji ekspertizasını ekspertizanın digər növlərindən ayıran bir sıra xüsusiyyətlər vardır. Tədqiqat işimizdə bu xüsusiyyətlər geniş müzakirə edilir.
Fizioloji affekt normal insana xas olan emosional hallardan biridir. Onu başqa emosional hallardan ayıran əsas xüsusiyyət- onun yaşanması zamanı şüurun dəyişməsi, daha doğrusu zəifləməklə məhdudlaşmasıdır. Bu məhdudlaşmanın nəticəsidir ki, affekt vəziyyətində olan şəxsin gərgin, münaqişəli şəraitdə özünü lazımi səviyyədə idarə edə bilmir, onun öz hərəkəti və davranışı üzərində nəzarəti zəifləyir. Bu da cinayətə gətirib çıxarır. Ona görə qanun affekt halını təqsiri yüngülləşdirici amil kimi qəbul edir. Bu baxımdan affekt halının düzgün diaqnozu xüsusi xüsusi əhəmiyyət kəsb edir. Hər bir adam səviyyəsindən, təhsilindən, tərbiyəsindən, yaşından asılı olmayaraq affekt vəziyyətinə düşə və bu vəziyyətdə özü belə istəmədən ağır cinayətlər törədə bilər. Apardığımız müşahidələr və yoxlamalar göstərir ki, bəzi cinayət işləri istisna olmaqla, affekt halının düzgün diaqnozu son dərəcə çətin və məsuliyyətli bir işdir. Affekt halının düzgün diaqnozu ekspertdən geniş bilik, bacarıq, təcrübə və ustalıq tələb edir ki, bu keyfiyyət ekspertdə olmur. Lakin məsələ yalnız ustalıq və bacarıqda, bilik və təcrübədə deyildir. Qanun affekt halının təsirini yüngülləşdirici amil qəbul etdiyi üçün bu amildən istifadə edərək törətdiyi cinayətə görə haqlı cəzadan qurtarmağa çalışanlar da az deyildir. Ona görə affekt halının diaqnozu ilə məşğul olan ekspert güclü əks təsirlə qarşılaşmalı olur. Ona hər yerdən təzyiq edilir. Onu rüşvətlə, hədə qorxu, xahiş və s. ilə saxta rəy verməyə təhrik edirlər. Ona görə psixoloq-ekspert yüksək əxlaqi keyfiyyətlərə malik olmalıdır. O məsuliyyətli, halal, düzgün, vətənpərvər bir adam olmalıdır. Psixoloq-ekspert iradəli, prinsipial, cürətli adam olmalıdır. Apardığımız müşahidə və yoxlamalar göstərir ki, affekt halının düzgün diaqnozu təkcə ekspert-psixoloqdan asılı deyildir. Burada cinayət işini ekspertizaya göndərən müstəntiqin də rolu olduqca böyükdür. Affekt halının diaqnozu əsasən cinayət işi materiallarının tədqiqi və təhlili əsasında qoyulur. Ona görə cinayət işində affektə dair, affektin yaranma şəraitinə, müqəssirin şəxsiyyətinin təşəkkülünə, hadisədən əvvəl müqəssirin psixi halına dair materialların olmaması affektin düzgün diaqnozunu çətinləşdirməklə bərabər, bəzi hallarda ekspertin səhvə yol verməsinə səbəb olur.
Fizioloji affektin güclü stress və patoloji affektlə olduqca çox oxşar cəhətləri vardır. Belə ki, bəzi hallarda onları bir-birindən dəqiq şəkildə ayırmaq mümkün olmur. Belə hallarda komisyon kompleks psixoloji-psixiatrik ekspertiza keçirilməlidir.
Fizioloji affekt üç mərhələdə cərəyan edir. Fizioloji affektin düzgün diaqnozunu qoymaq üçün hər üç mərhələ dərindən tədqiq edilməlidir. Xüsusilə qeyd etməliyik ki, affektin birinci mərhələsi yavaş və çox sürətlə cərəyan edə bilər. Birinci mərhələnin cərəyan etmə sürətindən asılı olaraq affektdə iki variant meydana çıxır. Belə hallar yalnız insan gözlənilmədən hücuma, zorakılığa məruz qaldıqda və yaxud qəflətən ağır təhqir edildikdə müşahidə olunur.
Apardığımız müşahidə və yoxlamalar göstərdi ki, müstəntiq və hakimlər affektin yalnız bu variantını əsl onun tələblərinə uyğun affekt hesab edirlər. Lakin affektin yaranmasının ikinci variantı da vardır. Əsl fizioloji affekt bəzi hallarda zaif müqəssir üçün yalnız subyektiv əhəmiyyəti olan təsirdən də yarana bilər. Bu affektin birinci mərhələsi uzandıqda müşahidə olunur. Affektin birinci mərhələsinin uzanması affekt törədən gərginliyin yığılaraq kritik səviyyəyə çıxdıqdan sonra cuzi səbəbdən insan affekt vəziyyətinə düşə bilər. Ona görə rəyə qiymət verən zman yalnız hadisə şəraitini, ya da hadisədən bilavasitə əvvəl olan şəraiti deyil, müqəssir ilə zərərçəkənin münasibətlərini nəzərə almaq lazımdır.
Tədqiqat işimizdə frustrasiya və strees hallarının ekspertizasına xeyli yer verilmişdir. Mövcud ədəbiyyatda bu mövzuya dair materiallar çox azdır. Halbuki, sosial həyatın get-gedə intensivləşməsi, mürəkkəbləşməsi, maddi və mənəvi sıxıntı və çətinliklərin artması frustrasiya və stress hallarının kriminoloji əhəmiyyətini xeyli artırmışdır. Tədqiqat işimizdə biz bu boşluğu imkan dairəsində doldurmağa çalışmışıq.
Tədqiqat işimizin yazılmasında yanız psixoloji ekspertizaya və xüsusilə emosional halların məhkəmə-psixoloji ekspertizasına həsr edilmiş mövcud ədəbiyyatın tədqiqi və təhlili ilə kifayətlənməmişik. Bəzi ekspertizaların keçirilməsində iştirak etmklə bərabər, respublikadakı zəngin ekspertiza praktikasından alınmış orijinal materialardan geniş istifadə etmişik.

Cəbrayılova Səbinə
Сегодня были уже 1 посетителей (17 хитов) здесь!
=> Тебе нужна собственная страница в интернете? Тогда нажимай сюда! <=