psynavigator - Məhkəmə psixoloji ekspertizasə
   
 
  Muasir Psixologiya Merkezi
  psixoloji məsləhət
  məqalə
  Старт
  Bizə yazın
  Elmi araşdırmalar
  => Frustrasiya nədir?
  => Emosional hallar
  => Məhkəmə psixoloji ekspertizasə
  => Stressin mərhələləri
  => Yaradıcılıq psixologiyası
  Psixoloji testlər
  Stress
  Ailə psixologiyası
  Prenatal dovr
  Psixoloq
  Səxsiyyət və fərdiyyət
  Psixokorreksiya
  Uşaq psixologiyası
  NLP
  Klinik psixologiya
  Huquq psixologiyası
  Umumi psixologiya
Məhkəmə-psixoloji ekspertizasının məqsədi, vəzifəsi və səlahiyyətləri.

Insan psixikasının xüsusiyyətlərinin bir hissəsi hamıya məlumdur. İnsanların hamısına məlum olan bu xüsusiyyətlər məişət psixologiyası adlanan psixologiyanın məzmununu, tərkib hissəsini təşkil edir. Məişət psixologiyasını təşkil edən biliklərə əsaslanaraq insanın hərəkət və davranışını, onların hərəkətverici qüvvəsi olan motivləri az-çox düzgün izah etmək mümkündür. Lakin insan psixologiyası çox mürəkkəbdir. Onun gözlə görünən üzdə olan və gözlə görünməyən mexanizmləri vardır. Bu mexanizmləri açmaq və insanın bu və ya digər şəraitdə davranışını düzgün izah etmək üçün xüsusi səriştə, elmi-psixoloji biliklər tələb olunur ki, bu da xüsusi psixoloji təhsili olmayan adamlarda olmur. Ona görə istintaq və məhkəmə prosesində xüsusi psixoloji biliklərə, yəni mütəxəssis-psixoloq tərəfindən aparılan psixoloji ekspertizaya ehtiyac hiss olunur. Məhkəmə-psixoloji ekspertizasının əsas məqsədi psixoloji məzmunlu məsələlərin həllində ədalət məhkəməsi orqanlarına yardım etməkdir. Qeyd etmək lazımdır ki, məhkəmə-psixolojiekspertizası insanın psixi fəaliyyətinin bu və ya digər cəhətlərini müəyyən etməklə kifayətlənməməlidir. Əksər hallarda ekspert-psixoloq öz elmi səlahiyyəti çərçivəsində əldə olunmuş faktları bir mütəxəssis kimi dəyərləndirməyi bacarmalıdır. O, müxtəlif psixi hdisə və halların diaqnozunu qoymağı, onların hüquq mühafizə orqanlarını maraqlandıran hadisələrə münasibəti və konkret şəraitdə insan davranışına təsiri haqqında fikir söyləməyi bacarmalıdır. Deməli, məhkəmə-psixoloji ekspertizasının predmeti insanın bütöv və vahid psixi fəaliyyətinin komponentləridir ki, onların müəyyən edilməsinin və ekspert tərəfindən müvafiq şəkildə dəyərləndirilməsinin iş üzrə həqiqəti üzə çıxarmaqda böyük əhəmiyyəti vardır. Məhkəmə-psixoloji ekspertizasının ümumi predmetinin daxilində xüsusi şöbələr vardır ki, onlardan biri emosional halların ekspertizasıdır.
Emosional halların və xüsusilə affekt halının ekspertizası zamanı bəzən iki müxtəlif elmin səlahiyyətləri bir-biri ilə qarışdırılır və nəticədə psixoloqlar psixiatrlarn və əksinə, psixiatrlar psixoloqların işinə qarışırlar. Bu qarışıqlığa yol verməmək üçün belə bir fikri əsas tutmaq lazımdır ki, psixologiya və psixiatriya bir-birinə yaxın olsalar da, müstəqil elmlərdir. Belə ki, psixiatriya tibb elmlərinə aid bir elmdir və onun məqsədi əsəb-psixi sahədə baş vermiş pozuntuları öyrənmək və onları müalicə etməkdir. Psixiatriya psixi halların da diaqnostikası və müalicəsi ilə məşğul olur. Lakin bu hallara sağlam (normal) adamlarda müşahidə edilən emosional hallar aid deyildir. Psixiatriya yalnız anadangəlmə və sonradan qazanılmış qüsurlar, pozuntular (psixozlar, nevrozlar və s.) əsasında baş vermiş emosional halları müəyyən və müalicə edir. Psixiatriyanı insan psixologiyasının patalogiyası, yəni xəstəliyi maraqlandırır. Insanın anadangəlmə və ya sonradan qazanılan qüsurunun əsasında yaranan psixi hallardan biri patoloji affektdir. Bu affekt böyük dağıdıcı qüvvəyə malik olur, xəstə adamlarda müşahidə olunur və ona elə görə də patoloji affektin diaqnostikası daha doğrusu ekspertizası ilə psixiatrlar məşğul olurlar. Normal psixi fəaliyyətin qanunauyğunluqlarının tədqiqi psixiatriyanın predmetinə aid deyildir. Bu məsələ ilə psixoloqlar məşğul olurlar. Ona görə affektin normal adamlarda təzahürünün ekspertizası psixoloqların səlahiyyətinə aid olan bir məsələdir.
Tədqiqat işimizdə stress və frustrasiya hallarının ekspertizasına dair də xeyli material verilmişdir. Məlum olduğu kimi bir çox hallarda intiharın əsas səbəblərindən biri intihar etmiş adamın intihardan əvvəl güclü frustrasiya halı keçirməsidir. Lakin istintaq və məhkəmə praktikasında elə hallara təsadüf olunur ki, intihar etmiş adamı güclə, zorla intihara məcbur edirlər, ya da intihar adı altında cinayəti gizlətməyə çalışırlar. Belə hallarda ölümün əsas səbəbini müəyyən etməkdə məhkəmə-psixoloji ekspertizasının əhəmiyyəti son dərəcə artır. Əvvəllər psixiatriyada belə bir fikir hakim idi ki, hər bir intihar xəstəlik əlamətidir. Müassir psixologiya və psixiatriya elmi bu fikri yalnış hesab edir. İndi hər kəsə yaxşı məlumdur ki, hətta psixi cəhətdən tamamilə sağlam adamlar da güclü münaqişəli hisslərin və bir çox başqa səbəblərin təsiri altında intihar edə bilərlər. Ona görə, məhkəmə-psixoloji ekspertizasının vəzifələrindən biri intihar edən şəxsin intihardan əvvəlki emosional halının onu intihara meylləndirib-meylləndirməməsini müəyyən etmək və əgər meylləndirirsə, onun səbəbini müəyyən etməkdir. Ölündən sonra yalnız psixi sağlamlığı şübhə doğurmayan, ya da psixi sağlamlığı məhkəmə-psixoloji ekspertizası tərəfindən təsdiq edilən adamların barəsində məhkəmə-psixoloji ekspertizası təyin edilir. Bəzən müstəntiqlər ekspert-psixoloqdan ölmüş adamın həqiqətən intihar edib-etmədiyini və ya intiharın konkret səbəbini müəyyən etməyi tələb edirlər. İnsanın hərəkət və davranışının motivasiyası çox mürəkkəbdir. Ona görə də belə suallara cavab vermək qeyri-mümkündür.


Müəllif :Cəbrayılova Səbinə

Сегодня были уже 1 посетителей (37 хитов) здесь!
=> Тебе нужна собственная страница в интернете? Тогда нажимай сюда! <=