psynavigator - MUSİQİ TERAPİYASI
   
 
  Muasir Psixologiya Merkezi
  psixoloji məsləhət
  məqalə
  Старт
  Bizə yazın
  Elmi araşdırmalar
  Psixoloji testlər
  Stress
  Ailə psixologiyası
  Prenatal dovr
  Psixoloq
  Səxsiyyət və fərdiyyət
  Psixokorreksiya
  => Klassik psixoanaliz
  => A.ADLERİN FƏRDİ ANALİTİK PSİXOKORREKSİYASI
  => LOQOTERAPİYA
  => EKZİSTENSİAL İSTİQAMƏT
  => Artterapiyanın əsas məqsədi
  => MUSİQİ TERAPİYASI
  => PROYEKTLİ RƏSM
  => NAĞIL TERAPİYASI
  => KUKLOTERAPİYA.
  => OYUN TERAPİYASI
  => PSİXOLOQ-OYUN TERAPEVTİNƏ OLAN TƏLƏBLƏR.
  Uşaq psixologiyası
  NLP
  Klinik psixologiya
  Huquq psixologiyası
  Umumi psixologiya

MUSİQİ TERAPİYASI.

Musiqi terapiyasında musiqidən bir korreksiya vasitəsi kimi istifadə olunur. Musiqi terapiyasının çoxsaylı metodlarına tam bir varlıq kimi baxılır və təsirin əsas, aparıcı faktoru sayılır. Musiqi terapiyası həm də digər korreksiya üsullarını musiqi ilə tamamlayaraq, bu üsulların effektliliyini artırır. Emosional dəyişikliklər, qorxu, hərəki və dil pozğunluqları, psixosomatik xəstəliklər, davranış pozğunluğu zamanı musiqi terapiyasından geniş istifadə olunur. II dünya müharibəsindən sonra musiqi ilə müalicə müxtəlif psixi pozğunluqların müalicəsində geniş tətbiq edilmişdir. O iki istiqamətdə müəyyənləşdirilir: 1) Amerika məktəbi, 2) İsveç məktəbi.

Amerika musiqi terapiyası- empirik-klinik istiqamətə malikdir. Bu, əsas etibarilə müxtəlif forma və tərkibli musiqinin göstərdiyi kliniki effektin təsiridir. Bunun əsasında musiqinin “müalicəvi” kataloqu tərtib edilir. Öz növbəsində bu, musiqi farmakologiyasıdır və tərkibində müalicəvi təsirin iki tərəfi ayırd edilir: stimuləedici və sedativ. Psixoanaliz tərəfdarları musiqinin təsirinin maraq dairəsinə nüfuzu ilə izah edirlər. Musiqinin effektinin izahı üçün istifadə edilən “katarsis” anlayışına onlar prinsipcə başqa məna verirlər. Musiqi yalnız emosional gərginliyi azaldan və ya aradan qaldıran vasitə deyildir, o həmçinin seksual enerjinin xaric olması üçün bir kanaldır.

İsveç məktəbi-psixologiyanın dərinliyinə girərək, belə hesab edir ki, musiqi terapiyasının korreksiya işində mərkəzi rolu kənara çəkilməlidir, belə ki, musiqi öz spesifik xüsusiyyətlərinə görə, şəxsiyyətin dərin qatlarına nüfuz edir. Altşuler pasientlərdə bir sıra psixoloji dəyişikliklər kəşf etmişdir: belə musiqinin təsirindən yaranmış adekvat vəziyyət “musiqi terapiyasının izoprinsipi” adlandırılmışdır.Belə ki, xəstə ilə söz qıtlıgı yaranan zaman onunla kontaktı bərpa etmək məqsədi ilə və pasientin emosional tonusunu aradan qaldırmaq üçün uyğun musiqi seçılır. Başqa sözlə desək , depressiya zamanı yavaş, sakit musiqinin, oyanıq vəziyyətdə ikən-bərk və sürətli templi musiqinin ifası məqsədəuyğun sayılır. Musiqi terapiyasının tarixi bu prinsipin praktiki tətbiqi üçün çoxlu sayda misallara malikdir. Musiqi proqramının düzgün seçimi-musiqi terapiyasının açar faktorudur. Müştəri ilə kontakta girməsi üçün musiqi onun emosional vəziyyətinə uyğun gəlməlidir
Сегодня были уже 6 посетителей (21 хитов) здесь!
=> Тебе нужна собственная страница в интернете? Тогда нажимай сюда! <=