psynavigator - Mustəntiqin fəaliyyəti
   
 
  Muasir Psixologiya Merkezi
  psixoloji məsləhət
  məqalə
  => şəkillər
  => Deviant davranış
  => Affekt nədir?
  => Məhkəmə psixoloji ekspertizası
  => Yeniyetmələr
  => Deviant davranışlı yeniyemələrin davranış portretinin yaradılması
  => Təlim fəaliyyəti
  => Klassik nəzəriyələr
  => Duyğu və qavrayış.
  => Mustəntiqin fəaliyyəti
  => Hadisə yerinə baxış keзirilməsinin psixologiyası
  => Axtarışın aparılmasının psixologiyası
  => Səxsiyyət inkişafı
  => Fizioloji affekt halı
  => Emosional halların məhkəmə-psixoloji ekspertizası
  Старт
  Bizə yazın
  Elmi araşdırmalar
  Psixoloji testlər
  Stress
  Ailə psixologiyası
  Prenatal dovr
  Psixoloq
  Səxsiyyət və fərdiyyət
  Psixokorreksiya
  Uşaq psixologiyası
  NLP
  Klinik psixologiya
  Huquq psixologiyası
  Umumi psixologiya

Müstəntiqin fəaliyyəti və cinayətin rekonstruksiyası.

 

        Giriş hissəsində müstəntiq fəaliyyətinin bir sıra xüsusiyyətlərini qeyd etdik.İndi isə müstəntiq fəaliyyətinin psixoloji quruluşunu təhlil etmək istərdik:

 

1)  Idrak fəaliyyəti

2)  Konstruktiv fəaliyyət

3)  Tərbiyəedici fəaliyyət

4)  Kommunikativ fəaliyyət

5)  Təşkilatçılıq fəaliyyəti

6)  Təsdiqedici fəaliyyət

 

        Müstəntiqin idrak fəaliyyəti keçmişdə və indiki zamanda baş vermiş hadisənin aydınlaşdırılmasına yönəlir.Bəzən də onlar əsasında fikrən gələcəyin modeli yaradılır.Həmin hadisələr müstəntiq tərəfindən həm bilavasitə,həm də dolayı yolla,yəni başqa şəxslərin məlumatı vasitəsi ilə xüsusi şəraitdə-vaxt azlığı,həqiqətin gizlədilməsinə maraqlı olan şəxslərin əks təsiri,mənfi emosional halətlər doğuran cisim və hadisələrin olması şəraitində dərk olunur.Bundan asılı olaraq müstəntiqin qavrayışı diqqəti,hafizəsində,təfəkkürü və təxəyyülündə özünəməxsus cəhətlər meydana çıxır.

        Müstəntiqin konstruktiv fəaliyyətinin 3 əsas cəhəti ayırd edilir:proqnozlaşdırma,planlaşdırma,qərar qəbul etmə.

        Proqnozlaşdırma artıq baş vermiş hadisənin inkişaf dinamikasının öyrənilməsi yolu ilə baş verə biləcək hadisələrin abaqcadan müəyyənləşdirilməsinə,ümumi və xüsusi versiyaların irəli sürülməsinə yönəlir.onun xüsusi forması antisipasiya adlanır ki,bu zaman proqnozlaşdırma hər hansı bir konkret faktdan daha çox təcrübəyə istinad edir.

        Planlaşdırma konstruktiv fəaliyyətin mühüm cəhəti kimi meydana çıxır.Bu zaman:

 

a)  Cinayət işi üzrə faktların           ssssmüəyyənləşdirilməsi,yoxlanılması,analiz və sintez edilməsi;

b)  Qətimkan tədbirləri;

c)  Irəli sürülmüş versiyaların yoxlanılması;

d)  Ayrı-ayrı istintaq hərəkətləri;

e)  Istintaqın gedişində başqa səxslərin hərəkətlərinin sistemi         xxxxvə.s.

 

planlaşdırılır.

        Qərarın qəbul edilməsi çox mühüm iradi aktdır.Bu zaman mövcud informasiya təhlil olunur.Konkret situasiya,eləcə də cinayət-prosessual və cinayət-hüquqi tələbləri nəzərə almaq şərti ilə qərarın məqsədi müəyyən edilir,qərarın bütün mühüm variantları aydınlaşdırılır,onlardan ən düzgünü seçilir və prosessual baxımda nizama salınır,qərarın icrası planlaşdırılır.

        Müstəntiqin konstruktiv fəaliyyəti nəticəsində həm də müqəssirin hərəkətləri tövsif olunur.

        Tərbiyəedici fəaliyyət hər şeydən əvvəl,konkret şəxsiyyətə-cinayət törətmiş şəxsə təsir göstərməyin sisteminin             müəyyənləşdirilməsində və həyata keçrilməsində ifadə olunur.Müqəssirdə özünütərbiyə cəhdinin yaradılması tərbiyə fəaliyyətinin çox mühüm tərkib hissəsidir.

        Müstəntiq öz fəaliyyəti prosesində müxtəlif şəxslərlə-zərərdidə ilə,şahidlə,müqəssirlə,şübhəli şəxslə ünsiyyətə girir ki,bu da onun fəaliyyətinin kommunikativ cəhətini təşkil edir.

        Müstəntiqin təşkilatçılıq fəaliyyəti istintaq fəaliyyətinin bütün digər növlərinin həyata keçirilməsi üçün optimal şəraitin yaradılmasına yönəlir.Onun iki səviyyəsini ayırd etmək olar:

 

a)  Müstəntiqin öz fəaliyyətinin təşkili;

b)  Istintaq prosesi iştirakçılarının fəaliyyətinin təşkili.

 

        Müstəntiqin idrak və konstruktiv fəaliyyəti zəruri olaraq təsdiqedici funksiyanın icrası ilə müşayiət olunur.İş üzrə aydınlaşdırılmış şəraitin və istintaqın özünün gedişinin təsdiq edilməsi müstəntiqin vəzifəsinə daxildir.

        Ibtidai istintaq-məqsədi keçmişdə baş vermiş cinayət hadisəsinin hazırda müstəntiq tərəfindən tapılmış izlərinə görə rekonstruksiya (bərpası) olunmasına yönəlmiş məqsədyönlü prosesdir.

 
Сегодня были уже 1 посетителей (50 хитов) здесь!
=> Тебе нужна собственная страница в интернете? Тогда нажимай сюда! <=