psynavigator - NAĞIL TERAPİYASI
   
 
  Muasir Psixologiya Merkezi
  psixoloji məsləhət
  məqalə
  Старт
  Bizə yazın
  Elmi araşdırmalar
  Psixoloji testlər
  Stress
  Ailə psixologiyası
  Prenatal dovr
  Psixoloq
  Səxsiyyət və fərdiyyət
  Psixokorreksiya
  => Klassik psixoanaliz
  => A.ADLERİN FƏRDİ ANALİTİK PSİXOKORREKSİYASI
  => LOQOTERAPİYA
  => EKZİSTENSİAL İSTİQAMƏT
  => Artterapiyanın əsas məqsədi
  => MUSİQİ TERAPİYASI
  => PROYEKTLİ RƏSM
  => NAĞIL TERAPİYASI
  => KUKLOTERAPİYA.
  => OYUN TERAPİYASI
  => PSİXOLOQ-OYUN TERAPEVTİNƏ OLAN TƏLƏBLƏR.
  Uşaq psixologiyası
  NLP
  Klinik psixologiya
  Huquq psixologiyası
  Umumi psixologiya

BDU-nun müəllimi Vəfa Nağıyeva



NAĞIL TERAPİYASI.

Nağıl terapiyası-şəxsiyyətin inteqrasiyası, onun yaradıcılıq qabiliyyətinin inkişafı, düşüncələrinin genişlənməsi, ətraf aləmlə qarşılıqlı əlaqənin təkmilləşməsi üçün seçilib istifadə olunan nağıl formalı metoddur. Öz yaradıcılıq işlərində məşhur xarici psixoloqlardan E.Fromm, E.Bern, E.Hardner, A.Menegetti, M.Osorina, E.Lisina, E.Petrova, T. Zinkeviç-Yevstiqneyeva və başqaları müxtəlif nağıllara müraciət etmişlər. Nağılların mətni istər uşaqlarda, istərsə də böyüklərdə intensiv emosional rezonans yaradır. Nağılllardakı surətlər eyni zamanda iki psixi səviyyədə verilir: şüur səviyyəsində, dərk edilməmiş səviyyədə. Bunlar müxtəlif əlaqələr üçün xüsusi imkanlar yaradır. Bu, mürəkkəb emosional vəziyyətdə effektli münasibət yaratmaq üçün korreksiya işində çox vacib amillərdən sayılır. Nağılların aşağıdakı korreksiya funksiyalarını ayırd edirlər: gərgin emosional vəziyyətə psixoloji hazırlıq; fizioloji və emosional streslərin uzaqlaşdırılması; öz fiziki aktivliyinin simvolik şəkildə qəbul edilməsi.

Nağılla işlədikdə yaranmış imkanlar:

1.                Nağıllardan məcaz kimi istifadə etmək. Nağıllarda mətnlər və obrazlar azad assosiasiya yaradır. Bu, müştərinin şəxsi həyatına aiddir. Daha sonra bu assosiasiya və məcazlar müzakirə olunur.

2.                Nağılın mövzusu əsasında rəsm çəkmək. Azad assosiasiyalar şəkildə ifadə olunur, sonra yaranmış qrafik material analiz edilir.

3.                Şəxsin davranışını və hərəkət mövzusunu müzakirə etmək- insanın qiymətləndirilmə sistemini aydınlaşdırır, ortaya çıxarır: yaxşı-pis.

4.                Nağılın epizodlarını ifa etmək- istər uşağa, istərsə də böyüyə bəzi emosional əhəmiyyətli vəziyyətləri hiss etməyə və bu emosiyaları göstərməyə imkan yaradır.

Сегодня были уже 5 посетителей (19 хитов) здесь!
=> Тебе нужна собственная страница в интернете? Тогда нажимай сюда! <=