psynavigator - OYUN TERAPİYASI
   
 
  Muasir Psixologiya Merkezi
  psixoloji məsləhət
  məqalə
  Старт
  Bizə yazın
  Elmi araşdırmalar
  Psixoloji testlər
  Stress
  Ailə psixologiyası
  Prenatal dovr
  Psixoloq
  Səxsiyyət və fərdiyyət
  Psixokorreksiya
  => Klassik psixoanaliz
  => A.ADLERİN FƏRDİ ANALİTİK PSİXOKORREKSİYASI
  => LOQOTERAPİYA
  => EKZİSTENSİAL İSTİQAMƏT
  => Artterapiyanın əsas məqsədi
  => MUSİQİ TERAPİYASI
  => PROYEKTLİ RƏSM
  => NAĞIL TERAPİYASI
  => KUKLOTERAPİYA.
  => OYUN TERAPİYASI
  => PSİXOLOQ-OYUN TERAPEVTİNƏ OLAN TƏLƏBLƏR.
  Uşaq psixologiyası
  NLP
  Klinik psixologiya
  Huquq psixologiyası
  Umumi psixologiya

OYUN TERAPİYASI.

 METODUN ÜMUMİ XARAKTERİSTİKASI.

Oyun terapiyası-müxtəlif oyunlardan istifadə etməklə, onların uşaqlara və böyüklərə göstərdiyi psixoterapevtik təsir metodudur. Oyunlar şəxsiyyətin inkişafına böyük təsir göstərir. Böyüklərin müasir psixokorreksiyasında oyunlar qruplu  psixoterapiyada və sosial-psixoloji treninqlərdə xüsusi məşğələlər, tapşırıqlar şəklində aparılır, qrup iştirakçıları arasında yaxın münasibətlərin yaradılmasına köməklik edir, gərginliyi azaldır, ətraf mühitdə həyəcan və qorxunu aradan qaldırır, özünüqiymətləndirməni artırır, davranışın müxtəlif anlarında özünü yoxlamaq qabiliyyətini yüksəldir, sosial əhəmiyyətli nəticələrin qorxusunu aradan götürür.

Oyunların xarakterik xüsusiyyəti-onun iki planlı olmasındadır, yəni dram sənətinə xas olan istənilən kollektiv oyunda saxlanılan elementlər toplusudur:

1. Oyunçu real oyununu yerinə yetirir. Bu oyun çox vaxt konkter, qeyri-standart məsələlərin həlli ilə əlaqədar olan hərəkətlərdən ibarət olur.

2. Bu fəaliyyətdəki bir sıra anlardır ki, onlar şərti xarakter daşıyır. Bu anlar cavabdehlik daşıyan real məqamdan uzaqlaşmağa gətirib çıxarır.

Iki planlı oyunlar inkişafın səmərəliliyindən asılıdır. Uşaqların məşğələ oyunlarında psixokorreksiya effekti uşaqla böyük arasında yaranan müsbət emosional kontakt zamanı baş verir. Oyun-neqativ emosiyaları, qorxu və həyəcanı, özünəinamsızlığı aradan götürməyi korreksiyalaşdırır, uşaqların başqaları ilə münasibətdə olmasını və beləliklə onlar arasında yaranan təsir diapazonunu artırır
Сегодня были уже 5 посетителей (50 хитов) здесь!
=> Тебе нужна собственная страница в интернете? Тогда нажимай сюда! <=