psynavigator - PROYEKTLİ RƏSM
   
 
  Muasir Psixologiya Merkezi
  psixoloji məsləhət
  məqalə
  Старт
  Bizə yazın
  Elmi araşdırmalar
  Psixoloji testlər
  Stress
  Ailə psixologiyası
  Prenatal dovr
  Psixoloq
  Səxsiyyət və fərdiyyət
  Psixokorreksiya
  => Klassik psixoanaliz
  => A.ADLERİN FƏRDİ ANALİTİK PSİXOKORREKSİYASI
  => LOQOTERAPİYA
  => EKZİSTENSİAL İSTİQAMƏT
  => Artterapiyanın əsas məqsədi
  => MUSİQİ TERAPİYASI
  => PROYEKTLİ RƏSM
  => NAĞIL TERAPİYASI
  => KUKLOTERAPİYA.
  => OYUN TERAPİYASI
  => PSİXOLOQ-OYUN TERAPEVTİNƏ OLAN TƏLƏBLƏR.
  Uşaq psixologiyası
  NLP
  Klinik psixologiya
  Huquq psixologiyası
  Umumi psixologiya

BDU-nun müəllimi Vəfa Nağıyeva

PROYEKTLİ RƏSM.

Rəsm çəkmək-yaradıcılıq aktıdır; o, müştəriyə özünü tanımasına, fikir və hisslərini açıq şəkildə bildirməsinə, güclü həyəcan və konfliktlərdən azad olmasına, empatiyanı əzməsinə, özünün özü olmasına, arzu və ümidlərini sərbəst şəkildə ifadə etməsinə şərait yaradır. Bu, özünü təkcə müştərinin ətrafındakı sosial həqiqətləri dərk etməsi ilə biruzə vermir, həm də onun modelləşməsini, ona olan münasibətləri əks etdirir. Bəzi alimlər rəsm çəkməyə-orqanizmin təkmilləşmə proqramının yerinə yetirilməsi yollarından biri kimi baxırlar. Rəsm çəkmək-hərəki-hissi, koordinasiyanı inkişaf etdirir. Digər fəaliyyət növləri ilə müqayisədə o daha layiqli yer tutur; bu onunıla izah olunur ki, o, bir çox psixi proseslərin uzlaşmış iştirakını tələb edir. Rəsm prosesi həm də konkret bədii təfəkkürlə əlaqələndirilir: burada əsas güc beynin sağ yarımkürəsinə düşür. Abstrakt məntiqlə əlaqələndirilən fəaliyyətə beynin sol yarımkürəsi cavabdehlik daşıyır. Rəsm-orqanizmin vacib funksiyaları olan görmə, hərəkət koordinasiyası, danışıq, düşüncə və s-nin hər birini ayrı-ayrılıqda nəinki inkişaf etdirir, həmçinin onları bir-biri ilə bağlayır. Rəsm çəkərkən, müştəri öz hisslərinə, arzularına, gələcəyə inamına geniş yer verir, öz münasibətlərini müxtəlif vəziyyətlərdə yenidən qurur, bir sıra qorxuducu, xoşagəlməyən və zədələyici obrazlara ağrısız yanaşır. Beləliklə, rəsm-psixi gərginliyin, stres hallarının aradan götürülməsi üçün, nevroz və qorxuların korreksiyası üçün geniş istifadə olunur.

Сегодня были уже 1 посетителей (14 хитов) здесь!
=> Тебе нужна собственная страница в интернете? Тогда нажимай сюда! <=