psynavigator - Psixokorreksiya
   
 
  Muasir Psixologiya Merkezi
  psixoloji məsləhət
  məqalə
  Старт
  Bizə yazın
  Elmi araşdırmalar
  Psixoloji testlər
  Stress
  Ailə psixologiyası
  Prenatal dovr
  Psixoloq
  Səxsiyyət və fərdiyyət
  Psixokorreksiya
  => Klassik psixoanaliz
  => A.ADLERİN FƏRDİ ANALİTİK PSİXOKORREKSİYASI
  => LOQOTERAPİYA
  => EKZİSTENSİAL İSTİQAMƏT
  => Artterapiyanın əsas məqsədi
  => MUSİQİ TERAPİYASI
  => PROYEKTLİ RƏSM
  => NAĞIL TERAPİYASI
  => KUKLOTERAPİYA.
  => OYUN TERAPİYASI
  => PSİXOLOQ-OYUN TERAPEVTİNƏ OLAN TƏLƏBLƏR.
  Uşaq psixologiyası
  NLP
  Klinik psixologiya
  Huquq psixologiyası
  Umumi psixologiya

PSIXODRAMA NƏDİR?
Psixodram-rollu oyunu təqdim edən, qrupla iş metodudur. Onun gedişatında dramlaşdırılmış improvizasiyadan qrup iştirakçılarının daxili aləminin öyrənilməsi üsulu kimi istifadə edilir; müştəri üçün vacib problemlərlə
əlaqədar olan hisslərin gizli ifadəsi üçün şərait yaradılır. Psixodram oyun prinsipinə əsaslanır.

Korreksiya metodu kimi dramdan istifadə etmək anlayışı 1892-1974-cü illərdə yaşamış Yakob Levi Moreno tərəfindən aparılan eksperimentin nəticəsi kimi I dünya müharibəsi qurtardıqdan sonra qəbul edilmişdir. Bu eksperiment “gizli teatr” adını almışdır. Moreno I dəfə olaraq, oyun metodikasının terapevtik potensialı haqqında fikirlər irəli sürmüşdür. Morena həmçinin Vyana parklarında oynayan uşaqların fantaziyalarına da diqqət yetirmişdir.

Morenanın fikirlərinə görə, təsir metodu kimi psixodram ideyası o vaxt yaranmışdır ki, onun teatrından olan bir nəfər aktyor nişanlısı ilə münasibətlərdəki problemlər haqqında danışıbmış. Truppanın təkidi ilə Moreno aktyoru (öz şəxsi problemləri ilə birgə) səhnəyə çıxarmış və bunu rol şəklində nümayiş etdirmişdir.

Öz metodikasını yaradaraq, Moreno belə qərar gəlmişdir ki, müxtəlif rollar ifa edən insan təbii oyun qabiliyyətinə malik olur, realist və qeyri-realist həyat rollarını təcrübədən keçirmək imkanı əldə edir, öz şəxsi problemləri və konfliktləri üzərində yaradıcılıqla işləyir.

Insan müxtəlif rolları ifa etdikdə və ya yaşadığı durumların gedişində, onunla digər iştirakçılar arasında həqiqi emosional əlaqə yaranır.

Psixodramda insana elə bir qəhrəmanın rolu verilir ki, oyunun mövzusu onun problemlərini həll etmiş olsun. Beləliklə, o öz hisslərini psixoloji improvizasiya istiqamətində sərbəst ifadə edə bilir, digər aktyorlar isə onun real həyatındakı əsas personajların rolunu ifa edirlər.

Сегодня были уже 1 посетителей (60 хитов) здесь!
=> Тебе нужна собственная страница в интернете? Тогда нажимай сюда! <=