psynavigator - Psixoloji stress
   
 
  Muasir Psixologiya Merkezi
  psixoloji məsləhət
  məqalə
  Старт
  Bizə yazın
  Elmi araşdırmalar
  Psixoloji testlər
  Stress
  => Stressorlar
  => Stress yaradan amillər
  => Psixoloji stress
  => Uşaqlarda Posttravmatik stresslərin xьsusiyyətləri
  => Stessin nцvlərini
  => Stress emosional halının məhkəmə psixoloji ekspertizası
  Ailə psixologiyası
  Prenatal dovr
  Psixoloq
  Səxsiyyət və fərdiyyət
  Psixokorreksiya
  Uşaq psixologiyası
  NLP
  Klinik psixologiya
  Huquq psixologiyası
  Umumi psixologiya

Psixoloji stressin növləri və onun  əlamətləri

 

“Stress” (ingiliscə- təzyiq, gərginlik deməkdir.) insan gözlənilməz gərgin şəraitlə rastlaşarkən keçirdiyi emosional halətdir. Bu söz  “destress” terminindən yaranıb və mənası ”məhdudlaşdırılmış, sıxışdırılmış vəziyyətdə olmaq” deməkdir. Stress termini 1936-cı ildə məşhur Kanada fizioloqu Hans Selye tərəfindən təklif edilmişdir. O əvvəlcə fizioloji termin kimi işlənmişdir, sonralar isə insan davranışının psixoloji vəziyyətdə təsvir etmək  üçün tətbiqi başlanmışdır.

 Müasir elmi ədəbiyyatda “stress” termini başlıca olaraq 3mənada işlədilir:

1. Stress anlayışı müxtəlif stimullar və ya insanda gərginlik, oyanıqlıq yaradan hadisələr kimi müəyyən edilir. Bu mənada tez-tez “stressor”, “stress-faktor” terminləri istifadə olunur.

2. Stress subyektiv reaksiyalara aid edilir. Bu mənada o daxili psixoloji vəziyyəti, gərginliyi, oyanıqlığı əks etdirir. Həmin vəziyyət emosiyalar müdafiə reaksiyaları dəf etmə prosesi kimi izah olunur. Bu proseslər inkişafa təsir edir, fuksional sistemin təkminləşməsinə xidmət edir, eyni zamanda psixoloji gərginlik yaradır.

3. Stress orqanizmin lazımlı ehtiyaclarına və zərərli təsirlərinə fiziki reaksiyasıdır. Müəlliflərdən N. H Rizvinin fikrincə, stress anlayışı insanın öz orqanizmindən azaltmağa, uzaqlaşdırmağa çalışdığı narahatlıq vəziyyətinə aid edlir. Bu mənada stress anlayışı bir sıra xoşagəlməz hallardan fərqlənir, məsələn: həyəcanlılıq, zəif ağrı və dissonons

Stress həm də psixoloji, davranış reaksiyaları kimi nəzərdən keçirilir. Bu reaksiyalar daxili narahatlıq və dağınıqlıq vəziyyətini əks etdirir. Belə stressdən müdafiə reaksiyaları və indikatorları müxtəlif funksional hadisələrdə (emosional, koqnitiv, davranış) müşahidə olunur.

Сегодня были уже 6 посетителей (13 хитов) здесь!
=> Тебе нужна собственная страница в интернете? Тогда нажимай сюда! <=