psynavigator - Qaзqın usaqların davranışında təzahьr edən psixoloji pozuntular
   
 
  Muasir Psixologiya Merkezi
  psixoloji məsləhət
  məqalə
  Старт
  Bizə yazın
  Elmi araşdırmalar
  Psixoloji testlər
  Stress
  Ailə psixologiyası
  Prenatal dovr
  Psixoloq
  Səxsiyyət və fərdiyyət
  Psixokorreksiya
  Uşaq psixologiyası
  => Yeniyetməlik dцvrь
  => Autizmin tarixi
  => Autizmin səbəbləri
  => Aqressiv uşaqlar.
  => Uşaqların inkşaf xьsusiyyətləri
  => AUTİZMİN ƏLAMƏTLƏRİ
  => Autizmli uşağın davranışları
  => Qaзqın usaqların davranışında təzahьr edən psixoloji pozuntular
  => Usaq stressi
  => 1 yaşdan 5 yaşa qədər olan inkişafının təqvimi
  => Diqqəti inkişaf etdirən oyunlar
  => Uşaqla Keyfiyyətli Zaman Keзirmə
  NLP
  Klinik psixologiya
  Huquq psixologiyası
  Umumi psixologiya

Qaçqın usaqların davranışında təzahür edən psixoloji pozuntular

 

“Qaçqın uşaq”anlamında qaçqın kəlməsi metoforadır.Əgər bu metoforadan sərf nəzər etsək, qaçqın uşaq da özünün bütun psixoloji parametrləri ilə, ilk növbədə, uşaqdır və uşaq ölçüləri ilə təhlil olunmalıdır. Onların da təsviri fəaliyyəti özünün genetik kökləri ilə məhz  hələ kiçik yaşlarında uşaqlarda dünya bədii –emosional münasibətin əmələ gəlməsi ilə bilavasitə bağlıdır.

         Lakin bir cəhd aydındır: qaçqın uşaq öz həyatını enişli –yoxuşlu günlərini elə qaçqınlıq məkanında yaşayır, heç də adi olmayan məsələlərə ən yeni kontekstdə  psixolojik kontekistdə yanaşmaq və qaçqın uşaqların “ psixi sağlamlık” fenomeni kökündə açıqlamaq imkanı verir.

         Yaşadığımız müasir şəraitin dinamikliyi , emosional gərginliyi, həyat təmpinin sürətlənməsi , demoqrafik problemlər , urbanizasiyanın artması , məcburi yaradılmış müharibə ocaqları və s. kimi amillər insanın şəraitə uyğunlaşmasını çətinləşdirir , insanın bioloji təbiəti ilə onu ahətə edən sosiallıq sosial mövcudluq arasında olan ziddiyətləri kəskinləşdirir. Hər bir halda bu ziddiyətlər stess amilinin daha qabarıq özünü göstərməsinə , cəmiyyətin bəlasına çevrilməsinə gətirib çıxarır. Stress problemi bütün dövrlər üçün aktual problem olmuş və cəmiyyətin inkişafının sürətlənməsi ilə dominant problem kimi diqqəti cəlb etməyə başlamışdır. Stress faktı , amili yalnız bir ölkəni bir ərazinin problemi olmayıb, qloballaşan düyanın ən qlobal probleminə çevrilmişdir.

         Ərazinin 20 % - ində çoxunun işğalı , milyonlarla qaçqın və köçkünün öz doğma yurd-yuvasından qovulması , onların yaşadığı ağır və dözülməz vəziyyət stressin, posttravmatik xarakter kəsb etməsinə şərait yaratmışdır. Bu insanlara sosial psixoloji reabilitasiyası , müharibə zamanı keçirdikleri stressin posttravmatik nəticələri , yaşadıqları psixoloji gərginliyin korreksiyası təxirəsalınmaz və vacib məsələlərdən biridir. Bu sahədə bir sıra tədbirlər həyata keçirilsə də , onlar demək olar ki , yetərincə deyil. Tədqiqatlar və təhlillər göstərir ki , posttravmatik stress insanın psixoloji və fizioloji sağlamlığına ciddi zərbə vurmaqla yanaşı , onun şəxsiyyətinin deqradasiyasına şərait yaradır , insan psixikasında dərin izlər buraxır. Bu nöqteyi nərdən qaçqın uşaqlarda  posttravmatik stressi , onun aradan qaldırılmasının yol və vasitələrinin axtarılıb tapılması olduqca zəruridir. Bu zərurət bir neçə səbəbdən yaranır.

Сегодня были уже 1 посетителей (36 хитов) здесь!
=> Тебе нужна собственная страница в интернете? Тогда нажимай сюда! <=