psynavigator - Stress emosional halının məhkəmə psixoloji ekspertizası
   
 
  Muasir Psixologiya Merkezi
  psixoloji məsləhət
  məqalə
  Старт
  Bizə yazın
  Elmi araşdırmalar
  Psixoloji testlər
  Stress
  => Stressorlar
  => Stress yaradan amillər
  => Psixoloji stress
  => Uşaqlarda Posttravmatik stresslərin xьsusiyyətləri
  => Stessin nцvlərini
  => Stress emosional halının məhkəmə psixoloji ekspertizası
  Ailə psixologiyası
  Prenatal dovr
  Psixoloq
  Səxsiyyət və fərdiyyət
  Psixokorreksiya
  Uşaq psixologiyası
  NLP
  Klinik psixologiya
  Huquq psixologiyası
  Umumi psixologiya

Stress emosional halının məhkəmə psixoloji ekspertizası

 

      Cinayətkarın cinayəti törədən zaman yaşadığı (keçirdiyi) emosional halın müəyən edilməsini nəzərdə tutan cinayət işlərini iki qrupa bölmək olar. Cinayət işlərinin bir qrupunda aydınlaşdırılması üçün ekspertin qaşısında yalnız bir sual qoyulur ki, o da cinayətkarın cinayəti törədən zman affekt halında olub olmamasıdır. İkinci sualda müqəssirin xarakter xüsusiyyətlərinin müəyyən edilməsi və onların affektin yaranmasında rolunun aydınlaşdırılmasını nəzərdə tutulur.İkinci qrup cinayət işlərində sual bir qədər geniş şəkildə qoyulur və cinayəti törədən zaman müqəssirin hansı emosional halda olduğu soruşulur.Hansı emosional hal dedikdə affekt, stress və frustrasiya halları nəzərdə tutulur.Qeyd etmək lazımdır ki,qanunvericilikdə nə stress halı və də frustrasiya halı nəticəsində törənmiş cinayət  yüngülləşdirici hal hesab olunmur. Lakin digər tərəfdən həm frustrasiya halı və həm də  stress halı əgər bu hallar kəskin ifadə olunmuşlarsa, cinayət törətmiş adamın şüuruna və davranışına böyük tə’sir göstərir, cinayətin törənməsində böyük və hətta fikrimizcə həlledici rol oynamaqla törənmiş cinayətin əsl səbəblərinə çevrilir.

      Stressin ekspertizasında başqa üsulllardan da, o cümlədən testlərdən də istifadə olunur. Qeyd etməliyik ki, məhkəmə-psixoloji ekspertizasının keçirilməsində həm ekspertizanı təyin edən hakim və müstəntiqlər, həm də ekspertizanı keçirən ekspert-psixoloqlar burada kobud səhvə yol verirlər. Məsələn, psixiatrlara aid olan sualı psixoloqa verir və ondan müqəssirin ruhi cəhətdən sağlam və ya xəstə olmasını müəyyən etməyi tələb edirlər. Bəzi hallarda yenə də müstəntiq və hakimlər psixoloqdan qiyabi, yəni müqəəssiri görmədən, onunla görüşmədən yalnız cinayət işi materialları əsasında ekspertiza keçirməyi tələb edirlər. Buna qətiyyən yol vermək olmaz. Qiyabi ekspertiza yalnız müqəssirin ölməsi hallarında keçirilə bilər. Affektin ekspertizası mürəkkəb, vaxt aparan bir iş olduğu üçün qısa müddət ərzində keyfiyyətli rəy yazmaq mümkün olmur. Ekspert rəy yazarkən tələsik iş görməməlidir. Cinayət işi materiallarını ətraflı tədqiq edib, dəiq fiir söyləməyə çalışmalıdır. Təəssüflə qeyd etməliyik ki, bəzi hallarda affektin ekspertizasında psixoloq-ekspert də səhvlərə yol verir. O səhvlərdən biri odur ki, müstəntiqin günahı üzündən cinayət işində müqəssirin şəxsiyyətinə, hadisə şəraitinə dair lazımi faktlar olmur. Cinayət işinin yarımçıq, keyfiyyətsiz, səthi olması nəticəsində ekspert-psixoloq müqəssirin hərəkət və halını düzgün qiymətləndirə bilmir. Bu da öz növbəsində verilmiş rəyin rədd edilməsi və başqa adamlar tərəfindən təkrar ekspertiza keçirilməsi ilə nəticələnir. Ekspert-psixoloq unutmamalıdır ki, rəyin rədd edilməsi müəyyən dərəcədə ekspertin nüfuzuna xələl gətirir, onu hörmətdən salır.

Сегодня были уже 1 посетителей (22 хитов) здесь!
=> Тебе нужна собственная страница в интернете? Тогда нажимай сюда! <=