psynavigator - Stress yaradan amillər
   
 
  Muasir Psixologiya Merkezi
  psixoloji məsləhət
  məqalə
  Старт
  Bizə yazın
  Elmi araşdırmalar
  Psixoloji testlər
  Stress
  => Stressorlar
  => Stress yaradan amillər
  => Psixoloji stress
  => Uşaqlarda Posttravmatik stresslərin xьsusiyyətləri
  => Stessin nцvlərini
  => Stress emosional halının məhkəmə psixoloji ekspertizası
  Ailə psixologiyası
  Prenatal dovr
  Psixoloq
  Səxsiyyət və fərdiyyət
  Psixokorreksiya
  Uşaq psixologiyası
  NLP
  Klinik psixologiya
  Huquq psixologiyası
  Umumi psixologiya
Psixoloji stressin səbəbləri

Müasir dövrdə elimi-texniki tərəqqi şəraitində insanlarda tez-tez stress haləti müşahidə olunur. Şagirdlər imtahan verəndə, sərnişinlər təyyarədə uçanda, operator qəza ilə rastlaşanda, rəhbər işçi mürəkkəb şəraitdə təcili müstəqil qərar qəbul etdikdə çox vaxt gərginlik keçirir və onu stress haləti kimi yaşayır.
Stress müxtəlif səbəblərdən yarana bilir. Elmi ədəbiyyatda psixoloji stressin səbəblərinin müxtəlif təsnifatı mövcuddur.
Stressin yaranma səbəblərinin aşağıdakı təsnifatı daha maraqlıdır.
1. Təşkilati səbəbləri
2. Rolların konflikti
3. Rolların qeyri müəyyənliyi
4. Maraqsız iş
5. Şəxsi səbəblər
6. Digər səbəblər
1. Təşkilati faktorlar: Fəaliyyət zamanı rast gəlinə bilər. Məs: həddindən artıq yüklənmə və ya həddindən artıq az işlə yüklənmə, qısa zaman çərçivəsində bitirilməli olan işlər. Tutaq ki, qısa müddət ərzində işçiyə çox saylı tapşırıqlar verilib, bu zaman insanda narahatlıq, frustrasiya, ümidsizlik, mənəvi itki hissləri yarana bilər. Öz imkanlarına uyğun olan işləri ala bilməyən işçi adətən frustrasiya və ya narahatlıq hissi keçirir. Bəzən yeni işlə təmin olunmuş şəxs onun qabiliyyət və bacarıq səviyyəsi nəzərə alınmadan böyük tapşırıqlar verilir. Bütün bunların öhdəsindən gələ bilməyəcəyini duyan insan ciddi sarsıntı keçirir. Onda həm də vaxt çatışmamazlığı da yarana bilər.
Təşkilati faktorlar istənilən fəaliyyət sahəsində rast gəlinə bilər.
2. Rolların konflikti: Rolların konflikti insana ziddiyyətli tələblər irəli sürüldükdə baş verə bilər. Satıcıya alıcıların tələblərinə həmin dəqiqə cavab verməyi tapşırılır, bununla yanaşı satıcının alıcı ilə danışdığını görən rəhbərlik isə ondan rəfləri doldurmağı tələb edir. Bu halda çaşqınlıq içində qalan işçi hansı tapşırığı yerinə yetirəcəyini bilmir. Tez-tez təsadüf olunun belə rolların konflikti həm də o zaman rast gəlinə bilər ki, satıcıdan, işçidən həddindən artıq çox şey tələb olunur. Belə hallarda işçilərin işlərinin itirilməsi ilə nəticələnə bilər. Rolların konfliktinə tək rəhbərliyin pozulması zamanı da rast gəlinə bilər. Bu zaman iki rəhbər bir-birinə zidd olan iki xarakterli tapşırıq verə bilər. Çaşqınlıq içində qalan işçi kimin tapşırığının yerinə yetirməli olduğunu anlamır, buna görə də istənilən halda danlanılır. Buna görə də istənilən fəaliyyət sahəsində işçilərə tapşırıq konkret müəyyən olunmuş vəzifəli şəxs tərəfindən verilməlidir. Bu həmin fəaliyyət sahəsində idarəetmənin daha uğurlu qurulmasına şərait yarada bilər.
Rolların konflikti həm də qeyri-normal qrupun və formal təşkilatın normaları arasında fərqin yaranması ilə formalaşa bilər. Bu zaman fərd gərginlik duya bilər.
3. Rolların qeyri- müəyyənliyi: Bu halda da istənilən fəaliyyət növündə rast gəlinə bilər. Qeyd olunan hal o zaman yaranır ki, işçi konkret olaraq, ondan nə tələb olunduğunu bilmir. Rolların konfliktindən fərqli olaraq, burada tələblər ziddiyyətli deyil, qeyri-müəyyən xarakter daşıyır. Rolların qeyri-müəyyən olması istənilən şəxsin digərinə tapşırıq verə bilməsinə şərait yarada bilər. Işçi konkret olaraq, ondan nə tələb olunduğunu bilməlidir. O bu haqda tam təsəvvürə malik olmalıdır. Bu halda işçi öz vəzifələrini düzgün bilir və yerinə yetirir.
4. Maraqsız iş: Maraqsız iş insanda yeknəsəklik və narahatlıq yaradır. O tez bir zamanda yorulur və həmin şəxsə tapşırılan işi yerinə yetirmək əziyyətverici olur. Bununla əlaqədar iş saatı insana daha uzun görünməyə və daha darıxdırıcı olmağa başlayır. Maraqlı işi olan insanlar isə daha az narahatlıq, fiziki nasazlıq, yorğunluq hiss edirlər. Bu zaman iş saatı insana uzun görünmür, cansıxıcı mühit yaranmır. Lakin “maraqlı iş” anlayışına yanaşmalar müxtəlif cürdür. məs: müəyyən bir şəxs üçün maraqsız və darıxdırıcı görünən iş digəri üçün daha maraqlı görünə bilər. Buna görə də müəyyən bir vəzifəyə təyin olunma zamanı həmin şəxsin maraq dairəsi nəzərə alınmalıdır. Əks təqdirdə tapşırılan iş ona maraqsız və həddindən artıq darıxdırıcı görünə bilər. Bu da işin keyfiyyətini aşağı sala bilər.
5. Şəxsi faktorlar: Həyat yollarında insanlar müxtəlif hadisələrlə qarşılaşa bilər. Həmin hadisələr izsiz ötüşmür, insanda stress yaradır. Bu həyatın ayrılmaz bir hissəsidir, buna görə də ondan qaçmaq və ya yan keçmək sadəcə olaraq mümkün deyildir. Baş vermiş hər hansı bir hadisənin stress mənşəlli olduğunu bilmək daha vacibdir, bu da neqativ nəticələrə gətirib çıxara bilər.
Nanazova Aida
Сегодня были уже 1 посетителей (24 хитов) здесь!
=> Тебе нужна собственная страница в интернете? Тогда нажимай сюда! <=