psynavigator - Stressin mərhələləri
   
 
  Muasir Psixologiya Merkezi
  psixoloji məsləhət
  məqalə
  Старт
  Bizə yazın
  Elmi araşdırmalar
  => Frustrasiya nədir?
  => Emosional hallar
  => Məhkəmə psixoloji ekspertizasə
  => Stressin mərhələləri
  => Yaradıcılıq psixologiyası
  Psixoloji testlər
  Stress
  Ailə psixologiyası
  Prenatal dovr
  Psixoloq
  Səxsiyyət və fərdiyyət
  Psixokorreksiya
  Uşaq psixologiyası
  NLP
  Klinik psixologiya
  Huquq psixologiyası
  Umumi psixologiya

Müəlliflərdən H. Selye stressin 3 mərhələsini qeyd etmişdir.
1. Həyəcan mərhələsi: Stressorun ilkin meydana çıxdığı zaman yaranır. Nəbzin, tənəffüsün tezliyi dəyişir, qanın biokimyavi tərkibində, ürək-damar sisteminin fəaliyyətində dəyişikliklər baş verir. Bir neçə vaxtdan sonra orqanizmin rezistenlik səviyyəsi aşağı enir, bəzi somatik və vegativ funksiyalar pozulmağa başlayır. Sonralar orqanizm rezervləri mobilləşir və qoruyucu proseslərin özünütənzim mexanizmlərini hərəkətə gətirir. Qoruyucu mexanizmlər effektivdir, həyəcan sakitləşir, orqanizm normal aktivliyə qayıdır. Əgər stressorlar (güclü yanıq, həddindən artıq güclü temperatur) çox güclüdürsə, orqanizmin müqavimət gücü aşağı düşməyə başlayır,bu zaman öl-üm halı da baş verə bilər. Stressorların əksəriyyəti bu mərhələdə həll edilir. Bu qısa müddətli stressin sərt reaksiyası adlanır.
2. Rezistenlik mərhələsi və ya müqavimət mərhələsi ad-lanır. Stressin uzunmüddətli təsiri şəraitində meydana çıxır. Stre-ssor öz təsirini kəsmirsə, və ona adaptasiya olunmaq müm-kün-dürsə, orqanizmdə bu zaman müqavimət yaranır. Orqanizm həyəcan reaksiyasının əlamətləri praktik olaraq, itir. Müqavimət normadan yüksək olur.
Stressor yenə də təsir təsir edirsə, üçüncü mərhələ başlayır
3. Yorulma mərhələsi Orqanizmin artıq uyğunlaşdığı stre-ssorlarla uzunmüddətli, qarışlıqlı təsiri nəticəsində adaptasiya sərf olunan enerjini, itirməyə, azalmağa başlayır. Həyəcan reaksiyasının əlamətləri yenidən yaranır, lakin artıq bu zaman fərd məhv olur. III mərhələ daha çox köməyə çağırışa bənzəyir. Bu kömək isə yalnız kənardan – ya dəstək olma, ya da stressorun aradan qaldırılması şəklində gələ bilər.
İnsan orqanizminin stress vəziyyətini qrafik olaraq aşağıdakı kimi göstərmək mümkündür.(24.86)

Stressin mərhələlərinin qrafik təsviri. Qrafik №1.1



Rezistentlik mərhələsi


Həyəcan Yorulma
mərhələsi mərhələsi



Stressin yaranmasında və gedişatında bir-birinə qarşılıqlı təsir göstərən 3 həlqə, 3 sistem meydana çıxır: stresstogen hadisənin qiymətləndirilməsi; hadisənin özünə və ya ona verilən qiymətə fizioloji və biokimyavi reaksiyaya və nəhayət stressin səbəbini və nəticələrini aradan qaldırmağa və gələcəkdə onadan qaçmağa yönəlmiş davranış reaksiyaları
Qiymətləndirmə - hadisəyə münasibət çox vaxt stressin özəyini təşkil edir. Təhlükənin obyektivlik dərəcəsi o qədər də vacib deyil, əsas bu təhlükənin necə qiymətləndirilməsidir. Yanlış qorxu, yaxın adamların davranışlarının anlaşılmaması real təhlükə və ya zərərin mövcud olmadığı şəraitdə belə eynilə stress üçün xarakterik olan fizioloji və biokimyavi dəyişikliklərə səbəb olur. Insan bu cür yanlış qiymətləndirməni davam etdirən zaman müxtəlif xəstəliklər törəyə bilər.
İnsan özünün situasiyanın öhdəsindən gəlmək imkanlarını qiymətləndirərkən də səhv edə bilər. Beləliklə, stressə verilən ilk reaksiya qiymətləndirmə orqanizmin deyil, şəxsiyyətin reaksiyasıdır. Ikinci həlqə reaksiyası olan fizioloji və biokimyavi dəyişikliklər də stressin sonrakı gedişatına təsir edir. Bu təsir yalnız birbaşa deyil, həm də onun şəxsiyyət tərəfindən qiymətləndirilməsi və dərk olunması yolu ilə baş verir. Üçüncü, həlqə emosional reaksiyalar və davranış reaksiyalarıdır. Bu reaksiyalar stressin aradan qaldırılmasına yönəldilir


Namazova Aida
Сегодня были уже 5 посетителей (41 хитов) здесь!
=> Тебе нужна собственная страница в интернете? Тогда нажимай сюда! <=