psynavigator - Surət hafizəsi
   
 
  Muasir Psixologiya Merkezi
  psixoloji məsləhət
  məqalə
  Старт
  Bizə yazın
  Elmi araşdırmalar
  Psixoloji testlər
  Stress
  Ailə psixologiyası
  Prenatal dovr
  Psixoloq
  Səxsiyyət və fərdiyyət
  Psixokorreksiya
  Uşaq psixologiyası
  NLP
  Klinik psixologiya
  Huquq psixologiyası
  Umumi psixologiya
  => Diqqətin novləri
  => Hafizə proseslərinin psixoloji səciyyəsi
  => Yaddasaxlamanın xususiyyətləri
  => Yadasalmanın xususiyyətləri
  => Surət hafizəsi
  => Diqqətin təlim prosesində səmərəli təşkili ьsulları
  => Təlimdə diqqət
  => Kiзik məktəb yaşlı dцvrьndə hafizənin inkişafı
  => Hafizənin inkişafı

Surət hafizəsi 

   Surət hafizəsi gerçəkliyin cisim və hadisələrinin keçmişdə qavramış olduğumuz surətlərinin yadda saxlanılması, hifz edilməsi və yada salınmasından ibarətdir.

Surət hafizəsinin təşəkkülü və təzahür xüsusiyyətləri müxtəlifdir. Onun nisbətən bəsit forması ardıcıl surətlərdir. Bunun mahiyyətini aydınlaşdırmaq üçün bir eksperimenti xatırlayaq. Əgər subyektin qarşısına ağ kağız üzərinə çəkilmiş açıq qırmızı rəngdə kvadrat qoysaq və 10-15 saniyə müddətində ona baxdıqdan sonra kağızı götürsək, onda həmin adam əvvəlki yerdə yenə də qımızı kavadratın izini görəcək. Lakin bu halda eyni formada olan kvadrat bir qədər göy-yaşıl rəngdə görünəcəkdir.

Surət hafizəsinin bir halı kimi əyani ( eydetik ) surətləri qeyd etmək olar. Bunu müəyyənləşdirmək üçün, subyektə 3-4 dəqiqə ərzində müəyyən küçə mənzərəsinin təsviri olan şəklə baxmaq təklif olunur. Sonra şəkil götürülür, onun ayrı- ayrı elementləri barədə həmin şəxsə suallar verilir. Əgər adi adamlar həmin sualların heç birinə cavab verə bilmirsə, aydın eydetik surətlərə malik olanlar sanki həmin mənzərəni görməkdə davam edir və ən kiçik ünsürləri belə təsəvvür edirlər. Deməli, eydetizm cismin hiss üzvünə bilavasitə təsiri kəsildikdən sonra onun əyani surətinin parlaq və aydın halda bərpa edilməsidir.

Сегодня были уже 5 посетителей (43 хитов) здесь!
=> Тебе нужна собственная страница в интернете? Тогда нажимай сюда! <=