psynavigator - Təlim fəaliyyəti
   
 
  Muasir Psixologiya Merkezi
  psixoloji məsləhət
  məqalə
  => şəkillər
  => Deviant davranış
  => Affekt nədir?
  => Məhkəmə psixoloji ekspertizası
  => Yeniyetmələr
  => Deviant davranışlı yeniyemələrin davranış portretinin yaradılması
  => Təlim fəaliyyəti
  => Klassik nəzəriyələr
  => Duyğu və qavrayış.
  => Mustəntiqin fəaliyyəti
  => Hadisə yerinə baxış keзirilməsinin psixologiyası
  => Axtarışın aparılmasının psixologiyası
  => Səxsiyyət inkişafı
  => Fizioloji affekt halı
  => Emosional halların məhkəmə-psixoloji ekspertizası
  Старт
  Bizə yazın
  Elmi araşdırmalar
  Psixoloji testlər
  Stress
  Ailə psixologiyası
  Prenatal dovr
  Psixoloq
  Səxsiyyət və fərdiyyət
  Psixokorreksiya
  Uşaq psixologiyası
  NLP
  Klinik psixologiya
  Huquq psixologiyası
  Umumi psixologiya

                       Təlim fəaliyyətinin formalaşmasının bəzi

                                    psixoloji məsələləri

 

   İbtidai məktəbdə  təlimə qədər uşaqlarda elmin məntiqinə biliklərin mənimsənilməsini təmin edən yeni fəliyyət tipi qurulur. Bu fəaliyyət tipi kiçik məktəb yaşında aparıcı olur. Onun ilk şərtlərinin formalaşması – məktəbəqədər yaşdan kiçik məktəbli  yaşına keçid dövründə psixi inkişafın vacib istiqamətidir.

   Məktəbəqədər yaşın sonunda yaranan təlim fəaliyyətinin ilk şərtləri arasında ixtiyari davranışın yaranması daha böyük əhəmiyyət kəsb edir. Onun daha tez-tez təzahürləri – yaşlının ardıcıl göstərişlərini yerinə yetirmək, qoyulmuş vəzifənin şərtlərinin sistemini nəzərə almaq, öz hərəkətlərinin üzərində nəzarəti həyata keçirmək bacarığıdır.

   Əgər uşaqları xüsusi işlənilmiş proqram üzrə öyrədirlərsə, onda təlim fəaliyyətinin əsas komponentləri geniş, hələ ki, interiorizasiya olunmamış formalarda çıxış edərək artıq birinci sinfin axırına yaxın qoyulur (daha sonra isə onlar məhdudlaşır və daxili plana keçir). Məhz bu etapda təlim fəaliyyətinin komponentlərinin daha tam öyrənilməsi mümkündür ki, bu da ümumiyyətlə təlimə oxşar deyil. Onlar uşaqlarda nəzəri ümumiləşdirmələrin formalaşması zamanı qurulur.

   Təlim fəaliyyətinin inkişaf etmiş formalarının tədqiqi – onun başlanğıc formalarının təşəkkül qanunauyğunluqlarının zəruri anlaşılması şərtidir.

   İnkişaf edən təlimin tədqiqi zamanı nəzərə almaq məqsədəuyğundur ki, belə təlimin əsasını onun tərkibi, məzmunu təşkil edir. Bu məzmundan təlimin təşkili metodları (və ya üsulları) hasil olublar. Bu mövqe L.S.Vıqotski və D.B.Elkonin üçün  xarakterikdir.D.B.Elkonin yazır: “Bizim üçün L.S. Viqotskinin təlimin əqli inkişafda öz aparıcı rolunu hər şeydən əvvəl mənimsənilən biliklərin məzmunu vasitəsilə həyata keçirməsi haqqinda fikri əsas əhəmiyyət daşıyırdı”.

   Kiçik məktəbli yaşda aparıcı fəaliyyət kimi təlim fəaliyyətinin inkişaf edən xarakteri onunla əlaqədardır ki, nəzəri biliklər onun tərkib hissəsidir.

   Elmi tədqiqatların nəticələri kimi elmi biliklərin izah üsulu tədqiqatın özünün üsulundan fərqlənir. Elmi biliklərin izahı məlum olduğu kimi, abstraktdan konkretə çıxma yolu ilə gerçəkləşir. Burda məzmunlu abstraksiya, ümumiləşdirmə və nəzəri anlayışlardan istifadə olunur.

   Məktəblilərin təlim fəaliyyəti elmi biliklərin izahı üsulu ilə, abstraktdan konkretə çıxma üsulu ilə müvafiq olaraq qurulur. Təlim fəaliyyətində məktəblilərin təfəkkürü məzmunlu abstraksiya, ümumiləşdirmə və nəzəri anlayışlar vasitəsilə öz tədqiqat nəticələrini şərh edən alimlərin təfəkkürü ilə ümumi xüsusiyyətlərə malikdir.

   Digərləri üçün, ictimai şüurun “yüksək” formalarına xarakterik olan biliklər də tam hasil olmaqlarını eyni üsulla alırlar, ona görə də bədii, əxlaqi, hüquqi təfəkkürə də “nəzəri biliklər” xasdır.

   İnsan bilikləri onun təfəkkür əməliyyatları ilə (abstraktlaşdırma, ümumiləşdirmə və s.) birgə yerləşir. Məktəblilərin təfəkkürü alimlərin, incəsənət xadimlərinin əxlaq və hüquq nəzəriyyəçilərinin təfəkkürü ilə oxşar deyil. Məktəblilər anlayış, dəyər və normaları yaratmır, onları təlim fəaliyyəti vasitəsilə mənimsəyirlər.Ancaq onun yerinə yetirilməsi prosesində şagirdlər təfəkkür əməliyyatlarını həyata keçirirlər.

   Abstraktdan konkretə çıxma üsulunu təlim fəaliyyətinə uyğun olaraq belə xarakterizə etmək olar. Məktəblilər hər hansı təlim fənninə yiyələnmək üçün müəllimin rəhbərliyi və ya köməkliyi ilə təlim materialını analiz edir, onda bir neçə ümumi münasibəti ayırır, bununla bərabər aşkar edirlər ki, bu münasibət verilmiş materialda olan bir çox başqa münasibətlərdə təzahür olunur. Uşaqlar ayrılmış ümumi çıxış münasibətini hər hansı işarə formasında fiksasiya edərək, bununla da öyrənilən fənnin məzmunlu abstraksiyasını qurur. Şagirdlər təlim materialının analizini davam edərək bu çıxış münasibətinin onun müxtəlif təzahürləri ilə qanunauyğun əlaqəsini açır, bununla da öyrənilən fənnin məzmunlu ümumiləşməsini əldə edir.

   Sonra uşaqlar daha tez-tez abstraksiyaların çıxardılması (yenə də müəllimlərin köməkliyi ilə) və onların tam (konkret) təlim fənnində birləşdirilməsi üçün məzmunlu abstraksiya və ümumiləşdirilmələrdən istifadə edirlər. Məktəblilər abstraksiya və ümumiləşdirmənin əsaslarını digər abstraksiyaların çıxardılması və birləşdirilməsi vasitəsi kimi istifadə etməyə başladıqda, onları bu təfəkkür əməliyyatlarını təlim fənninin bəzi “hüceyrəsini” fiksasiya edən anlayışa çevirir. Bu “hüceyrə” gələcəkdə məktəblilər üçün faktik təlim materialının bütün müxtəlifliyində onların orientasiyasının ümumi prinsipi kimi çıxış edir.

   Məktəblilərin təlim fəaliyyətini sistematik yerinə yetirməsi prosesində onlarda  nəzəri biliklərin mənimsənilməsi ilə yanaşı, nəzəri şüur və təfəkkür də inkişaf edir. Kiçik məktəbli yaşında təlim fəaliyyəti, qeyd olunduğu kimi, uşaqların yerinə yetirdikləri digər fəaliyyət növləri arasında aparıcı və əsasdır. Kiçik məktəblilərdə təlim fəaliyyətinin yaranması zamanı onlarda bu yaşın törəməsi olan – nəzəri şüurun və təfəkkürün əsasları, onlarla əlaqədar qabiliyyətlərin əsasları (refleksiya, analiz, planlaşdırmanın) formalaşır və inkişaf edir.

   Təlim fəaliyyəti vasitəsilə nəzəri biliklərin mənimsənilməsi həmin fəaliyyətin oyun, əmək, ictimai-təşkilati işlərlə uyğunlaşması zamanı tam həyata keçir. Təlim fəaliyyəti uşaqların ancaq intellektual-idraki fəallığının təzahürü kimi anlaşılmalı deyil. Təlim fəaliyyəti – onların inkişafının məktəb dövründə tam və fəal həyati halıdır. Təlim fəaliyyətinin uşağın digər fəaliyyət növləri ilə qarşılıqlı əlaqəsi onların təlim və tərbiyəsinin birliyi və ayrılmazlığının psixoloji əsası kimi xidmət edir.

   Təlim fəaliyyətinin məzmununu müəyyən edərək onun quruluşuna da nəzər yetirmək zəruridir. İstənilən fəaliyyət növünün analizi ona uyğun struktur komponentlərin – tələbatlar, motivlər, tapşırıqlar, əməliyyat və əməllərin qarşılıqlı əlaqəsinin təsvirini güman edir.

   Məktəbə gəlmək uşağa özünün uşaq həyat tərzinin sərhədlərini aşmağa, yeni həyat mövqeyi tutmağa və ictimai əhəmiyyətli təlim fəaliyyətinin yerinə yetirilməsinə keçməyə imkan verir.Təlim fəaliyyəti idraki maraqların ödənilməsinə və uşağın təxəyyülünə zəngin material verir.

   Uşaqda məktəb həyatının başlanğıcında hələ ki belə tələbat yoxdur – o idrak maraqları və təxəyyülün əsasında müvafiq təlim tapşırıqlarının həllinə yönələn müvafiq sadə əşyavi təlim əməliyyatlarının müəllimlə birgə yerinə yetirilməsi zamanı uşaqların elementar nəzəri bilikləri məhz real mənimsəməsi prosesində baş verir. Digər sözlərlə, təlim fəaliyyətinin psixoloji əsası kimi nəzəri biliklərə tələbat onun real yerinə yetirilməsinə sələf olmur, onun özünün formalaşması prosesində baş verir. Bu şərait öz zamanında L.S.Vıqotski tərəfindən qeyd olunmuşdur: “Təlimin psixoloji əsasının inkişafı... təlimin başlanğıcına sələf olmur, onunla ayrılmaz daxili əlaqədə, onun irəliləyən hərəkəti gedişatında həyata keçirilir”. Beləliklə, təlim fəaliyyətinin nəzəri biliklər şəklində məzmunu bununla bərabər onun tələbatıdır (demək olar ki, məktəbəqədərlərin idrak maraqları məktəblilərdə təlim tələbatına çevrilib).

   Məlum olduğu kimi insan fəaliyyəti müəyyən tələbatlarla, əməllər, hərəkətlər isə - motivlərlə əlaqədədir. Kiçik məktəblilərdə nəzəri biliklərin (yəni təlim fəaliyyətində tələbatların) mənimsənilməsində tələbatların formalaşması prosesində o, uşaqlardan təlim əməllərinin yerinə yetirilməsini tələb edən motivlərin çoxluğunda konkretləşir. Təlim əməlləri motivləri hər şeydən əvvəl şagirdləri nəzəri biliklərin qurulması üsulları ilə mənimsəməyə təhrik edir. Məktəblilər təlim əməllərinin yerinə yetirilməsi zamanı bu və ya digər konkret anlayış, obraz, dəyər və normaların qurulmasının üsullarına yiyələnir və onların məzmununu bu üsullar vasitəsilə mənimsəyirlər.

   Beləliklə, təlim fəaliyyətində tələbat məktəbliləri nəzəri biliklərin mənimsənilməsinə, təlim tapşırıqlarının həllinə yönələn üsulların qurulmasına yiyələnməsinə təhrik edir. Təlim tapşırığının mahiyyəti ondan ibarətdir ki, məktəblilər onun əvvəlcə həlli zamanı bir neçə tam obyektin “hüceyrə” törəməsini açır və bu “hüceyrəni” bu obyektin fikrən təkrarlanması üçün istifadə edir.

   Təlim fəaliyyəti mahiyyət etibarilə bir çox xüsusi tapşırıqlardan fərqlənir.Tapşırıqların həlli zamanı məktəblilər o qədər də xüsusi üsullara yiyələnirlər. Məhz uzunmüddətli məşq zamanı uşaqlar bir neçə ümumi üsulu mənimsəyirlər. Bu üsulun mənimsənilməsi hərəkətin xüsusidən formal ümumi fikrə empirik prinsipi üzrə baş verir. Təlim tapşırığının həlli zamanı məktəblilər ilkin olaraq məzmunlu ümumi üsula yiyələnir, sonra isə ondan hər xüsusi vəzifəyə səvsiz yanaşmada istifadə edirlər. Təlim tapşırığının həlli nəzəri prinsipə uyğun olaraq həyata keçir. Bu nəzəri prinsip təkcə verilmiş xüsusi hal üçün deyil,həm də bütün eynicisli hallar üçün də əhəmiyyət kəsb edir.

   Təlim tapşırığının məktəblilər tərəfindən bir neçə təlim əməliyyatları vasitəsilə həll olunduğunu bilərək onları sadalayaq:

1.öyrənilən obyektin ümumi münasibətini aşkar etmək məqsədilə tapşırıq şərtlərinin dəyişdirilməsi.

2.ayrılmış münasibətin əyani, qrafik və ya hərf formasında modelləşdirilməsi.

3.münasibət modelinin onun “təmiz şəkildə” xassələrinin öyrənilməsi üçün dəyişdirilməsi.

4.ümumi üsullarla həll edilən xüsusi tapşırıqlar sisteminin qurulması.

5.əvvəlki əməliyyatların yerinə yetirilməsinə nəzarət.

6.verilmiş təlim tapşırığının həlli nəticəsi kimi ümumi üsulun mənimsənilməsi qiyməti.

   Təlim əməliyyatlarının əsas xüsusiyyətlərinin təsvirini verək. Onlardan əsası müvafiq nəzəri anlayışda əks olunmalı olan obyektin bəzi ümumi münasibətini aşkar etmək məqsədilə təlim fəaliyyəti şərtlərinin dəyişilməsidir. Bu münasibətin özünəməxsusluğu ondan ibarətdir ki, bir tərəfdən o yaradılan şərtlərin real anıdır, digər tərəfdən tam obyektin bütün xüsusi əlamətlərinin mənbəyi və genetik əsası kimi çıxış edir. Belə münasibətin axtarışı analizin fikri əməliyyatının məzmununu təşkil edir. Bununla bərabər nəzərdə tutmaq lazımdır ki, əsasında fikri analiz yerləşən nəzərdən keçirilən təlim vəsaiti ilkin olaraq təlim tapşırıqlarının əşyavi şərtlərinin dəyişilməsi formasına malik olur.

 

 

 Zülfuqarova Esmira

Сегодня были уже 1 посетителей (41 хитов) здесь!
=> Тебе нужна собственная страница в интернете? Тогда нажимай сюда! <=