psynavigator - Təlimdə diqqət
   
 
  Muasir Psixologiya Merkezi
  psixoloji məsləhət
  məqalə
  Старт
  Bizə yazın
  Elmi araşdırmalar
  Psixoloji testlər
  Stress
  Ailə psixologiyası
  Prenatal dovr
  Psixoloq
  Səxsiyyət və fərdiyyət
  Psixokorreksiya
  Uşaq psixologiyası
  NLP
  Klinik psixologiya
  Huquq psixologiyası
  Umumi psixologiya
  => Diqqətin novləri
  => Hafizə proseslərinin psixoloji səciyyəsi
  => Yaddasaxlamanın xususiyyətləri
  => Yadasalmanın xususiyyətləri
  => Surət hafizəsi
  => Diqqətin təlim prosesində səmərəli təşkili ьsulları
  => Təlimdə diqqət
  => Kiзik məktəb yaşlı dцvrьndə hafizənin inkişafı
  => Hafizənin inkişafı


                      Təlimdə diqqət

Şagirdlərin təlim fəaliyyətinin fəallaşdırılması, stimullaşdırılması dərsdə şagirdlərin diqqətinin mövzuya daha real cəlb edilməsi, onlarda yeni materialın öyrənilməsinə daxili ehtiyac, idrak marağı oyadılması vəzifəsi ilə bilavasitə bağlıdır.Şagirdlərdə təlimə fəallığın yaranmasında başlıca məsələ idrak marağını formalaşdıran metodlardan səmərəli istifadə etməkdən asılıdır.Şagirdlər təlimin əhəmiyyətini dərk etməli, öz təlim vəzifəsini yerinə yetirən şagirdlərin təlim əməyinin rəğbətləndirməsi, düzgün qiymətləndirməsi və s. tələblərə əməl etmək diqqətin fəallaşdırılmasında xüsusi əhəmiyyət kəsb edir .

Fəallıq təlimə fəal münasibətin elə təzahür  formasıdır ki, orada şagird qarşısında duran təlim vəzifələrini həll etmək üçün məqsədə uyğun şəkildə səy göstərir, məsuliyyət, diqqət və maraqla yanaşır.

Psixoloji və pedaqoji tədqiqatlar göstərir ki, hər fikri fəaliyyət müəyyən zehni məsələlərin həlli ilə bağlıdır.Şagird diqqətli olmalıdır  ki,  fikirləşsin, düşünsün,

təfəkkürünü işə salsın.Şagird öyrəndiyinin motivini başa düşdükdə, qarşısına yadda saxlamaq məqsədi qoyduqda daha diqqətli olur və çalışır.Diqqətlilik materialı anlamaq üçün  əsas vasitədir ki, bu proses təfəkkürün inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir.

 Diqqətlilik vaxta qənaət  etməkdir, dönə-dönə oxumağın qarşısını     almaqdır.

Həddindən artıq yorğun olduqda, istirahət etmədikdə diqqətin mərkəzləşməsi, fəallığı mümkün olmur .

Təlimində şagirdlərin müstəqil işi ondan tam diqqətli olmağı tələb edir. Diqqət bütövlükdə təlimin o cümlədən müstəqil işin zəruri şərtidir.Hər cür müstəqil iş şagirddən gərgin diqqət tələb edir.Təlimdə bir çox şagird xüsusən kiçik məktəbli və yeniyetmələr müstəqil iş üzərində diqqətlərini mərkəzləşdirə bilmirlər.İş prosesində onların diqqəti tez-tez yayınır.Bu hal çox vaxt şagirdin təlim tapşırığına münasibətində,  yorğunluqdan müstəqil  işin  xarakterindən irəli gəlir.

Diqqətin fəallığı psixi adaptasiya yarandıqda daha müvəffəqiyyətlə təmin edilir və şəxsiyyətin fəaliyyətinin strukturu ilə təyin edilir .

Təlim prosesində diqqətin bütün növlərinin inkişafında qavrayışın düzgün təşkilinin  əhəmiyyəti böyükdür. Təlim materialı yüksək pedaqoji usatalıqla izah edildikdə şagirdlər tapşırığı tapşırığı daha diqqətlə icra etməyə səy göstərirlər.Qarşıya qoyulan məqsədin dərk olunması şagirdin təlim fəaliyyətinə bir müəyyənlik gətirir.

Сегодня были уже 6 посетителей (30 хитов) здесь!
=> Тебе нужна собственная страница в интернете? Тогда нажимай сюда! <=