psynavigator - Umumi psixologiya
   
 
  Muasir Psixologiya Merkezi
  psixoloji məsləhət
  məqalə
  Старт
  Bizə yazın
  Elmi araşdırmalar
  Psixoloji testlər
  Stress
  Ailə psixologiyası
  Prenatal dovr
  Psixoloq
  Səxsiyyət və fərdiyyət
  Psixokorreksiya
  Uşaq psixologiyası
  NLP
  Klinik psixologiya
  Huquq psixologiyası
  Umumi psixologiya
  => Diqqətin novləri
  => Hafizə proseslərinin psixoloji səciyyəsi
  => Yaddasaxlamanın xususiyyətləri
  => Yadasalmanın xususiyyətləri
  => Surət hafizəsi
  => Diqqətin təlim prosesində səmərəli təşkili ьsulları
  => Təlimdə diqqət
  => Kiзik məktəb yaşlı dцvrьndə hafizənin inkişafı
  => Hafizənin inkişafı

Diqqətin xüsusiyyətlərinin və növlərinin səciyyəsi

 

Gündəlik həyatda insana yüzlərcə qıcıqlayıcı təsir edir.Lakin insan onların hamısını əks etdirmir,ən vaciblərini seçib ayırır.Diqqətin mahiyyəti hər şeydən əvvəl, əhəmiyyətli, yəni təlabatlarla bağlı mövcud fəaliyyətə uyğun gələn təsirləri seçmək,digər ikinci dərəcəli kənar təsirlərə isə əhəmiyyət verməməkdə təzahür edir.Yalnız insan diqqətini düzgün qiymətləndirdikdə onun yaxşı keyfiyyətlərindən istifadə edə bilər.Diqqətin müxtəlif xüsusiyyətləri vardır:

1. Diqqətin keçirilməsi — zamanı şüur bu obyektə və ya bir fəaliyyətə yönəlir.Başqa sözlə, yalnız bir obyektə yönəlmiş diqqət mərkəzləşmiş diqqət hesab olunur.Məsələn; televizora baxanda, şəkil çəkəndə diqqətimiz müvafiq iş üzərində mərkəzləşmiş olur.

2. Diqqətin həcmi — eyni vaxtda dərk olunan obyektlərin miqdarı ilə müəyyən edilir.Məsələn; eyni vaxt içərisimdə təsir edən on obyektdən beşi qavranılırsa, deməli, diqqətin həcmi beş obyektə bərabərdir.Həmin cisimlərin eyni anda əks etdirilməsi çox vacibdir.Çünki adətən bizim diqqətimiz çox sürətlə bir obyektdən digərinə keçir.Diqqətin həcmi həm də obyektlərin düzülüşündən, formasından, formasından, rəngindən, böyüklüyündən və s.-dən asılıdır.

3.  Diqqətin paylanması — eyni vaxtda iki və daha artıq işləri yerinə yetirmək bacarığı ilə xarakterizə olunur.Bu zaman icra edilən işlər hamısı eyni dərəcədə aydın dərk edilmir.Diqqətin paylanması bir sıra sənət sahələrində çox vacibdir.Onun şərti odur ki, icra olunan  işlərdən heç olmasa biri vərdiş halına keçsin.

4.  Diqqətin davamlılığı —  onun   ümumi   bir məqsədə tabe olan obyektlər üzərində uzun müddət və fasiləsiz olaraq saxlanılmasında ifadəolunur.Şagird misal həll edərkən onun diqqəti dərsliyə, aradakı misallara yönəlibsə,deməli, diqqəti

davamlıdır.Diqqətin davamlılığı obyektlərin rəngarəngliyindən, zənginliyindən asılıdır.

5.   Diqqətin keçirilməsi — onun şüurlu surətdə bir obyektdən digər obyektə , bir fəaliyyətdən digər fəaliyyətə yönəldilməsidir.Bu fəaliyyət ümumi istiqamətin

dəyişməsi ilə əlaqədardır.Müasir dövrdə mürəkkəb maşınların idarə olunması üçün diqqətin keçirilməsi böyük əhəmiyyət kəsb edir.

        Diqqətin gərginliyi müəyyən xarici ifadələrə malik olur.Bir cismi daha yaxşı qavramaq üçün biz nəzərimizi ona daha səylə yönəldir, diqqətlə baxırıq.Diqqət daxili fikir və düşüncələrimizə yönəlmişsə, nəzərlər bir nöqtəyə zillənir, donmuş vəziyyət alınır, ətrafda baş verən hadisələr adamı cəlb etmir.Gərgin diqqət zamanı tənəffüsdə də dəyişiklik olur.Bu vaxt nəfəsalma müddəti qısalır, nəfəsvermə isə uzanır.Artıq hərəkətlər dayandırılır, tam sakitlik halı yaradılır.

Fəaliyyətin məqsədindən və diqqətin ixtiyari surətdə tənzim edilmə səviyyəsindən asılı olaraq diqqətin ixtiyari və qeyri-ixtiyari növləri fərqləndirilir.

Qabaqcadan qarşıya qoyulmuş məqsədlə heç bir xüsusi niyyətlə bağlı olmayan və iradi cəhd tələb etməyən diqqətə qeyri-ixtiyari diqqət deyilir.Yəni, qeyri-ixtiyari diqqət insanın qarşısındakı məqsədlə bilavasitə bağlı olmur.Məsələn;dərs zamanı sinif qapısı açılarkən şagirdlər dərhal dönüb baxırlar.Bu zaman içəri girən adam onların diqqətini özünə cəlb edir.

 Qeyri-ixtiyari diqqət cisim və hadisələrin bilavasitə təsirindən asılı olsa da onu heç də ətrafda baş verən hər hadisə, hər qıcıqlandırıcı əmələ gətirmir.Qeyri-ixtiyari diqqətin əmələ gəlməsi üçün təsir edən qıcıqlandırıcılar bir sıra xüsusiyyətlərə malik olmalıdır.

a)  qıcıqlandırıcının qüvvəsi və gözlənilmədən təsiri:qüvvətli səs,güclü işıq,kəskin iy diqqəti cəlb edir.

b)  qıcıqlandırıcının yeniliyi ,qeyri-adiliyi, kontraslığı:yeni əyani vəsait, sinifdə yeni şagirdin olması və s. qeyri-ixtiyari surətdə diqqəti cəlb edir.

c)   obyektin hərəkətdə olması: məlumdur ki,hərəkətsiz cisimlər adətən diqqəti

ya cəlb etmir, ya da ancaq xüsusi məqsəd olduqda diqqəti həmin obyektin üzərinə yönəldirik.Lakin hərəkətin başlanması və ya kəsilməsi də diqqəti həmin obyektə cəlb edir.Müəllim şagirdin diqqətini nəinki səsini qaldırmaqla , həm də izahatını dayandırmaqla da cəlb edə bilər.Bəzən sinif otağında uzun müddət hərəkətsiz

dayanmış, əyani vəsait götürüldükdən sonra onun yeri diqqəti cəlb edir.

Сегодня были уже 1 посетителей (44 хитов) здесь!
=> Тебе нужна собственная страница в интернете? Тогда нажимай сюда! <=