psynavigator - Yadasalmanın xususiyyətləri
   
 
  Muasir Psixologiya Merkezi
  psixoloji məsləhət
  məqalə
  Старт
  Bizə yazın
  Elmi araşdırmalar
  Psixoloji testlər
  Stress
  Ailə psixologiyası
  Prenatal dovr
  Psixoloq
  Səxsiyyət və fərdiyyət
  Psixokorreksiya
  Uşaq psixologiyası
  NLP
  Klinik psixologiya
  Huquq psixologiyası
  Umumi psixologiya
  => Diqqətin novləri
  => Hafizə proseslərinin psixoloji səciyyəsi
  => Yaddasaxlamanın xususiyyətləri
  => Yadasalmanın xususiyyətləri
  => Surət hafizəsi
  => Diqqətin təlim prosesində səmərəli təşkili ьsulları
  => Təlimdə diqqət
  => Kiзik məktəb yaşlı dцvrьndə hafizənin inkişafı
  => Hafizənin inkişafı


Yadasalmanın xüsusiyyətləri

   Yadasalmanın xüsusi bir forması xatirədir. Bu, keçmişimizin zaman və məkanca məhdudlaşan surətlərinin yada salınmasıdır. Xatirənin mərkəzində şəxsin özü, onun başına gələn və ya şahidi olduğu hadisələr durur. Odur ki, xatirə zamanı keçmiş obyektləri təkcə yada salmırıq, eyni zamanda onları harda, nə vaxt, hansı şəraitdə qavradığımızı yada salır, onları həyatımızın müəyyən dövrü ilə bağlayır, onların zaman ardıcıllığını dərk edirik. Xatirə eyni zamanda yada salınacaq hadisələrin məzmununu, onların ardıcıllığını, aralarındakı əlaqənin səbəbini dərk etmək üçün zəruri olan mürəkkəb fikri fəaliyyətlə bağlıdır. Xatirələr insanın şəxsi həyatı ilə bağlı olduğu üçün bir sıra emosiyalarla müşayiət olunur.

İlk növbədə bizə təsir edən cisimlərdən nəyin yadda saxlanılmasına görə hafizənin növləri ayırd edilir. Yəni hafizənin obyektinə görə: surət, hiss, hərəkət, sözlü-məntiqi hafizə növləri fərqləndirilir.

Surət hafizəsi gerçəkliyin cisim və hadisələrinin keçmişdə qavramış olduğumuz surətlərinin yadda saxlanılması, hifz edilməsi və yada salınmasından ibarətdir.

Surət hafizəsinin təşəkkülü və təzahür xüsusiyyətləri müxtəlifdir. Onun nisbətən bəsit forması ardıcıl surətlərdir. Bunun mahiyyətini aydınlaşdırmaq üçün bir eksperimenti xatırlayaq. Əgər subyektin qarşısına ağ kağız üzərinə çəkilmiş açıq qırmızı rəngdə kvadrat qoysaq və 10-15 saniyə müddətində ona baxdıqdan sonra kağızı götürsək, onda həmin adam əvvəlki yerdə yenə də qımızı kavadratın izini görəcək. Lakin bu halda eyni formada olan kvadrat bir qədər göy-yaşıl rəngdə görünəcəkdir.

Сегодня были уже 1 посетителей (36 хитов) здесь!
=> Тебе нужна собственная страница в интернете? Тогда нажимай сюда! <=