psynavigator - Yaddasaxlamanın xususiyyətləri
   
 
  Muasir Psixologiya Merkezi
  psixoloji məsləhət
  məqalə
  Старт
  Bizə yazın
  Elmi araşdırmalar
  Psixoloji testlər
  Stress
  Ailə psixologiyası
  Prenatal dovr
  Psixoloq
  Səxsiyyət və fərdiyyət
  Psixokorreksiya
  Uşaq psixologiyası
  NLP
  Klinik psixologiya
  Huquq psixologiyası
  Umumi psixologiya
  => Diqqətin novləri
  => Hafizə proseslərinin psixoloji səciyyəsi
  => Yaddasaxlamanın xususiyyətləri
  => Yadasalmanın xususiyyətləri
  => Surət hafizəsi
  => Diqqətin təlim prosesində səmərəli təşkili ьsulları
  => Təlimdə diqqət
  => Kiзik məktəb yaşlı dцvrьndə hafizənin inkişafı
  => Hafizənin inkişafı


Yaddasaxlamanın xüsusiyyətləri

   Yaddasaxlamanın insana xas olan ən başlıca forması ixtiyari yaddasaxlamadır. Yaddasaxlamanın həmin növü insanın məqsədəuyğun fəaliyyətilə bilavasitə əlaqədardır. Bu, insanların əmək və ünsiyyət fəaliyyəti nəticəsində təşəkkül etmişdir. Çünki istər əmək fəaliyyəti, istərsə də ünsiyyət və fəaliyyətin digər növləri onların müvəffəqiyyətlə icrası üçün zəruri olan bilik, bacarıq və vərdişlərin yaddasaxlanmasını tələb edir. Deməli, ixtiyari yaddasaxlama üçün insan qarşısına xüsusi məqsəd qoyur, materialı yadda saxalamaq üçün iradi səy göstərir, müəyyən üsul və qaydalardan istifadə edir. Bu, şüurlu surətdə tənzim edilən, müəyyən istiqamətə yönəldilən prosesdir.

Öyrənmə müntəzəm, planlı və müəyyən üsullardan istifadə etməklə xüsusi təşkil edilən yaddasaxlamadır.Məlumdur ki, öyrənməyə qarşıya qoyulan məqsədin ( ümumi və ya konkret, uzun müddətə və ya qısa müddətə yaddasaxlama məqsədinin ) xarakteri, materialın anlaşılması dərəcəsi, fikri fəallığın səviyyəsi, təkrarların təşkili və s. kimi amillər təsir göstərir (21).

Anlaşılan, mahiyyəti dərk edilən material mənalı, anlaçılmayan, çətin maerial mexaniki öyrənməni tələb edəcəkdir. Bəzən şagird və ya tələbə dərs materialını öyrənərkən faktik materiala çpx diqqət yetiri, yəni materialı olduğu kimi yadda saxlamağa can atır, onun üzərində baş sındırmaq, onu təhlil etmək, ümumiləşmiş nəticələr çıxarmaq məsələlərinə diqqət yetirilmir. Belə olduqda mexaniki təkrarlar və onların kəmiyyəti ön plana keçəcəkdir. Bu da yaddasaxlamanın səmərəliliyinə

ciddi xələl gətirəcəkdir. Hələ klassik psixologiyada müəyyənləşdirilmiş aşağıdakı cəhətlərə diqqət yetirək. Eksperimentlər göstərmişdir ki, insanın 6 mənasız kəlməni yadda saxlaması üçün əgər bir təkrar kifayət edirsə, 12 mənasız sözü yadda saxlamaq üçün 14-15, 36 mənasız  sözü yadda saxlamq üçün 55 təkrar lazımdır. Alman psixoloqu Ebbinhauz öz üzərində qoyduğu təcrübələr sayəsində müəyyən etmişdir ki, şeri mənasız sözlərə nisbətən 9-10 dəfə tez öyrənmək mümkündür. Buna görə də materialın yaxşı yadda saxlanması üçün məna əlaqələrinə xüsusi fikir verilməlidir.

Psixoloji eksperimentlər göstərmişdir ki, bir təkrardan sonra 100 mənasız sözdən 5-i yadda saxlanılır. Amma, 38 sözlü cümlədə 17 məntiqi məna rabitəsindən 15-i yadda saxlanır. Buna görə də şagirdin özünün fikirləşib tapdığı, özü gətirdiyi misallar, ifadələr yaxşı yadda qalır.

Hifzetmə unutma ilə dialektik əlaqədədir. İlk növbədə unutmanın mənfi cəhətləri diqqəti cəlb edir. Müəyyən informasiya indiki halda lazımdır, amma onu xatırlamaq mümkün deyil, yəni yada düşmür, izlər itib gedib, unudulub. Halbuki unutmanın faydası çoxdur və bunsuz şəxsiyyətin fərdi təcrübəsi təşəkkül edə bilməzdi. Gərəksiz informasiyalar unudulur. Hifzetmə əslində unutma ilə mübarizə sayəsində mümkün olur.

Unutma prosesinin necə getməsinə aid Ebbinhauzun bir təcrübəsini xatırlayaq. O, müəyyən etmişdir ki, materialın öyrənilməsindən yarım saat sonra ( əlbəttə, bu, materialın xarakterindən və öyrənən şəxsin fərdi xüsusiyyətlərindən çox asılıdır ) 40 faizi, bir gündən sonra 66 faizi, üç gündən sonra 75 faizi, 30 gündən sonra 79 faizi unudulur. Əlbəttə, bu mexaniki yaddasaxlamada belə olur, mənalı yaddasaxlamada unutma faizi azalır.

Yadasalma mahiyyətcə beynin keçmiş təcrübədən ( „hafizə anbarından” ) indiki an üçün zəruri olan informasiyanı seçib ayırması, canlandırmasıdır. Yəni keçmiş qavrayış materialları surətlərinin şüurda yenidən canlandırılması yadasalma üçün əsas cəhətdir. Yadasalma sayəsində keçmiş təcrübənin, hisslərin, fikirlərin

bərpa edilməsinə nail oluruq.

Yadasalmanın üç səviyyəsi ayırd edilir: tanıma, xüsusi yadasalma və xatırlama.

Tanıma yadasalmanın nisbətən aşağı səviyyəsi kimi cismin təkrarən qavranılmasına istinad edir. Bu mənada tanıma yadasalmadan sadə prosesdir. Tanıma yadasalmadan asandır. Psixoloji eksperimentlər də bunu aydın surətdə göstərir. Eksperimentin birinci variantında şagirdləri 50 obyektlə ( söz və şəkillə ) tanış edirlər. Bundan sonra həmin söz və şəkilləri yada salmaq təklif olunur. Onlar orta hesabla 15 obyekti yada sala bilirlər. Eksperimentin ikinci variantında isə şagirdləri 50 obyektlə tanış etdikdən sonra onlara 100 obyekt təqdim edirlər (100 obyektin 50-si əvvəlki, 50-si isə yeni obyektlərdir ). Şagirdlərə 100 obyektin içərisində əvvəlki 50 obyekti göstərmək təklif olunur. Onlar orta hesabla 35 obyekti tanıyırlar.

Qavrayış zamanı əmələ gələn rabitələrin nə dərəcədə möhkəmləndirilməsindən asılı olaraq tanıma müxtəlif səviyyələrdə təzahür edir. Əgər bu rabitələr lazımi qədər möhkəmləndirilməsə, tanım aydın deyil,qeyri-müəyyən olur. Bu, ümumi tanımadır. Əksinə, qavrayış zamanı əmələ gələn rabitələri lazımi qədər möhəmləndirdikdə, hər hansı adamı və ya cismi dəqiq tanıyırıq. Bu, xüsusi tanımadır.

Yadasalmanın xarakterindən asılı olaraq, niyyətsiz və niyyətli yadasalma fərqləndirilir .

Niyyətsiz yadasalma müəyyən bir cisim və ya hadisənin, mətnin qarşıya xüsusi məqsəd qoymadan sanki, öz-özünə yada düşməsidir. Hətta bəzən özümüzə təəccüblə sual veririk: bu adam və ya bu hadisə haradan yadıma düşdü? Əslində isə bəzən çox zəif nəzərə çarpan qıcıqlayıcılar assosiasiya üzrə, yaxud hər hansı fikir zəncirinin məqsəddən yayınması formasında indiki anda fikir obyekti olmayan cisim və hadisələri yada sala bilər .

Сегодня были уже 5 посетителей (52 хитов) здесь!
=> Тебе нужна собственная страница в интернете? Тогда нажимай сюда! <=