psynavigator - Yaradıcılıq psixologiyası
   
 
  Muasir Psixologiya Merkezi
  psixoloji məsləhət
  məqalə
  Старт
  Bizə yazın
  Elmi araşdırmalar
  => Frustrasiya nədir?
  => Emosional hallar
  => Məhkəmə psixoloji ekspertizasə
  => Stressin mərhələləri
  => Yaradıcılıq psixologiyası
  Psixoloji testlər
  Stress
  Ailə psixologiyası
  Prenatal dovr
  Psixoloq
  Səxsiyyət və fərdiyyət
  Psixokorreksiya
  Uşaq psixologiyası
  NLP
  Klinik psixologiya
  Huquq psixologiyası
  Umumi psixologiya

Yaradıcılığın tədqiqi həm psixologiya, həm də fəlsəfənin problemi kimi araşdırılmışdır. Fəlsəfədə yaradıcılıq sonsuz və əbədi varlıqla deyil, sonlu keçici və dəyişən mühitlə əlaqələndirilirdi.Əbədi varlığın seyri isə hər hansı fəaliyyətdən, o cümlədən yaradıcılıqdan yüksəkdə tutulurdu. Psixoloji baxımdan isə yaradıcılıq fərdin subtektiv aktı kimi öyrənilir, onun psixoloji mexanizmi tədqiq edilirdi.

       Yaradıcı psixologiyası xüsusi bir elm sahəsi kimi  XIX əsrin sonu XX əsrin əvvəllərindən formalaşmasına baxmayaraq hələ e.ə. tədqiq  edilməyə başlanılmışdı. İnsanlar hələ lap qədim zamanlardan yaradıcılığın sirrlərinə bələd olmağa, onun təbiətini, mexanizmini, ona təsir edən qəribə qüvvələrin mənbəyini açmağa cəhd etmişlər. Bu cəhdlər və onların nəticəsi olan şərhlər, yürüdülən fikirlər yanaşma, izah edilmə tərzinə görə bir-birindən fərqlənir, bir-birinin əsasında formalaşmış, təkmillləşmişdir.

İlkin olaraq yaradıcılığın psixoloji mahiyyətinə hind, çin, antik yunan fəlsəfəsinin tədqiqi nöqteyi-nəzərindən baxaq.       

Hind fəlsəfəsinin ən parlaq nümunəsi olan Ved təlimində mövcud biliklərdən bir hissəsində yaradıcılığın mahiyyəti izah olunur. Bu sahədə əsas ədəbiyyatlardan biri olan Upanişadın özünə daxil etdiyi 108 fəlsəfi traktatdan biri Bxaqavat-Gita bu baxımdan daha önəmlidir. Bxaqavat-Gita fəlsəfəsi birbaşa insanın yaradıcı aktivliyindən danışmır, çünki bu fəlsəfəyə görə yaradıcı aktivlik yalnız Allaha məxsusdur. Maddi şüur 2 psixi xüsusiyyətə malikdir: I.İnsan düşünür ki, o yaradır. II.O düşünür ki, zövq alır. Amma faktiki olaraq yalnız Allah yaradır və zövq alır. Canlı varlıq olan insan isə nə yaradır, nə də zövq alır, o, yalnız əməkdaşlıq edir. Onu yaradırlar və bu yaradılışdan da zövq alırlar. Buna baxmayaraq biz  Bxaqavat-Gitada  yaradıcı insanı digərlərindən fərqləndirən şəxsi, intellektual və digər xarakteristikalara  rast gəlirik. Bxaqavat-Gita fəlsəfəsində yaradıcılıq özünü yaratma, özünü dərk etmə, özünü təkmilləşdirmədir. Bu təlim insanın daxili dünyasına böyük diqqət ayıraraq 3 əsas xüsusiyyəti vurğulayır.

1.Şəxsi xarakteristika

      Şəxsi xarakteristika dedikdə burda müdrik insanın şəxsi keyfiyyətlərinə bunlar daxil edilir: qoçaqlıq; ruhi inkişaf; xeyriyyəçilik; dözüm; qurban vermə; zorakılıq etməmə; sadəlik; qəzəbdən uzaqlaşma; sakitlik; digərlərində natamamlıq tapma arzusunun olmaması; bütün canlılara mərhəmət göstərmək; tamahkarlıqdan azad olma; ciddilik; həsəd aparmamaq; şöhrətə can atmamaq. Sadalanan keyfiyyətlər dərketmə və onun təkmilləşməsinə gərəkli keyfiyyətlərdir. Bunlara əks keyfiyyətlər kimi isə hədsiz qürurluluq, lovğalıq, şöhrətpərəstlik, qəzəb, kobudluq və ədəbsizlik göstərilir.

2.İdraki və ya koqnitiv proseslər

      İdraki proseslərin isə növbəti xarakteristikası qeyd olunur: 1. “Daxili görməyə qabillik”. Burda özünü təhlilə qabillik, öz daxili dünyasını dərinləşdirmək və öz davranışının səbəblərini axtarmaq kimi əlamətlər nəzərdə tutulur. 2. Ağlın tarazlaşdırılması. Bu keyfiyyət isə hər hansı problemin fikri  təhlil mərhələsinin öhdəsindən gəlmək və nəticəyə görə qorxu təxmin etməyən həllə gəlməyi nəzərdə tutur. 3. İnsanın ən ümdə xüsusiyyəti danışa bilmək bacarığıdır, çünki nitq çox vacib xüsusiyyətidir. 4. Dinləməyi bacarmaq anlamanın əsasıdır. 5. Hər kəsin deyil, həqiqi avtoritetə malik kəslərin nöqteyi-nəzərini qəbul edə bilmək bacarığının olması. 6. Həqiqətin tam qavranılması, ilk baxışdan əks görünən, bir-birini inkar edən hadisələr arasında əlaqə tapmaq.

7. Bir başlanğıcı müxtəlif istiqamətlərdə görmək, bir predmeti müxtəlif nöqteyi nəzərlərdə təqdim edə bilmək. 8. Öz ağlından yüksək ola bilmək. Bir sözlə illuziyalar görmək, amma qavrayış illuziyaları deyil, yalan nəticələr görmək.Bu yalan həqiqət olduğu şərtlərdə düzgün qərar qəbul etməyə qabillik deməkdir.

3.Sosial əhatə

      Bxaqavat-Gitanın fəlsəfəsinə görə özünü təkmilləşdirən insan öz sosial əhatəsi üzərində yüksəlməyi bacarmalı, məqsədyönlü olmalı və kənardan heç bir təsir onu seçdiyi yoldan kənarlaşdıra bilməməlidir. Mühitin təsirinə uymamaq, uğurda və uğursuzluqda qətiyyətli olmaq Ved fəlsəfəsinə görə Absolyutu dərk edən mükəmməl insanın əsas keyfiyyətləridir. Beləliklə ümumiləşdirmə ondan ibarətdir ki, hind fəlsəfəsində şəxsiyyətin yaradıcı aktivliyi özünü təkmilləşmə problemi kimi qoyulurdu. Yaradıcılıq şəxsin özünün yeni yaradılması kimi başa düşülürdü və bu yeni “Mən” bütün maddiyyatdan azad, öz fəaliyyətini dəyişməyə, sosial mühitin təsirini aradan qaldırmağa qabildir. İnsanın daxili dünyası sərhədsizdir,onun yaradıcı aktivliyi bu dünyada bütün gözəlliyi ilə genişlənir.

 

 

Сегодня были уже 1 посетителей (1 хитов) здесь!
=> Тебе нужна собственная страница в интернете? Тогда нажимай сюда! <=