psynavigator - məqalə
   
 
  Muasir Psixologiya Merkezi
  psixoloji məsləhət
  məqalə
  => şəkillər
  => Deviant davranış
  => Affekt nədir?
  => Məhkəmə psixoloji ekspertizası
  => Yeniyetmələr
  => Deviant davranışlı yeniyemələrin davranış portretinin yaradılması
  => Təlim fəaliyyəti
  => Klassik nəzəriyələr
  => Duyğu və qavrayış.
  => Mustəntiqin fəaliyyəti
  => Hadisə yerinə baxış keзirilməsinin psixologiyası
  => Axtarışın aparılmasının psixologiyası
  => Səxsiyyət inkişafı
  => Fizioloji affekt halı
  => Emosional halların məhkəmə-psixoloji ekspertizası
  Старт
  Bizə yazın
  Elmi araşdırmalar
  Psixoloji testlər
  Stress
  Ailə psixologiyası
  Prenatal dovr
  Psixoloq
  Səxsiyyət və fərdiyyət
  Psixokorreksiya
  Uşaq psixologiyası
  NLP
  Klinik psixologiya
  Huquq psixologiyası
  Umumi psixologiya
Deviant davranışlı yeniyetmələrin psixoloji portretinin yaradılması Deviant davranış даща ваъиб сосиал нормалардан узаглашан, ъямиййятин юзцня вя шяхсиййятя реал зярбя вуран сосиал дезадаптасийа иля мцшайят олунан шяхсиййятин давамлы давраныш формасыдыр.Qeyd olunan анлайыш даща чох тясвири характер дашıйыр вя щяр шейдян яввял девиант давранышлы инсанларла практиk ишя истигамятляниб. Hal–hazırkı cəmiyyətimizdə deviant davranışlı yeniyetmələrlə tez-tez qarşılaşmaq olar .Bu davranış formasını həm məktəbdə , həm ailədə , həm cəmiyyətdə müşahidə etmək mümkündür . Müasir dövrümüzdə əlverişli olmayan həyat şəraiti və münasibətlər sistemini istər ailədə, istər məktəbdə, istərsə də yeniyetmələrin asosial əhatəsində xoşagəlməz rəftar və davranış tərzinin təsiri ilə ayrı-ayrı yeniyetmələrdə deviant davranış yönümü asanlıqla formalaşa bilər. Yəni bəzi yeniyetmələrdə deviant davranışda sterotipləşmə mexanizmi asanlıqla formalaşa bilir və ayrı-ayrı hallarda ağır cinayət əməlləri formasında özünü biruzə verə bilər Apardığımız tədqiqatda yeniyetmələrin deviant davranışının xüsusiyyətlərini tədqiq etmişik. Metodikalar vasitəsi ilə deviant davranışlı yeniyetmələrin deviant davranışının xüsusiyyətlərinin aydınlaşdırmaqla biz həmin yeniyetmələrin psixoloji portretini yarada bilərik.Tədqiqatın birinci mərhələsində ekspert rəylərini nəzərə alınmaqla , risk qrupu təşkil edildi. Risk qrupuna daxil olan yeniyetmələrdə deviant davranışın xüsusiyyətləri müəyyən edildi.Espert rəyləri , müşahidələr və metadikanın nəticələrinə əsasən deviant davranışlı yeniyetmənin psixoloji portretini yarada bilərik. Yeniyetmələrdə deviant davranışın inkişafı müxtəlif davranış xüsusiyyətlərin təzahüründə özünü göstərir, konkret olaraq yeniyetmələrin davranışlarında aqressiya , özünütəsdiq , konfliktə meyl , ətraf mühit elementlərini və normalarını nəzərə almamaq kimi reaksiyalar üstünlük təşkil edir. Ekspert qiymətləndirmələri və şəxsi müşahidələrə əsasən qeyd edə bilərik ki , deviant davranışlı yeniyetmələrin davranışında aqressiyaya meyillilik mühüm yer tutur. Qeyd etmələk lazımdir ki, tədqiqatın ilkin mərhələsində ekspertlər təsdiq edirlər ki , həmin yeniyetmələrdə sinifdə və ya sinifdən kənar aqressiv davranış müşahidə edilir .Deviant davranışlı yeniyetmələr destruktiv davranışlara yol verərək , məktəbdəki pəncərələrin şüşələrini sındırır , yalanlar uyduraraq dərslərdən yayınır , qrup yoldaşları ilə kobud rəftar edirlər.Apardığımız metodika da bu faktı təsdiq etdi ki , deviant davranışlı yeniyetmələr aqressiyaya daha çox meyillidirlər. Deviant davranışlı yeniyetmələrin digər bir xüsusiyyəti isə özünütəsdiqə meyillilikdir. Espertlərin də qeydlərinə əsasən təlim uğurları və digər nailiyyətlərdə özünütəsdiq edə bilməyən yeniyetmə bacardığı tərzdə bunu eetməyə cəhd edir. Deviant davranışlı yeniyetmələrin tez –tez qrupda özündən zəif olanlara , müəllimlərə qarşı kobud davranmaları ilə diqqəti cəlb edirlər. Aparılan metodika bir daha təsdiq etdi ki , həmin yeniyetmələrdə özünü təsdiqə daha çox meyillidirlər. Xüsusilə hal –hazırkı dövrümüzdə deviant davranışlı yeniyetmələrin davranışında konfliktə meyillilik daha geniş yayılmışdır. Yeniyetmələr səbirsiz və aqressiv olduqlarından qrup yoldşları , müəllimlər və hətta rəhbər işçilərlə konfliktə girirlər. Ekspertlər dəfələrlə qeyd edirdilər ki , bu yeniyetmələr tez-tez qrupda münasibətləri gərginləşdirən tərəf kimi çıxış edərək , münaqişələrin yaranmasının başlıca səbəbkarı kimi çıxış edir. Bir çox hallarda onlar rəhbər işçilər və müəllimlərlə konfliktlər yaradırlar . Müəllimlərin tələblərini yerinə yetirmir və bir çox hallarda isə dərsləri pozmağa cəhd edərək dərsi əyləncəyə çevirməyə cəhd edirlər .Valideyinlər qeyd edirlər ki , belə yeniyetmələr ailədə valideyinlər , bacı və ya qardaşlarla , qonşularla və .s tez-tez konfliktlər yaradırlar. Onların hətta övladları bir çox hallarda ata və anaları ilə konfliktə girirlər , belə hallar olduqdan sonra isə həmin yeniyetmələr evdən qaçırlar. Bu hal valideyinlər üçün daha acınacaqlı bir haldır. Valideyinlər qeyd edirlər ki , onları daha çox narahat edən fakt məhz onların evdən qaçmalarıdır Bir çox hallarda yeniyetmələr sosial , ictimai , ailə və nəhayət təlim , tədris normalarını pozurlar. Deviant davranışlı yeniyetmələr ətraf mühit normalarını nəzərə almırlar. Ekspert rəylərinə əsasən bu cür yeniyetmələr nəinki qrup , hətta qrupdaxili normaları pozmağa cəhd edirlər. Deviant davranışlı yeniyetmələr daha çox geyim qaydalarını pozmaları ilə fərqlənirlər . Qeyd olunan fakt müəllimlərlə yanaşı valideyinləri də daha çox narahat edir. Deviant davranışlı yeniyetmələr əksər hallarda nitq mədəniyyətini pozaraq , vulqar sözlərdən və soyüşlərdən də istifadə edirlər.Bu isə valideyinlər və müəllimlər tərəfindən tənqid olunan faktdır. Valideyinlərin qeydlərində maraq doğuran fakt yeniyetmələrin gec saatlarda evə gəlmələridir.Belə halların tez-tez baş verdiyini qeyd edən valideyinlər bu halın qarşısını almağa cəhd edirlər Ekspert rəylərinə əsasən deviant davranışlı yeniyetmələrin davranışında yalan danışmaq amili mühüm yer tutur. Qeyd olunan fakt həm müəllimlər , həm də valideyinlər tərəfindən təsdiqlənmışdir . Müəllimlər dəfələrlə qeyd etmişlər ki, həmin yeniyetmələr bir çox hallarda onlara yalan danışaraq dərslərdən yayınır , valideyinlərə yalanlar uyduraraq danlaq və tənbehdən xilas olmağa çalışırlar.Bir çox hallarda deviant davranışlı yeniyetmələrin referent qrupları olur. Həmin yeniyetmələr yalanlar uyduraraq həmin qruplara qoşularaq , onlarla vaxt keçirirlər.
Сегодня были уже 10 посетителей (22 хитов) здесь!
=> Тебе нужна собственная страница в интернете? Тогда нажимай сюда! <=