Deviant davranışın səbəbləri
IX əsr davranış pozuntularına gətirib çıxaran xəstəliklərin təsviri ilə yadda qalmışdır: xoreya, melanxoliya, xarakterin nevrozu, sosioeffektiv psixoz. Italyan həbsxana həkimi Çezare Lombrozo kriminal davranışla müəyyən fiziki əlamətlər arasında əlaqəni aşkarlamışdır. O, belə hesab edirdi ki, insanlar öz bioloji təbiətinə əsasən müəyyən tdavranış tiptinə meyllidirlər. Belə ki, “kriminal tip” insan təkamülünün daha erkən mərhələlərinə dönüşün nəticəsidir. Bu tipi çalınmıç alın nahiyəsi, qabağa çıxan alt çənə, seyrək saqqal və ağrıya qarşı həssaslığın azalması kimi xarakterik əlamətlərə əsasən təyin etmək olar.
E. Kreçmer, U. Şeldon hesab edirdilər ki, müəyyən bədən quruluşu xarakterik şəxsi əlamətlərin olduğunu bildirir.
Uitkin və onun kolleqaları deviant davranışlı insanların cinsi xromosomlarındakı anomaliya üzərində diqqətlərini cəmlşdirərək, müəyyən etmişlər ki, XYY xromosom tərkibinə malik olan kişilər arasında qanun pozuntularının səviyyəsi daha yüksəkdir, nəinki, əlavə xromosoma malik olmayanlar arasında.
Beləliklə, insanın genetik əsası, mübadilə prosesinin xüsusiyyətləri, ali sinir fəaliyyətinin spesifikası, somatik və yaxud sinir – psixi inkişafdakı patologiyalar və ya pozuntular da daxil olmaqla, bioloji izahat fiziki əlamətlərin mümkün deviant davranışı şərtləndirdiyi fərdi
|